Məhkəmə qərarları › İş №3(090)-69/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №3(090)-69/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 3(090)-69/2025 08.12.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Dövlət Yol Patrul İdarəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28926919 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: X3 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Dövlət Yol Patrul İdarəsinin qərarından şikayətlə Bakı Şəhəri Yasamal Rayonu Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Dövlət Yol Patrul İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28926919 saylı elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(004)-8601/2025 saylı qərardadı ilə şikayət aidiyyatı üzrə baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilmişdir. X1 şikayəti məhkəmənin ünvanına xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Şikayəti nəzərdən keçirib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq, belə nəticəyə gəlirəm ki, şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməli, şikayət ona əlavə edilmiş sənədlə birlikdə geri qaytarılmalıdır. Belə ki, şikayətdən və ona əlavə edilmiş səndələrdən görünür ki, Bakı şəhər Baş Dövlət Yol Patrul İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında 29 iyun 2025-ci il tarixli EQ seriyalı, 28926919 saylı qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 60 (altmış) manat inzibati cərimə edilmişdir. Qeyd edilən qərarla bağlı şikayətçi xx.xx.2025ci il tarixdə Bakı şəhər Baş Dövlət Yol Patrul İdarəsinə, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etsə də, məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi X1 barəsində xx.xx.2025-ci il tarixdə elektron qərar qəbul edilsə də, o məhkəməyə hardasa 5 aydan sonra, yəni xx.xx.2025-ci il tarixdə şikayət ilə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin məcəllənin 128.2.-ci və 128.2.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.-ci və 129.1.3.-cü maddəlinə görə inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilə bilər. Həmin Məcəllənin: 130.1. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Dövlət Yol Patrul İdarəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28926919 saylı qərarından şikayət prosessual müddət ötürülməklə verilmiş və həmin müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edilməmişdir. Həmçinin məhkəmə diqqətə çatdırır ki, hazırki şikayə ərizəsinə inzibati xətaya dair qərar və sənədlərin əsli deyil fotokopiləri əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1.-ci maddinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1.-ci maddəsin görə sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs X1 şikayətinin məhkəmənin icraatına qəbul edilib sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi mümkün deyildir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126-130 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Dövlət Yol Patrul İdarəsi tərəfindən qəbul edilmiş X1 İXM-nin 346.9.-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28926919 saylı inzibati tənbeh vermə haqqında qərarından inzibati xəta törətmiş şəxs X1 şikayətinin icraatına qəbul edilməsindən imtina edilsin. Şikayət və ona əlavə edilmiş sənəd inzibati xəta törətmiş şəxs X2 qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar