Məhkəmə qərarları › İş №3(090)-6/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-6/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-6/2023 19.04.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsinin sahə inspektoru polis-kapitanı X2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1974-cü ildə Şahbuz rayonu, Qarababa kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, evli, 2 uşaq atası, deməsinə görə məhkumluğu olmayan, müvəqqəti işsiz Şahbuz rayonu, Qarababa kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirləndirilməsinə dair işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsinin 19 aprel 2023-cü il tarixli, 3-13-43-11/2-690/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 19 aprel 2023-cü il tarixli, 008264 nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 19 aprel 2023-cü ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs 14 aprel 2023-cü il tarixdə gecə 2-3 radələrində Şahbuz rayonu, Şahbuz şəhərində yerləşən “Batabat” şadlıq sarayının kafesinə qanunsuz olaraq daxil olması və oradan ümumi dəyəri 90 manat olan 3 ədəd müxtəlif adlarda spirtli içki talaması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, yəni “xırda talama” inzibati xəta əməlini törətməsi müəyyən edilmişdi. Qeyd olunanlara əsasən Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsinin sahə inspektoru polis-kapitanı X3 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şahbuz rayon Polis Şöbəsinin polis sahə inspektoru, polis-kapitanı X8 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs ərizə ilə Şahbuz rayon Polis Şöbəsinə müraciət edərək Şahbuz şəhəri, “Yeni Batabat” şadlıq sarayının kafesinin pəncərəsinin şüşəsi naməlum şəxs tərəfindən qırıldığını, təqsirli şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Ərizənin araşdırılması zamanı Şəxs 14 aprel 2023-ci ildə gecə saat 2-3 radələrində Şahbuz şəhərində yerləşən “Yeni Batabat” şadlıq sarayının kafesinə pəncərənin şüşəsini qıraraq daxil olması və oradan 3 ədəd spirtli içki götürərək Zərərçəkmiş şəxs 90 manat maddi ziyan vurmaqla xırda talama törətməsi müəyyən edilmişdir. Sözügedən əməl Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinin tərkibini yaratmadığından Şahbuz rayon Polis şöbəsinin istintaq-təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən 18 aprel 2023-cü il tarixli qərar əsasında cinayət işi başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsi vasitəsilə ona göndərilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün məhkəməyə göndərmişdir. Şəxs vurduğu maddi ziyanı ödəmədiyini və zərər çəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə alıb Şəxs inzibati həbs növündə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 14 aprel 2023-cü il tarixdə Şahbuz şəhərində yerləşən “Yeni Batabat” şadlıq sarayının kafesini gecə saat 01:25 radələrində işçi X4 qapını bağlayıb çıxıb, həmin günün səhəri atası Əli Musayev iş yerinə gələrək kafenin pəncərəsinin şüşəsinin qırıldığını görüb ona zəng edib deyibdir, o da bu barədə dərhal Şahbuz rayon Polis şöbəsinə məlumat veribdir, o kafeyə gəlib oradan vitrində olan spirtli içkilərin götürüldüyünü görübdür, həmin vaxt kafedən 3 ədəd spirtli içki götürülübdür. Məhkəmə sualları cavablandıran zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, sonradan o kafedən oğurluq edənin Şəxs olduğunu bilibdir, oğurlanan spirtli içkilərinin bir ədədinin bazar qiyməti 30 (otuz) manatdır, Şəxs ona vurulmuş maddi ziyanı ödəməyibdir və onlar arasında barışıq olmayıbdır, o, Şəxs cəzalanmasını istəyir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 14 aprel 2023-cü il tarixə, təqribən gecə saat 2-3 radələrində, Şahbuz şəhərində yerləşən “Yeni Batabat” şadlıq sarayının kafesinə pəncərənin şüşəsini qıraraq daxil olub və oradan 3 ədəd spirtli içki götürübdür, həmin vaxt o tək olubdur, götürdüyü spirtli içkiləri o istifadə edibdir, Törətdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən yüngül cəza verilməsini xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış 34C-23 nömrəli material əsasında cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis şöbəsinin rəisinə göndərilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli AZN № 0244 saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2023-cü il tarixdə saat 11:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli 008264 nömrəli protokoldan görünür ki, Şəxs barəsində Şahbuz rayon Polis Şöbəsinin polis sahə inspektoru X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli 002060 nömrəli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli 008264 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şahbuz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi öz izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin izahatı, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. - 227-ci maddəsinə görə Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarında qeyd edilir ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərər çəkmiş şəxslərin məhkəmədə izahatları, həmçinin şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında protokol ilə tam sübuta yetirilmişdir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinin sübuta yetirilməsi onun inzibati məsuliyyətə cəlb edilməsi üçün birbaşa əsas deyil. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsində göstərilir ki, həmin Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Zərər çəkmiş şəxsin məhkəmədə verdiyi izahatdan və onun təqdim etdiyi 19 aprel 2023-cü il tarixli ərizədən görünür ki, onunla Şəxs arasında barışıq əldə olunmayıb. Bu isə özlüyündə hazırki iş üzrə icraata xitam verilməsi üçün qeyd edilən əsasın mövcud olmaması ilə nəticələnir. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barələrində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan ictimai işlər tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, o, vurduğu maddi ziyanı ödəməmişdir, zərər çəkmiş şəxslə barışığı yoxdur. Ona görə də məhkəmə Şəxs ictimai işlər növündə tədbirlərin tətbiqini kifayət edici saymır və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh təyin edilməsini əsaslı hesab edir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir, habelə həmin Məcəllənin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xətanın mülkiyyət əleyhinə olmasını, onun qəsdən törədilməsini, həmin əməlin ictimai təhlükəliliyini və yüngülləşdirici halları nəzərə alan məhkəmə hesab edir ki, ona 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan 19 aprel 2023-cü il tarixli, 0244 nömrəli tutma haqqında protokoldan da aydın olur ki, Şəxs barəsində xx.xx.2023-cü il, saat 11:00 tarixdə tutulma tədbiri tətbiq edilmişdir. Ona görə də, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 19 aprel 2023-cü il tarixdən saat 11:00dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 19 aprel 2023-cü il tarixdən, saat 11:00-dan hesablansın. Bu qərar dərhal icra olunsun və onun icrası Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar