Məhkəmə qərarları › İş №3(090)-6/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-6/2021

15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-6/2021 15.09.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Musa Qənbər oğlunun katibliyi ilə, xx xxx 1968-ci ildə Şahbuz rayonu, Kükü kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, üç uşaq atası, deməsinə görə bir il ərzində inzibati xəta törətməmiş, Şahbuz rayonu, Kükü kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Şahbuz Rayon İcra və Probasiya Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair “15” sentyabr 2021-ci il tarixli, 010762 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər “15” sentyabr 2021-ci ildə Şahbuz Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında materiallara baxılan zaman müəyyən olunmuşdur ki, Şahbuz Rayon Məhkəməsinin 2(090)-62/2021 nömrəli, 23 iyul 2021-ci il tarixli icra sənədinə əsasən 18 mart 2021-cı il tarixdən hesablanmaqla 07 yanvar 2005-ci-cı ildə doğulmuş X3, 09 aprel 2006-cı ildə doğulmuş X4 və 11 oktyabr 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Şəxs hər bir uşağın saxlanmaları üçün hər ay hər bir uşaq üçün sabit məbləğdə 90 (doxsan) manat olmaqla, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində aliment tutularaq X1 verilməsi qət olunmuşdur. Borclu Şəxs borcu ödəməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən boyun qaçırmış və icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş materialları ilə müəyyən olunur ki, Şahbuz Rayon İcra və Probasiya Bölməsi tərəfindən “18” avqust 2021-ci il tarixdə təkrar xəbərdarlıq olunmasına baxmayaraq o, yenə də icradan yayınmışdır. Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında göstərdi ki, Ə.Məmmədova ilə o 2003-cü ildə evlənib, 2004-cü ildə isə nikahlarını rəsmləşdiriblər, onların bu nikahlarından üç övladları doğulubdur, 23 iyul 2021-ci il tarixdə məhkəmənin qərarı ilə onların nikahları pozulubdur, eyni zamanda həmin qərarla uşaqlarının saxlanmaları üçün bir uşaq üçün 90 manat olmaqla üç uşaq üçün cəmi 270 manat müəyyən edilibdir, həmin alimenti ödəyə bilməyibdir, əməlindən peşmandır, hal-hazırda o tikintidə işləyir çalışacaq ki, alimenti ödəsin, lakin qış aylarında iş olmadığı üçün o hər ay 270 manat ödəyə bilməyəcəkdir. Məhkəmədə sualları cavablandıran Şəxs bildirdi ki, o bilmədən səhvlik edibdir icra məmurunun çağırışlarına gəlməyibdir, o alimenti 18 mart 2021-ci ildən deyil, 23 iyul 2021-ci il tarixdən ödəməlidir, yəni nə vaxt boşanıbdırsa həmin vaxtdan ödəməlidir, onun gəlirləri imkan vermir ki, hər ay 270 manat aliment ödəsin. İş materiallarında olan icra sənədindən aydın olur ki, tələb aliment, yəni borlunun tələbkara hər ay ödəməli olan pul məbləği ilə bağlıdır. Həmin icra sənədinə əsasən Şəxs 23.07.2021-ci il tarixli və “18” avqust 2021-ci il tarixdə təkrar xəbərdarlıq məktubları ilə borcluya yuxarıda qeyd olunan icra sənədi barədə məlumat bildirilmiş, lakin buna baxmayaraq qeyd edilən icra sənədi borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Şəxs səmimi peşmançılığı yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddəsinin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir Beləliklə, Şəxs inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməni istisna edən hallar mövcud deyildir. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib ona 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddəti “15” sentyabr 2021-ci il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar