Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-4/2023 14.02.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şahbuz rayon Polis şöbəsinin Polis sahə inspektoru polis kiçik-leytenantı X2, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxx 1983-cü ildə Şahbuz rayonu, Şahbuz qəsəbəsində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi identifikasiya nömrəsi: xxxxxxx, orta təhsilli, evli, 2 uşaq atası, deməsinə görə məhkumluğu olmayan, müvəqqəti işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala “14” fevral 2023-cü il tarixdə Şahbuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsindən daxil olmuş 14 fevral 2023-cü il tarixli, 008235 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xırda xuliqanlıqda təqsirləndirilir. Belə ki, xx.xx.2023-cü il tarixdə 20:30 radələrində sərxoş vəziyyətdə ünvan 2 ünvanında yaşayan şəhər sakini Zərərçəkmiş şəxs yaşadığı mənzilə gələrək Zərərçəkmiş şəxs ilə çay içmək adı ilə mübahisə etmiş, onu və bacısı Səfurə Hüseynovanı narahat etmiş, orada səs-küy salaraq narahat etmişdir. Vətəndaş Zərərçəkmiş şəxs Şahbuz rayon Polis şöbəsinə müraciəti əsasında əraziyə polis əməkdaşları gəlmiş və təqsirləndirilən şəxs Şəxs Şahbuz rayon Polis şöbəsinə gətirərək şəxsiyyətini müəyyən etmişlər. Bundan sonra Şəxs sərxoşluğunun müəyyən edilməsi məqsədilə həkim müayinəsindən keçirdikdən sonra evə buraxılmışdır. Bundan sonra sahə inspektoru R.Əhmədov xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edilən Şahbuz RPŞ-nin sahə inspektoru X5 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:30 radələrində ünvan 2 ünvanında yaşayan Şahbuz şəhər sakini Zərərçəkmiş şəxs yaşadığı mənzilə gedərək orada səs-küy salaraq onu narahat etdiyindən, vətəndaş Zərərçəkmiş şəxs Şahbuz rayon Polis şöbəsinə şikayətinə əsasən ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən Şahbuz RPİ-nə gətirilərək şəxsiyyəti müəyyən edilib və sərxoş olub-olmamasının müəyyən edilməsi üçün həkim müayinəsindən keçirildikdən sonra evə buraxılıbdır. 14 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs şikayətinə əsasən raportla şöbə rəisinə müraciət edilmişdir. Həmin raport əsasında tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol Şəxs tərəfindən imzalanmışdır. Məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs bildirdi ki, həqiqətən də xx.xx.2023-cü il tarixdə təqribən 20:30 radələrində Şahbuz şəhər sakini Zərərçəkmiş şəxs yaşadığı evə içkili vəziyyətdə gedib qapını döyübdür, Zərərçəkmiş şəxs qapını açıb ona nə üçün qapıya gəldiyini soruşubdur, o da çay içməyə gəldiyini deyibdir, bu zaman Zərərçəkmiş şəxs onun içkili olduğunu görüb ona getməsini deyibdir, həmin vaxt səs-küy etdiyi üçün polis əməkdaşları onu polis şöbəsinə dəvət ediblər, oradan isə onu xəstəxanaya aparıb sərxoşluq vəziyyətini alkotesterdən keçirib evə buraxıblar, xəstəxanada ona orta dərəcə sərxoş olduğunu deyiblər, Zərərçəkmiş şəxs ilə heç bir qohumçuluq əlaqəsi yoxdur, içkinin təsirindən nə etdiyini bilməyibdir. Törətdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməklə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxsin və inzibati xəta törətmiş şəxsin izahatları məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol ilə müəyyən olundu ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:30 ünvan 4 ünvanında vətəndaş Zərərçəkmiş şəxs narahat edərək və yüksək səslə danışaraq ictimai asayişi pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayış ilə inzibati xəta törədilən zaman Şəxs orta dərəcə sərxoş olması müəyyən olunur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, təqsirləndirilən şəxsin ifadəsi və eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxılan inzibati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda əleyhinə olan inzibati xətadır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi, həmin Məcəllənin 33-cü maddəsinə əsasən inzibati xətanın sərxoş halında törədilməsini isə məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Beləliklə, Şəxs 7 (yeddi) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan 14 fevral 2023-cü il tarixli, 0243 nömrəli tutma haqqında protokoldan da aydın olur ki, Şəxs barəsində 14.02.203-cü il, saat 12:00 tarixdə tutulma tədbiri tətbiq edilmişdir. Ona görə də, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 14 fevral 2023-cü il tarixdən saat 12:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib ona 7 (yeddi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 14 fevral 2023-cü il tarixdən saat 12:00-dan hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(090)-4/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-4/2023
14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver