Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-4/2022 22.07.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, xx xxxxxxxx 1994-cü ildə Şahbuz rayonu, Nurs kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi identifikasiya nömrəsi: xxxxxxx, orta təhsilli, evli, 2 uşaq atası, deməsinə görə məhkumluğu yoxdur, müvəqqəti işsiz, Şahbuz rayonu, Nursu kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şahbuz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala “22” iyul 2022-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan, ona əlavə olunmuş sənədlərdən, eyni zamanda ifadələrdən görünür ki, Şəxs “21” iyul 2022-ci il tarixdə saat 17:40 radələrində Şahbuz rayonu, Nursu kənd xidmət mərkəzinin qarşısında içkili vəziyyətdə ucadan nalayiq ifadələr işlətməklə səs-küy salaraq ictimai qaydanı kobud şəkillə pozmuş, həmin vaxt polis sahə inspektoru X1 Sənan Vüqar oğluna yaxınlaşaraq onu nizam intizama dəvət etsə də, Şəxs polis sahə inspektorunun tələbinə tabe olmayaraq öz əməllərinə davam edərək qanunsuz hərəkətlərə yol vermiş və xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin faktla bağlı Şahbuz RPŞ-nin İTB-nin polis sahə inspektoru, X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə “22” iyul 2022-ci il tarixli 008217 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq həmin tarixdə baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs təqsirini etiraf edərək izahatında bildirdi ki, 21 iyul 2022-ci il tarixdə Nursu kənd mərkəzinin qarşısında oturduğu zaman oğlu kənd mərkəzində olan dükana gəlib həmin vaxt o, dükançı Amiddən dükanı açmasını oğlunu yola salmasını istəyibdir, Amid isə ona acıqlanıbdır, sonra onlar arasında mübahisə yaranıb, həmin vaxt o, içkili olubdur, mübahisə zamanı Amid onu təhqir etdiyi üçün o dükanda olan şüşə vitrini qırıbdır, O içkili olduğu üçün polisə tabe olmayıbdır. Törətdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə sualları cavablandıran Şəxs bildirdi ki, 21 iyul 2022-ci il tarixdə kənd mərkəzində olan zaman, o içkili olduğu üçün ictimai qaydanı pozubdur, həmin vaxt polis əməkdaşları onu şöbəyə aparıblar, o içkili olduğu üçün söyüş söyüb, səs-küy salıb, polisə tabe olmayıbdır, o polis işçisinə söyüş söyməyibdir, Amid ilə aralarında olan mübahisə zamanı özündən çıxıb söyüş söyübdür, bu hərəkətlərə görə peşmandır, səhv edibdir, o bilmədən bu cür hərəkətlərə yol veribdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda əleyhinə olan inzibati xətadır. Şəxs səmimi peşmançılığı yüngülləşdirən hal nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Beləliklə, Şəxs 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan “22” iyul 2022-ci il tarixli, 0240 nömrəli tutma haqqında protokoldan Şəxs barəsində həmin tarixdən tutulma tədbiri tətbiq edilsə də, protokol və eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından onun 21 iyul 2022-ci il tarixdə inzibati xətanı törətməsinə görə Şahbuz RPŞ-nə aparılması müəyyən olunur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs tutulma vaxtının əvvəli 21 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddəti “21” iyul 2022-ci il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(090)-4/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-4/2022
22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver