Məhkəmə qərarları › İş №3(090)-58/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-58/2025

06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-58/2025 06.11.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirləndirilməsinə dair işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şahbuz Rayon Məhkəməsinə hüquqi ünvanı ünvan 2bundan sonra mətndə "xxxx" MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, "xxxx" MMC-nin (VÖEN:**********) vətəndaş Zərərçəkmiş şəxs əmək hüquqlarının pozulması ilə bağlı müraciəti DƏMX-də araşdırılarkən xidmət tərəfindən hüquqi şəxsin ünvana sorğu verilməsinə və sorğuda qeyd olunan sənədlərin tələb olunmasına baxmayaraq, sorğuda qeyd olunan müddət ərzində müəssisə tərəfindən sorğuya münasibət bildirilməmiş və sənədlər təqdim olunmamışdır. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də, Naxçıvan Muxtar Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə 14 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs son əmək hüquqlarının pozulması ilə bağlı müraciəti Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə daxil olmuşdur. Tələbi isə 9 aylıq əməkhaqqının ödənilməsi ilə bağlıdır. Həmin müraciətlə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 26 avqust 2025-ci il tarixdə sorğu məktubu ünvanlanmışdır və müvafiq sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Həmin sorğu məktubu 19 sentyabr 2025-ci il tarixdə "xxxx" MMC tərəfindən təhvil alınmışdır. Buna baxmayaraq sorğuda qeyd olunmuş müddət ərzində "xxxx" MMC qeyd olunmuş sənədləri X2 Xidmətinə təqdim etməmişdir. İnzibati xəta haqqında protokol tərtib edilməsi barədə bildiriş 07 oktyabr 2025ci il tarixdə göndərilmişdir. "xxxx" MMC inzibati xəta haqqında protokolun tərtib edilməsində də iştirak etməmişdir. Protokolun tərtib edilməsi barədə bildiriş 14 oktyabr 2025-ci il tarixdə müəssisəyə daxil olmuşdur. "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur və baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokol "xxxx" MMC barəsində 21 oktyabr 2025-ci il tarixdə çatdırılmışdır. Zəruri sənədlər iş materiallarına əlavə edilmişdir. Protokolun baxılmasını və təmin edilməsini xahiş edirəm. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və zərərçəkmiş şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, "xxxx" MMC barəsində tərtib olunmuş protokolu əsaslıdır. Belə ki, məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan: 14 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin (VÖEN:**********) vətəndaş Zərərçəkmiş şəxs əmək hüquqlarının pozulması ilə bağlı müraciəti DƏNX-də araşdırılarkən xidmət tərəfindən hüquqi şəxsin ünvana sorğu verilməsinə və sorğuda qeyd olunan sənədlərin tələb olunmasına baxmayaraq, sorğuda qeyd olunan müddət ərzində müəssisə tərəfindən sorğuya münasibət bildirilməmiş və sənədlər təqdim olunmamışdır. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şahbuz rayonu, Biçənək kənd sakini Zərərçəkmiş şəxs 25.08.25-ci il tarixli şikayət ərizəsində göstərmişdir ki, “mən 01.08.203-cü il tarixindən Batabat Restoranı MMC-də ofisiant vəzifəsində çalışmışam. Əmək müqaviləmə xx.xx.2025-ci il tarixində Əmək Məcəlləsinin 68.2 a bəndinə əsasən xitam verilmişdir. Xitam verilən zaman mənə son haqq-hesab ödənişi olunmayıb. 2025-ci ilin may ayınadək işdə olmuşam və əmək müqaviləmə xitam verilməsindən xəbərim olmayıb. 2024-cü ilin sentyabr-dekabr ayları ərzində əmək haqqı almamışam. Tələbim 2024-cü il sentyabr-2025-ci ilin may ayınadək mənə çatacaq olan ödənişin ödənilməsidir”. Naxçıvan Muxtar Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətindən "xxxx" MMC-yə ünvanladığı 26 avqust 2025-ci il tarixli, 3-17-9-5/2- 2486/2025 nömrəli sorğuda göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs "Batabat Restoranı” Məhdud Məsuliyyətli Cəmiyyətində əmək hüquqlarının pozulmasına dair 25 avqust 2025-ci il tarixli müraciətinə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamatlərinə uyğun olaraq işə götürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Zərərçəkmiş şəxs müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 (yeddi) iş günü ərzində Xidmətə təqdim edilməsi xahiş olunur. Təqdim olunacaq sənədlərin siyahısı: əmək müqaviləsinin sürəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə); işəgirmə əmri; iş vaxtının uçotu cədvəllərinin sürəti (son 12 ay üzrə); aylıq əmək haqqının hesablanıb ödənilməsinə dair sənədlər (son 12 ay üzrə hesablama cədvəli, ödəniş tapşırığı və bankomat cədvəli); işçinin iş illərinə görə əmək məzuniyyətindən istifadə etməsinə dair müvafiq sənədlər (ərizə, əmr, məzuniyyət pulunun hesablanıb ödənilməsi üzrə cədvəl, ödəniş tapşırığı və 'bankomat cəvəli”); son haqq-hesabın ödənilməsinə dair sənədlər (hesablama cədvəli, ödəniş tapşırığı bankomat cədvəli); xitama əsas olan sənədlər (işçinin işdən çıxmasına dair ərizəsi və xitam əmri); vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcellesinin 539.3 maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Şahbuz rayon filialı Naxçıvan Muxtar Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ünvanlanmış sorğuya cavab məktubunda göstərilmişdir ki, 29 sentyabr 2025-ci il tarixdə "xxxx" MMC-nin Şahbuz rayon filialına daxil olmuş SS970514214 "xxxx" MMC-yə ünvanlanmış məktub 03 sentyabr 2025-ci il tarixdə Biçənək kənd poçt bölməsində qəbul edilmişdir. 04 sentyabr 2025-ci il tarixdə ünvançıya çatdırılmışdır. Naxçıvan Muxtar Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətindən Zərərçəkmiş şəxs ünvanladığı 29 sentyabr 2025-ci il tarixli, 3-17-9-5/2-M- 27495/2025 nömrəli məktubda göstərilmişdir ki, "Batabat Restoranı” Məhdud Məsuliyyətli Cəmiyyətində əmək hüquqlarınızın pozulmasına dair 25 avqust 2025-ci il tarixli müraciətinizə Naxçıvan Muxtar Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətində baxılmışdır. Müraciətinizlə bağlı aparılan araşdırma zamanı inzibati xəta əlamətləri müəyyən edildiyindən, işəgötürən barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Naxçıvan Muxtar Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətindən "xxxx" MMC-yə ünvanladığı 26 sentyabr 2025-ci il tarixli, 3-17-9-5/2- 2753/2025 nömrəli bildirişdə göstərilmişdir ki, tərtib edilmiş 25 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli "İnzibati xəta haqqında Protokol”a əsasən inzibati xəta haqqında işə baxılması 6 oktyabr 2025-ci il tarixdə saat 11:00-a tayin olunmuşdur. Qeyd olunan vaxtda inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X2 Xidmətinə dəvət olunursunuz. Sizin və ya səlahiyyətli nümayəndənizin iştirakını təmin etməyiniz və iş üzrə sizdə olan bütün sübutların təqdim olunması təklif olunur. Gəlmədiyiniz və işə baxılmasının təxirə salınması barədə vəsatət vermədiyiniz təqdirdə inzibati xəta haqqında işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə uyğun olaraq iştirakınız olmadan baxılacaqdır. Naxçıvan Muxtar Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətindən "xxxx" MMC-yə ünvanladığı 06 oktyabr 2025-ci il tarixli, 3-17-9-5/2- 2859/2025 nömrəli bildirişdə göstərilmişdir ki, barənizdə verilmiş 06 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli "İnzibati tənbehvermə haqqında Qərar” icra edilməsi məqsədilə Sizə göndərilir. Naxçıvan Muxtar Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətindən "xxxx" MMC-yə ünvanladığı 07 oktyabr 2025-ci il tarixli, 3-17-9-5/2- 2865/2025 nömrəli bildirişdə göstərilmişdir ki, Zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək hüquqlarının pozulmasına dair 25 avqust 2025-ci il tarixli müraciətinin araşdırılması zamanı X2 Xidməti tərəfindən cəmiyyətə 26 avqust 2025-ci il tarixli sorğu məktubu ünvanlanmasına baxmayaraq Cəmiyyət tərəfindən sorğuda qeyd olunan sənədlər xidmətə təqdim olunmadığından inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən "İnzibati xəta haqqında Protokol”un tərtib olunmasında səlahiyyətli nümayəndənizin iştirak etməsi məqsədi ilə 14 oktyabr 2025-ci il tarixdə, saat 10:00-da xidmətə dəvət olunursunuz. Səlahiyyətli nümayəndənizin iştirakını təmin etməyiniz və iş üzrə sizdə olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunur. Gəlmədiyiniz və işə baxılmasının təxirə salınması barədə vəsatət vermədiyiniz təqdirdə inzibati xəta haqqında işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə uyğun olaraq iştirakınız olmadan baxılacaqdır. Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmçinin Məcəllənin 100.2-ci maddəsinə əsasən "İnzibati xəta haqqında Protokol” tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Naxçıvan Muxtar Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən təqdim edilmiş materiallara "xxxx" MMC-yə və onun rəhbərliyinə ünvanlanmış yuxarıda qeyd edilən məktubların ünvana çatdırılmasına dair xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli reyestrlərin surəti, SS970514214AZ kodlu və SS930287275AZ kodlu poçt göndərişlərinin çıxarışları, həmçinin xx.xx.2025-ci il tarixdə “Hüseynov Musa” adlı şəxsə təqdim edilmiş xəbərnamənin surətindən müəyyən olunur ki, göndərişlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə görə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 539.1-1-ci maddəsinə əsasən, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşə məhkəmədə baxılan zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən hüquqi şəxsə sənədlərin təqdim edilməsi üçün sorğu göndərilmişdir. Sorğunun hüquqi şəxsin ünvanına nə vaxt çatdırılması iş materialları ilə təsdiq edilir. Lakin sorğuya müvafiq cavab verilməmiş və bu hərəkətsizliyi ilə hüquqi şəxsin əməlində inzibati xəta tərkibi yaranmışdır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də həmin qurum sözügedən maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə görə, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən, onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar