Məhkəmə qərarları › İş №3(090)-65/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-65/2025

29.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-65/2025 29.11.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1970-ci ildə Şahbuz rayonu, Kolanı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), Azərbaycanlı, ali təhsilli, subay, Şahbuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(090)-38/2024 saylı və xx.xx.2025-ci il tarixli 3(090)- 48/2025 saylı qərarı ilə Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyəti cəlb edilmiş, Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirləndirilməsinə dair işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin 29 noyabr 2025-ci il tarixli, 3-13-43-11/2-17524/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 29 noyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 29 noyabr 2025-ci ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin nümayəndəsi N.Abdullabəyli məhkəmə iclasında izahatında Şahbuz rayon sakini Şəxs barəsində əməliyyat məlumatı daxil olduğunu, əməliyyat qrupu yaradıldığını, Şəxs Şahbuz rayonu, Kolanı kəndində saxlanılaraq psixi xəstəliklər dispanserinə aparıldığını və narkotestdən keçirildiyini, şəxsin marixuana istifadə etdiyinin aşkar edildiyini, şəxsin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə aparıldığını və izahatının alındığını, Şəxs səmimi olaraq marixuana istifadə etdiyini bildirdiyini, araşdırma nəticəsində şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib olunduğunu və materialın baxılması üçün məhkəməyə göndərildiyini, protokola baxılmasını və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında sonuncu dəfə inzibati məsuliyyətə cəlb olunduqdan sonra marixuana istifadə etmədiyini, Bakı şəhərində olduğu zaman sərxoş olduğuna görə marixuana narkotik vasitəsi istifadə etdiyini, əqli qüsurlu xalası olduğunu, xalasına onun baxdığını, başqa qohumları olmadığını, bunun nəzərə alınaraq cərimə cəzası təyin edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmədə sualları cavablandıran Şəxs ifadəsində əvvəllər də bir dəfə eyni əməllə inzibati məsuliyyətə cəlb olunduğunu, sonra 3 ay uzaqlaşdığını, sərxoş olduğuna görə özündən asılı olmayaraq istifadə etdiyini, əvvəllər həkim resepti ilə dərman istifadə etdiyinə görə qanından maddənin çıxdığını, həmin resepti məhkəməyə təqdim edə bilmədiyini, axırıncı dəfə istifadə etdiyini, bir daha istifadə etməyəcəyini, əməlini səmimi etiraf etdiyini, Bakı şəhərində istifadə etdiyini, oradan dörd gündür ki qayıtdığını, xalası Səfərov Bəsdiyə onun baxdığını, ona qəyyum təyin olunmadığını, xalasına baxdığını, o Bakı şəhərinə köçdükdən sonra isə onun baxdığını, Bakı şəhərinə qızının toyu üçün getdiyini, əvvəl də üzərindən istifadə etmək istədiyi marixuananın çıxdığını, ona görə inzibati məsuliyyətə cəlb edildiyini, 28 noyabr 2025-ci il tarixdə polis əməkdaşlarının onu saxladığını göstərmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Belə ki, iş materiallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 29 noyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol Şəxs tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 29 noyabr 2025-ci il tarixli, 575 saylı rəyindən müəyyən olunur ki, Şəxs sidik narko-test vasitəsilə müayinə olunmuş, nəticədə THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyac yoxdur. İş materiallarına əlavə olunmuş Y.Budaqov adına Naxçıvan MR X2 29 noyabr 2025ci il tarixli, 575 nömrəli məhkəmə kimyəvi rəyinə əsasən müayinə zamanı Şəxs Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə olan “Tetrahidrokannabinol” maddədən istifadə etməsi aşkar edilmişdir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İ siyahıya əsasən psixatrop maddə olan “Tetrahidrokannabinol (bütün izomerləri)” Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində cəza təyin edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xətadır. Məhkəmə Şəxs əməlindən peşman olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətaya görə inzibati tənbeh almış Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyətini ağırlaşdıran hal hesab edir. Belə ki, iş materiallarında olan Şahbuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(090)-38/2024 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xətaya dair iş üzrə barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi, xx.xx.2025-ci il tarixli, 3(090)-48/2025 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xətaya dair iş üzrə barəsində 30 (otuz) gün müddətində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi müəyyən olunur. Məhkəmə, təqsirləndirilən şəxs Şəxs barəsində inzibati tənbeh növünü müəyyən edərkən inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Şəxs eyni xətanı təkrarən törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, Şəxs şəxsiyyətini, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törətdiyi inzibati xətaya görə verilmiş inzibati tənbehdən nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah, habelə tərbiyə olunmamasını, yeni inzibati xəta törətməyə meylliyini nəzərə alaraq İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Y.Budaqov adına Naxçıvan MR X2 29 noyabr 2025-ci il tarixli, 575 nömrəli rəyində Şəxs narkotik asılılığı olmadığına görə müalicəyə ehtiyacının olmaması qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Beləliklə, Şəxs 1 (bir) ay 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan 28 noyabr 2025-ci il tarixli, 0737 nömrəli tutma haqqında protokolda Şəxs 28 noyabr 2025ci il tarixdə tutulması göstərilmişdir. Odur ki, təqsirləndirilən şəxs Şəxs təyin ediləcək inzibati həbs cəzasının başlanğıcı saxlandığı “28” noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 43.1, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 1 (bir) ay 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddəti 28 noyabr 2025-ci il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərovov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar