Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-52/2025 17.09.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin icra məmuru X4 iştirakları ilə, xx xxxxxxxx 2003-cü ildə Şahbuz rayonu, Ayrınc kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, (FİN kod – xxxxxxx) ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satıcı vəzifəsində işləyən, Şahbuz rayonu, Ayrınc kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan X barəsində daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsi tərəfindən X barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 sentyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər “16” sentyabr 2025-ci ildə Şahbuz Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, borclu X X7 Rayon Məhkəməsinin 2(090)- 34/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində nəzərdə tutulmuş tələbi yerinə yetirməmişdir. Bununla da, X Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin icra məmuru X məhkəmə iclasında verdiyi izahatında Şahbuz Rayon Məhkəməsinin 2(090)-34/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin xx.xx.2025-ci il tarixdə Şahbuz rayon icra və probasiya bölməsinin icraatına daxil olduğunu, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 28 oktyabr 2023-cü ildə doğulmuş X5 ilə ünsiyyət hüququnun müəyyən edildiyini, ünsiyyət qaydasının hər həftənin şənbə və bazar günləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi (rəsmi qeyri-iş günü hesab edilən dövlət və dini) bayram günlərinin 1-ci günü saat 10.00-dan saat 13.00-dək təyin edildiyini, ünsiyyət hüququnun təmin edilməsi üçün X2 yaşayış yeri üzrə hər həftənin şənbə və bazar günləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi (rəsmi qeyri-iş günü hesab edilən dövlət və dini) bayram günlərinin 1-ci günü saat 10:00-da borclu Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs, həmin gün saat 13:00-da isə eyni ünvanda tələbkar Zərərçəkmiş şəxs tərəfindən borclu Şəxs təhvil verilməli olduğunu, məhkəmə qərarı əsasında icra sənədi üzrə icraata başlama haqaqında qərar qəbul olunduğunu və qərarın surətinin və məhkəmə qərarının könüllü icrası barədə bildirişin borclunun ünvanına göndərildiyini, lakin məhkəmə qərarının borclu tərəfindən icra olunmadığını, borclunun ünvanına göndərilən xəbərdarlıqlara məhəl qoymadığını və məhkəmə qərarının icrasını təmin etmədiyini, borclunun icra məmurunun çağırışlarına gəlmədiyini, protokolun baxılmasını məhkəmədən xahiş etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X və Zərərçəkmiş şəxs ünvanına bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3, 62.4 və 112.1.4-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin nümayəndəsinin izahatını, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, iş materiallarında olan Şahbuz Rayon Məhkəməsinin 2(090)-34/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli icra sənədindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs 28 oktyabr 2023-cü ildə doğulmuş X5 ilə ünsiyyət hüququ müəyyən edilsin və ünsiyyət qaydası hər həftənin şənbə və bazar günləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi (rəsmi qeyri-iş günü hesab edilən dövlət və dini) bayram günlərinin 1-ci günü saat 1000 –dan saat 1300-dək təyin edilməli, ünsiyyət hüququnun təmin edilməsi üçün X2 yaşayış yeri üzrə hər həftənin şənbə və bazar günləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi (rəsmi qeyri-iş günü hesab edilən dövlət və dini) bayram günlərinin 1-ci günü saat 1000-da cavabdeh Şəxs tərəfindən iddiaçı Zərərçəkmiş şəxs, həmin gün saat 1300-da isə eyni ünvanda iddiaçı Zərərçəkmiş şəxs tərəfindən cavabdeh Şəxs təhvil verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin X ünvanlandığı 14 mart 2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Şahbuz Rayon Məhkəməsinin 2(090)-34/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün X xəbərdarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsi tərəfindən 02 aprel 2025-ci il tarixdə təkrar xəbərdarlıq olunmasına baxmayaraq o, yenə də icradan yayınmışdır. xx.xx.2025-ci il tarixli məcburi gətirilmə haqqında xəbərdarlığın və xx.xx.2025-ci il tarixli inzibati məsuliyyətə cəlb olunması haqqında xəbərdarlığın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X göndərilməsi müəyyən olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli akta əsasən Şahbuz Rayon Məhkəməsinin 2(090)-34/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə uşaqla ünsiyyət tələbinin təmin edilməsi məqsədilə borclu Şəxs qeydiyyatda olduğu Şahbuz rayonu, Ayrınc kəndinə gedildiyi uşaqla ünsiyyət tələbinin təmin olunmasının mümkün olmadığı müəyyən olunur. Həmçinin iş materiallarında olan xx.xx.2025-ci il tarixli akta əsasən Şahbuz Rayon Məhkəməsinin 2(090)-34/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə uşaqla ünsiyyət tələbinin təmin edilməsi məqsədilə Şahbuz rayonu, Ayrınc kəndinə gedildiyi, borclunun atası X1 evə daxil olmağa icazə vermədiyi, borclunun evdə olduğunu, lakin icra hərəkətlərinin icrasında iştirak etmək istəmədiyini, borclu barəsində məcburi icra tədbirlərinin görülməsi və inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim ediləcəyinin bildirildiyi müəyyən olunur. Beləliklə, müəyyən edilmişdir ki, Şahbuz Rayon Məhkəməsinin 2(090)-34/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs 28 oktyabr 2023-cü ildə doğulmuş X5 ilə ünsiyyət hüququ müəyyən edilsin və ünsiyyət qaydası hər həftənin şənbə və bazar günləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi (rəsmi qeyri-iş günü hesab edilən dövlət və dini) bayram günlərinin 1-ci günü saat 1000 –dan saat 1300-dək təyin edilməli, ünsiyyət hüququnun təmin edilməsi üçün X2 yaşayış yeri üzrə hər həftənin şənbə və bazar günləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi (rəsmi qeyri-iş günü hesab edilən dövlət və dini) bayram günlərinin 1-ci günü saat 1000-da cavabdeh Şəxs tərəfindən iddiaçı Zərərçəkmiş şəxs, həmin gün saat 1300-da isə eyni ünvanda iddiaçı Zərərçəkmiş şəxs tərəfindən cavabdeh Şəxs təhvil verilməlidir. İcra sənədi üzrə 14 mart 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin icrası haqqında bildiriş borcluya göndərilmişdir. İcra sənədi icraatda olduğu müddət ərzində X icra sənədinin icrası təklif edilmiş, lakin icra sənədi üzrə heç bir icra hərəkəti edilməmiş və ya ən azından buna cəhd də edilməmişdir. Şahbuz Rayon Məhkəməsinin 2(090)-34/2025 nömrəli icra sənədinin könüllü icrası üçün borcluya xx.xx.2025-ci il tarixdə bildiriş göndərilsə də, həmin vaxtdan borclu icra sənədi üzrə icra hərəkətlərini vaxtı-vaxtında etməmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, icra sənədinin icrası ilə bağlı X icra hərəkətlərini vaxtı-vaxtında icra etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35- ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli Qərarında göstərilən üzrlü səbəb şəxsin subyektiv hallarla bağlı deyil, obyektiv hallarla bağlı, yəni onun özündən asılı olmayan səbəblərə görə qətnaməni icra edə bilməməsini ehtiva edir. Belə səbəblərə borclu şəxsin uzun müddət xəstə olması, əmək qabiliyyətini itirməsi, himayəsində daimi olaraq baxıma ehtiyacı olan şəxsin olması, şəxsin hərbi, döyüş əməliyyatlarda olması, fors-major hadisələrin baş verməsi və s. kimi obyektiv hallar aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinin tələbinə görə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məcəllənin 30.2-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməni istisna edən hal olaraq hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz halı mövcuddur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. X himayəsində azyaşlı uşağın olmasının və ilk dəfə inzibati xəta törətməsini məhkəmə yüngülləşdirən hal kimi nəzərə alır. X məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. X məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, X Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(090)-52/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-52/2025
17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver