Məhkəmə qərarları › İş №3(090)-4/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-4/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-4/2024 01.03.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, xx xxxxxxxx 1996-cı ildə Babək rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, fərdi identifikasiya nömrəsi: xxxxxxx , orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmuş, “Elsevər” adlı çörək sexində sürücü işləyən, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şahbuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xətalar haqqında materialdan görünür ki, 06 yanvar 2024-cü il tarixdə saat 10:30 radələrində X5 idarə etdiyi “Mersedes Benz sprinter 315 yük” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Naxçıvan şəhər istiqamətində hərəkətdə olan zaman Şahbuz rayonu, Daylaqlı kənd ərazisində idarə etməni itirərək, onun idarəetdiyi nəqliyyat vasitəsini ötmək istəyən X1 idarə etdiyi “Vaz 2121” markalı minik, **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə əks istiqamətdəki hərəkət zolağında toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində “Vaz 2121” markalı minik, **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər dəymişdir. Bu barədə Şahbuz Rayon Polis Şöbəsininin yol patrul xidmətinin inspektoru, polis sıravisi A.M.Qafarov tərəfindən xx.xx.2024-cü il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Babək rayonu, Nehrəm kəndində “Elsevər” çörək sexində sürücü işlədiyini, işi ilə əlaqədar olaraq Şahbuz rayonundakı ərzaq mağazalarına hər gün sexin çörəklərini gətirdiyini, 2024-cü ilin yanvar ayında yenə Şahbuz rayonundakı mağazalara çörək gətirən zaman xəstə və halsız olduğunu, 39 dərəcə istiliyinin olduğunu, iş yerində onu əvəz edəcək işçi olmadığını, bu səbəbdən də məcbur işə gəldiyini, xəstə olduğuna görə 17 yaşlı xalaoğlusunu da ona kömək etməsi üçün özü ilə apardığını, maşınla gələn zaman Şahbuz rayonu, Daylaqlı kəndində yerləşən bulağın yanında halının pisləşdiyini, sükanın idarəsini saxlamağa çalışsa da, bacarmadığını, ayılıb özünə gəldiyi zaman isə maşının aşdığını gördüyünü, qarşıdan gələn “Niva” markalı avtomobillə toqquşduğunu, maşının isə aşdığını, hadisədən sonra atası ilə Zərərçəkmiş şəxs evinə getdiklərini, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdiyini, “Niva” markalı avtomobilə dəyən zərəri sığorta şirkətinin qarşılayacağını, törətdiyi əməldən peşman olduğunu, sürücü kimi işləməyin onun tək gəlir yeri olduğunu, məhkəmədən bunların nəzərə alınmasını və daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs ünvanına bildiriş göndərilmiş, lakin zərərçəkmiş şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4 və 112.1.4-cü maddələrinə əsasən işə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - 06 yanvar 2024-cü il tarixli, 229 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktı ilə xx.xx.2024-cü il tarixdə saat 12:10-da müayinə olunan X2 ayıq olduğu müəyyən edilir. - Azərbaycan Respublikası Naxçıvan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2024-cü il tarixli, 159 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər burun nahiyəsinin əzilmiş yarası, alt dodaq sıyrığı, döş qəfəsinin küt travması, yumşaq toxumaların əzilməsi, sol 5-ci qabırğanın xətt sınığı bərk küt əşyanın təsirindən törənmişdir, eləcə də sərnişin olduğu avtomobil qəzası nəticəsində törənə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 120 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Mercedes-Benz Sprinter 315CDİ” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən yol hərəkəti iştirakçıralı yol hərəkəti üçün təhlükəsizlik şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərək iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Mercedes-Benz Sprinter 315CDİ” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili xəstə vəziyyətdə idarə etdiyindən sürücü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci bəndinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Verilmiş məlumatlara əsasən “Vaz 2121” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısının almağa imkanı olmamış və hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. -BD seriyalı, 862945 nömrəli sürücülük vəsiqəsinin məlumatından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək etibarlı olan “B1,B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, təqsirləndirilən şəxsin ifadəsi və eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməlidir. Azərbaycan Respublikasının İXM-in 327.1.-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə baxılan inzibati material üzrə Azərbaycan Respublikasının İXM-in 104- 105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 25.1.-maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl ehtiyatsızlıqdan törədilmiş və eyni zamanda yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətadır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını və törətdiyi inzibati xətanı etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında qeyd olunmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar