Məhkəmə qərarları › İş №3(090)-49/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-49/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-49/2025 25.07.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X5 iclas katibliyi, Şahbuz Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil iştirakı ilə, xx xxxxx 1975-ci ildə Şahbuz rayonu, Kolanı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), Azərbaycanlı, orta təhsilli, evli, iki uşaq atası, müvəqqəti işsiz, Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 208-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirləndirilməsinə dair işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsinin 25 iyul 2025-ci il tarixli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 208-ci maddələri ilə təqsirləndirilməsinə dair 25 iyul 2025-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 25 iyul 2025-ci ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, qanunsuz olaraq 700 qram olan 01 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisini aqrotexniki qaydada qulluq etdiyinə və “Tetrahidrokannabinol” psixotrop maddəsini istehlak etdiyinə görə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 206 və 208-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Şahbuz Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X9 protokolu müdafiə edərək izahatında Protokolu müdafiə etdiklərini, şəxsin əməlində cinayət tərkibi olmadığını, buna görə də inzibati xəta haqqında icraat aparıldığını, araşdırma nəticəsində şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 208-ci maddələri ilə inzibati protokol tərtib olunduğunu və materialın baxılması üçün məhkəməyə göndərildiyini, protokola baxılmasını və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında səhv etdiyini, bu hadisənin olmamalı olduğunu, 23 iyul 2025-ci il tarixdə mağazaya getdiyini, qayıdarkən Elçin adlı şəxlə görüşdüyünü, onun karqo göndərməyə getməyi təklif etdiyini, getdikləri zaman polis əməkdaşlarının onları saxladıqlarını, Elçinin üzərindən narkotik maddənin aşkar olunduğunu, onun telefonunda isə şəkillərin çıxdığını, həyətyanı sahəsindən kənarda marixuana bitkisini əkdiyini, bitkinin xarab olduğunu, istifadə etdiyi zaman təsirsiz olduğunu bildiyini, sonra istifadə etmədiyini, özünün polisə hər şeyi etiraf etdiyini və bitkinin yerini göstərdiyini, əvvəl də narkotik vasitənin istifadəsinə görə inzibati məsuliyyətə cəlb olunduğunu, əməlindən peşman olduğunu, bir daha eyni əməli törətməyəcəyini bildirmişdir. Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolda onun Azərbaycan Respublikası İXM-nin 206 və 208-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 34.3.-cü əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. “Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq şəxsin eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya dair daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri tətbiq edildikdən sonra, məcmuya daxil olan inzibati xətalardan hər hansı birinin bir il ərzində təkrar törədildiyi halda, əvvəllər törədilmiş eyni inzibati xətanın məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınıb-alınmamasında qeyrimüəyyənlik mövcuddur. Qeyd olunduğu kimi, inzibati xətalara dair işlərə baxan səlahiyyətli orqan şəxsin eyni vaxtda törətdiyi bir neçə inzibati xəta üzrə daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməsinə baxmayaraq, eyni vaxtda törədilmiş hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya görə hansı xətaya münasibətdə tənbeh tədbirinin tətbiq edilməsindən asılı olmayaraq, bir il ərzində həmin xətalardan birinin təkrar törədilməsi inzibati məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin maddələrdə göstərilən inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Belə ki, iş materiallarından görünür ki, X2 barəsində Azərbaycan Respublikası İXMnin 206 və 208-ci maddələri ilə ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol Şəxs tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2025-ci il tarixli, 782 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş şəffaf selefon kisənin içərisində təmiz çəkisi-700 qram olan 01 ədəd bitki nümünəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. 23 iyul 2025-ci il tarixli aqronomun rəyinə əsasən şəffaf selefon kisənin içərisində təmiz çəkisi-700 qram olan 01 ədəd bitki nümünəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İİİ siyahıya əsasən tərkibində narkotik maddələr olan bitkilər olan çətənə növlü bitkilər 3-15 (6-30 hissə) ədədədək olan miqdarı şəxsi istehlak miqdarına aiddir. İş materiallarına əlavə olunmuş Y.Budaqov adına Naxçıvan MR X1 24 iyul 2025-ci il tarixli, 354 nömrəli məhkəmə kimyəvi rəyinə əsasən müayinə zamanı Şəxs Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitə olan “Tetrahidrokannabinol” maddədən istifadə etməsi aşkar edilmişdir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr İİ siyahısına əsasən psixatrop maddə olan “Tetrahidrokannabinol (bütün izomerləri)” Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində cəza təyin edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xətadır. Məhkəmə Şəxs əməlindən peşman olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətaya görə inzibati tənbeh almış Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyətini ağırlaşdıran hal hesab edir. Belə ki, iş materiallarında olan Şahbuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(090)-21/2024 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirlməsinə dair inzibati xətaya dair iş üzrə barəsində 300 manat cərimə növündə inzibati tənbehin tətbiq edilməsi müəyyən olunur. Məhkəmə, təqsirləndirilən şəxs Şəxs barəsində inzibati tənbeh növünü müəyyən edərkən inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Şəxs eyni xətanı təkrarən törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, Şəxs şəxsiyyətini, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törətdiyi inzibati xətaya görə verilmiş inzibati tənbehdən nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah, habelə tərbiyə olunmamasını, yeni inzibati xəta törətməyə meylliyini nəzərə alaraq İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Y.Budaqov adına Naxçıvan MR X1 24 iyul 2025-ci il tarixli, 354 nömrəli rəyində oğlunun narkotik asıllığı olmadığına görə müalicəyə ehtiyacının olmaması qeyd edilmişdir. Məhkəmə iş üzrə maddi sübutun taleyi ilə bağı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsində saxlanılan 699.950 qram olan 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 94.11-ci maddəsinə görə götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Həmin Məcəllənin 94.12-ci maddəsinə əsasən məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Beləliklə, X3 30 (otuz) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan 24 iyul 2025-ci il tarixli, 0410 nömrəli tutma haqqında protokolda Şəxs 24 iyul 2025-ci il tarixdə tutulması göstərilsə də, Şəxs izahatı ilə müəyyən olunur ki, o 23 iyul 2025-ci il tarixdə narkotik vasitə və ya psixotrop maddə saxlamaqda və istifadə etməkdə şübhəli bilinərək saxlanılmışdır. Odur ki, təqsirləndirilən şəxs Şəxs təyin ediləcək inzibati həbs cəzasının başlanğıcı saxlandığı “23” iyul 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 43.1, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 30 (otuz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İş üzrə maddi sübut, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis şöbəsində saxlanılan 699.950 qram olan 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İnzibati həbs müddəti 23 iyul 2025-ci il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X7 həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar