Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-7/2022 18.11.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsinin Yol patrul xidmətinin inspektoru polis serjantı X3 iştirakı ilə, xx xxxx 1991-ci ildə Şahbuz rayonu, Gömür kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, (FİN kod – xxxxxxx) orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, müvəqqəti işsiz, Şahbuz rayonu, Gömür kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair “18” noyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şahbuz Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Vaz 21213 minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Şahbuz rayonu, Kolanı kənd yolunda Şahbuz RPŞ-nin DYPQ-nin əməkdaşları tərəfindən saxlanılan zaman nəfəsindən spirtli içki qoxusu gəldiyindən həkim müayinəsinə təqdim olunmuş, onun avtomobili il ərzində təkrar sərxoş halda idarə etdiyi məlum olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsinin Yol patrul xidmətinin inspektoru polis serjantı X5 tərəfindən xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsinin Yol patrul xidmətinin inspektoru polis serjantı X5 məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə etdiyini və məhkəməyə verdiyi ifadəsində 17 noyabr 2022-ci il tarixində saat 22:10 radələrində Şahbuz rayonu “Ayrınc” körpüsü deyilən yerdə Kolanı kəndi istiqamətində xidmətdə olan zaman yolun işıqlanmış sahəsində uzaq işıqlardan istifadə etdiyinə görə VAZ 21213 markalı **-BB-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi tərəfindən saxlanıldığını, sənədlərin yoxlanması zamanı nəqliyyat vasitəsinin sürücüsü Şəxs ağzından spirtli içki qoxusu gəldiyini, bu səbəbdən də ona həkim müayinəsindən keçməsi təklif olunduğunu, Şəxs buna etiraz etmədiyini, nəqliyyat vasitəsinin sürücüsü Şəxs həkim müayinəsindən keçən zaman 0.534 promil sərxoşluq aşkar olunduğunu, buna görə də sürücünün sürücülük vəsiqəsinin ondan alındığını, nəqliyyat vasitəsinin isə saxlanmaya alındığını, daha sonra Şəxs evə yola salındığını, 18 noyabr 2022-ci il tarixində Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edən zaman onun, 04 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək ona cərimə növündə inzibati tənbeh tətbiq edilməsini müəyyən edildiyini, bununla da Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2ci maddəsi ilə tövsif olunduğunu bildirərək, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində Şahbuz şəhər sakini Bağırov Emin və digər başqa bir şəxslə birlikdə nahar edən zaman 0.5 lt spirtli içki qəbul ediblər, bir neçə saat sonra, o, ayıq sürücü çağırıb və Şahbuz rayonu, Gömür kəndinə evlərinə gedibdir, onun avtomobilini Məhəmməd adlı şəxs idarə edibdir, evə getdikdən sonra iki saatdan çox yatıbdır, axşam saat 09-10 radələrində bir nəfər hərbiçi ona zəng vuraraq Şahbuz şəhərindən Gömür kəndinə aparmasını xahiş edibdir, o da gətirməyə gedən zaman Şahbuz rayonu, Ayrınc körpüsü istiqamətində onu X8 əməkdaşı saxlayıbdır, saxlanılan zaman ondan spirtli içki qəbul edib-etməməyini soruşub, o da polis əməkdaşına günorta nahar vaxtı spirtli içki qəbul etdiyini, yatıb-durduğunu və artıq ayıldığını deyibdir, bundan sonra onu həkim müayinəsindən keçmək lazım olduğunu deyiblər, o, da Şahbuz rayon Mərkəzi Xəstəxanasında həkim müayinəsindən keçibdir, həmin vaxt ona sərxoş olduğunu deyiblər, buna görə də ondan sürücülük vəsiqəsi alınıb, avtomobili isə saxlanc yerinə aparılıbdır, özü isə evə gedibdir, O tutduğu əməldən peşmandır, bundan sonra nəinki içki içib maşın sürməyəcək, ümumiyyətlə spirtli içki qəbul etməyəcəkdir, sonda Şəxs hal-hazırda işsiz olduğunu, hazırda əməlindən peşman olduğunu və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran Şəxs bildirdi ki, bundan öncə də o Şahbuz RPŞ-nin DYPQ-nin əməkdaşları tərəfindən avtomobili sərxoş idarə etdiyi üçün barəsində xx.xx.2022-ci il tarixli, AP ******* nömrəli protokol tərtib olunaraq, 400 manat cərimə olunmuşdur. Əməlindən peşmandır və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanmaya qəbulu haqqında aktdan görünür ki, Vaz 21213 minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanmaya qəbul edilmişdir. Şahbuz Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli, xx.xx.2014-cü il tarixli, Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə ilə müəyyən olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 647 nömrəli aktda göstərilir ki, xx.xx.1991-ci il təvəllüdlü Şəxs xx.xx.2022-ci il tarixdə həkim X2 tərəfindən müayinə olunmuşdur. Müayinə zamanı Şəxs orta dərəcəli sərxoş olduğu barədə rəy verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AP ******* nömrəli protokol və eyni zamanda MN ******* nömrəli qərarın surətindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinəolunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək,sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Beləliklə, Şəxs spirtli içkidən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi iş materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə yalnız o halda inzibati məsuliyyət yaranır ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edərək idarə etməsi nəticəsində inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi nəticəsində sərxoş vəziyyətdə idarə etmiş olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İnzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1. və 503-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Şəxs Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin, onun özünün etiraf edici izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin tərkibi var və sürücülük vəsiqəsi 2 (iki) il məhdudlaşdırılmaqla, 400 (dörd yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın inzibati cərimə hissədə icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və Probasiya bölməsinə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılma barədə hissədə isə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(090)-7/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-7/2022
18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver