Məhkəmə qərarları › İş №3(090)-53/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-53/2025

17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-53/2025 17.09.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin icra rəisi X5 iştirakı ilə, xx xxxxxxxx 2003-cü ildə Şahbuz rayonu, Ayrınc kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, (FİN kod – xxxxxxx) ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satıcı vəzifəsində işləyən, Şahbuz rayonu, Ayrınc kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan İsmayıllı (Tarverdiyeva) Aysu Elman qızının barəsində daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsi tərəfindən İsmayıllı (Tarverdiyeva) Aysu Elman qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 sentyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər “16” sentyabr 2025-ci ildə Şahbuz Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, borclu Tarverdiyeva (İsmayıllı) X7 Rayon Məhkəməsinin 2(090)-110/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində nəzərdə tutulmuş tələbi yerinə yetirməmişdir. Bununla da, İsmayıllı (Tarverdiyeva) Aysu Elman qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin icra rəisi Əli Piriyev məhkəmə iclasında verdiyi izahatında Şahbuz Rayon Məhkəməsinin 2(090)-110/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin xx.xx.2025-ci il tarixdə Şahbuz rayon icra və probasiya bölməsinin icraatına daxil olduğunu, icra sənədi üzrə borclu Tarverdiyeva (İsmayıllı) Aysu Elman qızı tərəfindən tələbkarlar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il təvəllüdlü X4 ilə ünsiyyət saxlamaq hüquqlarının təmin olunmalı olduğunu, ünsiyyət qaydasının hər həftənin şənbə və bazar günləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi (rəsmi qeyri-iş günü hesab edilən dövlət və dini) bayram günlərinin birinci günü, bayram günləri bir gündürsə bayram günündən bir gün öncə saat 10:00-dan 13:00-dək müəyyən edildiyini, məhkəmə qərarı əsasında icra sənədi üzrə icraata başlama haqaqında qərar qəbul olunduğunu və qərarın surətinin və məhkəmə qərarının könüllü icrası barədə bildirişin borclunun ünvanına göndərildiyini, lakin məhkəmə qərarının borclu tərəfindən icra olunmadığını, 25 avqust 2025-ci il tarixdə tələbkarlar tərəfindən məhkəmə qərarının icra olunmaması barədə ərizə daxil olduğunu, 26 avqust 2025-ci il tarixdə borclunun ünvanına inzibati məsuliyyətə cəlb olunma barədə xəbərdarlıq göndərildiyini, icra sənədi üzrə tələbin yerinə yetirilməsi xahiş olunduğunu, 30 avqust 2025-ci il tarixdə tələbkarlarla birlikdə borclu Tarverdiyeva (İsmayıllı) Aysu Elman qızının yaşayış yeri üzrə Şahbuz rayonu, Ayrınc kəndinə getdiklərini, borclunun icra sənədinə məhəl qoymadığını və məhkəmə qərarının icrasını təmin etmədiyini, borclunun atası Elman İsmayılovun qızının icra hərəkətində icra etmək istəmədiyini bildirdiyini, 01 sentyabr 2025-ci il tarixdə tələbkarlar tərəfindən məhkəmə qərarının icra olunmaması barədə ərizə daxil olduğunu, 07 sentyabr 2025-ci il tarixdə yenidən borclunun ünvanına inzibati məsuliyyətə cəlb olunma barədə xəbərdarlıq göndərildiyini, 13 sentyabr 2025-ci il tarixdə borcluya, tələbkarlara, Şahbuz Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına və Şahbuz Rayon Polis şöbəsinə məktub ünvanlandığını, onların iştirakı ilə yenə də Şahbuz rayonu, Ayrınc kəndinə getdiklərini, borclunun icra sənədinin icrasını yerinə yetirməkdən yayındığını, borclunun sənədləşmə işlərində iştirak etməkdən imtina etdiyini, borcluya inzibati məsuliyyətə cəlb olunması ilə bağlı protokol tərtib olunacağı və aidiyyatı üzrə baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndəriləcəyi barədə xəbərdarlıq edildiyini, protokolun baxılmasını məhkəmədən xahiş etdiyini bildirdi. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi izahatında dəfələrlə görüş üçün Şahbuz rayonu, Ayrınc kəndinə getdiklərini, məhkəmə qərarının icra olunmadığını, nəvələrini görə bilmədiklərini, uşağa lazımi baxım göstərilmədiyini, buna görə uşağı görmələrinə imkan verilmədiyini, borclunun Bakı şəhərində təhsil aldığını bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi izahatında borclunun valideynlərinin qanuni qüvvəyyə minmiş məhkəmə qərarlarının icrasına maneə yaratdıqlarını, məhkəmə qərarının icra olunmadığını, sonuncu dəfə nəvələrini görmək üçün getdikləri zaman imkan verilmədiyini, onları təhqir etdiklərini, uşağı görmələrinə şərait yaratmadıqlarını və qərarın icrasına qərəzli sürətdə maneə yaratdıqlarını, icra sənədinin icrası üzrə heç bir addım atılmadığın, borclunun məsuliyyətə cəlb olunmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayıllı (Tarverdiyeva) Aysu Elman qızının ünvanına bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3, 62.4 və 112.1.4-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin nümayəndəsinin izahatını, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İsmayıllı (Tarverdiyeva) Aysu Elman qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, iş materiallarında olan Şahbuz Rayon Məhkəməsinin 2(090)-110/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Tarverdiyeva (İsmayıllı) Aysu Elman qızı tərəfindən olan maneə aradan qaldırmalı, iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il təvəllüdlü X4 ilə ünsiyyət saxlamaq hüquqları təmin olunsun və ünsiyyət qaydası hər həftənin şənbə və bazar günləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi (rəsmi qeyri-iş günü hesab edilən dövlət və dini) bayram günlərinin birinci günü, bayram günləri bir gündürsə bayram günündən bir gün öncə saat 10:00-dan 13:00-dək təyin edilməli, ünsiyyət hüququnun təmin edilməsi üçün X2 yaşayış yeri üzrə hər həftənin şənbə və bazar günləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi (rəsmi qeyri-iş günü hesab edilən dövlət və dini) bayram günlərinin birinci günü, bayram günləri bir gündürsə bayram günündən bir gün öncə saat 10:00-da cavabdeh Tarverdiyeva (İsmayıllı) Aysu Elman qızı tərəfindən iddiaçı Zərərçəkmiş şəxs2, həmin gün saat 1300-da isə eyni ünvanda iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən cavabdeh Tarverdiyeva (İsmayıllı) Aysu Elman qızına təhvil verilməli, ünsiyyət hüququnun təmin edilməsi üçün X2 yaşayış yeri üzrə hər həftənin şənbə və bazar günləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi (rəsmi qeyri-iş günü hesab edilən dövlət və dini) bayram günlərinin birinci günü, bayram günləri bir gündürsə bayram günündən bir gün öncə saat 10:00-da cavabdeh Tarverdiyeva (İsmayıllı) Aysu Elman qızı tərəfindən iddiaçı Zərərçəkmiş şəxs1, həmin gün saat 1300 – da isə eyni ünvanda iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən cavabdeh Tarverdiyeva (İsmayıllı) Aysu Elman qızına təhvil verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin İsmayıllı (Tarverdiyeva) Aysu Elman qızına ünvanlandığı 08 avqust 2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Şahbuz Rayon Məhkəməsinin 2(090)-110/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün İsmayıllı (Tarverdiyeva) Aysu Elman qızına xəbərdarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmış, buna baxmayaraq o, yenə də icradan yayınmışdır. xx.xx.2025-ci il tarixli inzibati məsuliyyətə cəlb olunması haqqında və xx.xx.2025-ci il tarixli görülməli bütün tədbirlər barədə xəbərdarlığın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayıllı (Tarverdiyeva) Aysu Elman qızına göndərilməsi müəyyən olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli akta əsasən Şahbuz Rayon Məhkəməsinin 2(090)-110/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə uşaqla ünsiyyət tələbinin təmin edilməsi məqsədilə borclu Şəxs qeydiyyatda olduğu Şahbuz rayonu, Ayrınc kəndinə gedildiyi uşaqla ünsiyyət tələbinin təmin olunmasının mümkün olmadığı müəyyən olunur. Həmçinin iş materiallarında olan xx.xx.2025-ci il tarixli akta əsasən Şahbuz Rayon Məhkəməsinin 2(090)-110/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə uşaqla ünsiyyət tələbinin təmin edilməsi məqsədilə Şahbuz rayonu, Ayrınc kəndinə gedildiyi, borclunun atası X1 evə daxil olmağa icazə vermədiyi, borclunun evdə olduğunu, lakin icra hərəkətlərinin icrasında iştirak etmək istəmədiyini, borclu barəsində məcburi icra tədbirlərinin görülməsi və inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim ediləcəyinin bildirildiyi müəyyən olunur. Beləliklə, müəyyən edilmişdir ki, Şahbuz Rayon Məhkəməsinin 2(090)-110/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Tarverdiyeva (İsmayıllı) Aysu Elman qızı tərəfindən olan maneə aradan qaldırmalı, iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il təvəllüdlü X4 ilə ünsiyyət saxlamaq hüquqları təmin olunsun və ünsiyyət qaydası hər həftənin şənbə və bazar günləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi (rəsmi qeyri-iş günü hesab edilən dövlət və dini) bayram günlərinin birinci günü, bayram günləri bir gündürsə bayram günündən bir gün öncə saat 10:00-dan 13:00-dək təyin edilməli, ünsiyyət hüququnun təmin edilməsi üçün X2 yaşayış yeri üzrə hər həftənin şənbə və bazar günləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi (rəsmi qeyri-iş günü hesab edilən dövlət və dini) bayram günlərinin birinci günü, bayram günləri bir gündürsə bayram günündən bir gün öncə saat 10:00-da cavabdeh Tarverdiyeva (İsmayıllı) Aysu Elman qızı tərəfindən iddiaçı Zərərçəkmiş şəxs2, həmin gün saat 1300-da isə eyni ünvanda iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən cavabdeh Tarverdiyeva (İsmayıllı) Aysu Elman qızına təhvil verilməli, ünsiyyət hüququnun təmin edilməsi üçün X2 yaşayış yeri üzrə hər həftənin şənbə və bazar günləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi (rəsmi qeyri-iş günü hesab edilən dövlət və dini) bayram günlərinin birinci günü, bayram günləri bir gündürsə bayram günündən bir gün öncə saat 10:00-da cavabdeh Tarverdiyeva (İsmayıllı) Aysu Elman qızı tərəfindən iddiaçı Zərərçəkmiş şəxs1, həmin gün saat 1300 –da isə eyni ünvanda iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən cavabdeh Tarverdiyeva (İsmayıllı) Aysu Elman qızına təhvil verilməlidir. İcra sənədi üzrə 08 avqust 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin icrası haqqında bildiriş borcluya göndərilmişdir. İcra sənədi icraatda olduğu müddət ərzində İsmayıllı (Tarverdiyeva) Aysu Elman qızına icra sənədinin icrası təklif edilmiş, lakin icra sənədi üzrə heç bir icra hərəkəti edilməmiş və ya ən azından buna cəhd də edilməmişdir. Şahbuz Rayon Məhkəməsinin 2(090)-110/2025 nömrəli icra sənədinin könüllü icrası üçün borcluya xx.xx.2025-ci il tarixdə bildiriş göndərilsə də, həmin vaxtdan borclu icra sənədi üzrə icra hərəkətlərini vaxtı-vaxtında etməmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, icra sənədinin icrası ilə bağlı İsmayıllı (Tarverdiyeva) Aysu Elman qızının icra hərəkətlərini vaxtı-vaxtında icra etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin həmin Məcəllənin 9.2 və 35- ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli Qərarında göstərilən üzrlü səbəb şəxsin subyektiv hallarla bağlı deyil, obyektiv hallarla bağlı, yəni onun özündən asılı olmayan səbəblərə görə qətnaməni icra edə bilməməsini ehtiva edir. Belə səbəblərə borclu şəxsin uzun müddət xəstə olması, əmək qabiliyyətini itirməsi, himayəsində daimi olaraq baxıma ehtiyacı olan şəxsin olması, şəxsin hərbi, döyüş əməliyyatlarda olması, fors-major hadisələrin baş verməsi və s. kimi obyektiv hallar aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinin tələbinə görə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məcəllənin 30.2-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməni istisna edən hal olaraq hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz halı mövcuddur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayıllı (Tarverdiyeva) Aysu Elman qızına inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Aysu İsmayıllının (Tarverdiyeva) himayəsində azyaşlı uşağın olmasını məhkəmə yüngülləşdirən hal kimi nəzərə alır. Aysu İsmayıllının (Tarverdiyeva) məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, İsmayıllı (Tarverdiyeva) Aysu Elman qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayıllı (Tarverdiyeva) Aysu Elman qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar