Məhkəmə qərarları › İş №3(090)-7/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-7/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-7/2025 19.02.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Əliyev Kamil Mübariz oğlunun katibliyi, şikayət verən X4 iştirakları ilə, X4 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Şahbuz Rayon Polis Şöbəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı iş üzrə qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X10 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Şahbuz Rayon Polis Şöbəsinin qərarından şikayətlə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməyi barədə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat həmin məcəllənin 38-ci maddəsində nəzərdə tututlmuş əsaslara görə (inzibati məsuliyyətə cəlb etmə müddətinin ötürülməsi səbəbi ilə) xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X10 şikayətində göstərmişdir ki o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməklə təqsirli bilinərək xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Şahbuz Rayon Polis Şöbəsinin rəisi X13 tərəfindən tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirəm ki, barəmdə aparılan inzibati icraata xitam verilməli və qərar ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin 1ci bəndində qeyd edilir ki, İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin maddənin 3-cü bəndində qeyd edilir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Qanunvericiliyin tələbindən də göründüyü kimi inzibati tənbeh xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək qəbul edilə bilinər. Bu iş üzrə də xx.xx.2024-xx.xx.2024 tarixi aralığında inzibati tənbeh verilə bilinərdi. Həmin maddənin digər bəndində yəni 3-cii bənddə isə qeyd edilir ki, cinayət işinin başlanılmasmın rəddi vəya xitamı barədə qərar qəbul edildiyi gündən ən geci 3 ay keçənədək inzibati tənbeh verilə bilinər. Mövcud işdə isə inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixində verilmişdir. Nəzərə alınması zəruridir ki, maddənin 3-cü bəndində göstərilən cinayət işinin başlanılmasmın rəddi vəya xitamı barədə heçbir qərar qəbul edilməmişdir. Bu iş üzrə Şahbuz Rayon X17 və Təhqiqat Qrupunun müstəntiqi X11 tərəfindən 24095004 saylı iş üzrə xx.xx.2024-cü il tarixində cinayət işinin başlandması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi qanunvericiliyin tələbi ya hadisə olduğu gündən ən geci 4 ayadək, ya da cinayət işinin başlanılmasmın rəddi vəya xitamı barədə qərar qəbul edildiyi gündən ən geci 3 ay keçənədək inzibati tənbeh verilməyin qanunauyğun olmasını müəyyən edir. Burada isə nə cinayət işinin başlanılmasmın rədd edilməsi nə də xitamı barədə qərar qəbunl edilməmiş əksinə cinayət işinin başlanılması barədə qərarın mövcudluğunu görürük. Yuxarıda da qeyd edilənlərdən göründüyü kimi inzibati məsuliyyətə cəlb edilərkən cəlb etmə müddəti ötürülmüşdür. Bu səbəblə də İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin 1-ci bəndinə nə də 3-cü bəndinə uyğun hallar olmadığından inzibati məsuliyyət cəlb etmə müddəti bitməsi səbəbilə aparılan inzibati icraata xitam verilməsini zəruridir. Əlavə olaraq xüsusilə qeyd edilməsi zəruridir ki, inzibati icraat üzrə göstərilən əməl tərəfimdən qəti şəkildə törədilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati tənbeh vermə haqqında qərardan şikayət və ya protest verilə bilər. İnzibati xəta haqqında protokol və qərar mənə rəsmi surətdə xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. Mən də 10 günlük müddət çərçivəsində ( 29, 30, 31, 1, 2, 3, 4, 5, 6, 7) müddətin 9-cu günü şikayətimi məhkəməyə təqdim edir. Ərizəçi şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının, İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələrinə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X10 izahatında qanunvericiliklə 4 ay müddətində cərimənin yazıla biləcəyini, hadisənin 04 may 2024-cü il tarixdə baş verdiyini, protokolun isə 9 ay sonra yazıldığını, videogörüntü olduğunu, hadisə zamanı onun sillə vurmadığını, protokolda isə sillə vurması yazıldığını, Ramin Hacıyevi vurmadığını, protokolu yazılmadan qabaq imzaladığını, ona “imzalayın, şəxsiyyət vəsiqələrinizi bura qoyun, biz sonra özümüz yazarıq” deyildiyini, şəxsiyyət vəsiqəsinin də alındığını, 3-4 gün saxlanıldığını, vəkili Seyfəlov Yusifin müraciətindən sonra şəxsiyyət vəsiqələrinin qaytarıldığını, Ramin Hacıyevi vurmadığını, özünü mudafiə etdiyini və Ramin Hacıyevin qolundan və köynəyindən tutduğunu, protokolu yazılmadan qabaq imzaladığını, lakin bu barədə sübut təqdim edə bilmədiyini, Ramin Hacıyevin də onun dayısını vurduğunu, izahatına əlavəsinin olmadığını, qanuni qərar qəbul edilməsini xahiş etdiyini göstərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qərar tərtib edən orqana rəsmi qaydada məlumat verilsə də məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. Məhkəmənin ünvanına xx.xx.2025-ci il tarixdə Şahbuz Rayon Polis Şöbəsinin rəisi X13 tərəfindən daxil olmuş ərizədə göstərilmişdir ki, Şahbuz rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli MN Ne ******* nömrəli inzibati xəta haqqında qərarından verilmiş şikayətlə əlaqədar olaraq bildiririk ki, X4 şikayəti əsasında 06 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması haqqında qərar qəbul edilmiş, eyni zamanda həmin cinayət işi üzrə X7 X10 və X5 tərəfindən döyülməsi barədə şikayət ərizəsi daxil olmuşdur. Şahbuz rayon X17 və Təhqiqat qrupunun müstəntiqi tərəfindən xx.xx.2024-cü il tarixli qərarla X14 və X8 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham verilmişdir. X10 və X1 əməlində cinayətin tərkib əlamətləri olmadığından cinayət işi başlanmasının rədd edilmiş, onların əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yaratdığından qərarın surəti inzibati xəta haqqında icraat başlanılması üçün Şahbuz rayon Polis Şöbəsinin rəisinə təqdim olunmuşdur. Şahbuz rayon X17 və Təhqiqat qrupunun müstəntiqi tərəfindən xx.xx.2024-cü il tarixli qərar əsasında X4 barəsində İXM-nin 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş, Aytac Hacıyeva həmin protokolla razılaşmış və izahat hissəsində həqiqətən keçmiş həyat yoldaşı Babək rayon Qahab kənd sakini X7 üzərinə hücum edərək onu vurmasını göstərmiş və imzalamışdır. Həmin protokol üzrə Şahbuz rayon Polis Şöbəsinin rəisi tərəfindən xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərar qəbul edilmiş və Aytac Hacıyeva Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati tənbeh növü tətbiq edilmişdir. X14 və X12 barəsində olan cinayət işi hal-hazırda Şahbuz rayon məhkəməsində baxılmaqdadır. Göstərilənləri nəzərə alaraq X4 şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini Sizdən xahiş edirəm. Məhkəmə şikayəti nəzərdən keçirib, şikayət verənin və məhkəməyə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Şahbuz Rayon Polis Şöbəsinin rəisi X13 tərəfindən tərtib olunan 13 yanvar 2025-ci il tarixli, ******* nömrəli qərardan görünür ki, X10 xx.xx.2024-cü il tarixdə Şahbuz rayonu Kiçikoba kəndində Babək rayon Qahab kənd sakini X7 üzərinə hücum edərək vurması əsası ilə barəsində 13 yanvar 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və təqsirli bilinərək barəsində 16 dekabr 2024-ci il tarixli, MN- 1838664 nömrəli qərar qəbul edilmişdir. İş materiallarında olan Şahbuz Rayon Polis Şöbəsinin rəisi X13 tərəfindən tərtib olunan 13 yanvar 2025-ci il tarixli, ******* nömrəli protokoldan X3 Babək rayon Qahab kənd sakini X7 üzərinə hücum edərək onu vurması müəyyən edilir. Həmçinin həmin protokolla X4 həqiqətən keçmiş həyat yoldaşı Qahab kənd sakini Hacıyev Raminin üzərinə hücum etməsi və onu vurmasını izahatında göstərməklə, həmin protokolu imzalaması müəyyən edilir. Bununla bağlı məhkəmə qey edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.4.-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 102.6.-ci maddəsinə əsaəsn inzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Beləliklə müəyyən olunur ki, şikayətçi A.Hacıyeva Babək rayon Qahab kənd sakini X7 üzərinə hücum edərək onu vurmasına görə barəsində 13 yanvar 2025-ci il tarixli, ******* nömrəli protokol tərtib edilmiş, A.Hacıyeva həmin protokol ilə razılaşaraq imzalamış və həmin prokol əsasında təqsirli bilinərək barəsində 13 yanvar 2025-ci il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Bununla da, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə şikayətçi A.Hacıyevanın “protokolu yazılmadan qabaq imzaladığını, ona “imzalayın, şəxsiyyət vəsiqələrinizi bura qoyun, biz sonra özümüz yazarıq” deyildiyi” barədə ifadələri onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirir. Şikayətçi ərizəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməyi barədə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat həmin məcəllənin 38-ci maddəsində nəzərdə tututlmuş əsaslara görə (inzibati məsuliyyətə cəlb etmə müddətinin ötürülməsi səbəbi ilə) xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin icraatında olan 1(090)-01/2025 cinayət işində olan hazırki iş materiallarına əlavə edilmiş X7 Şahbuz Rayon X17 və Təhqiqat qrupunun müstəntiqi, polis mayoru X11na ünvanladığı xx.xx.2024-cü il tarixli təsdiq edilmiş şikayət ərizəsi ilə X10 və X2 onu döyməsi barədə şikayət etməsi müəyyən olunur. Şahbuz Rayon Məhkəməsinin icraatında olan 1(090)-01/2025 cinayət işində olan hazırki iş materiallarına əlavə edilmiş Şahbuz Rayon X17 və Təhqiqat qrupunun müstəntiqi, polis mayoru İsmayıl Salayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı ilə X10 və X2 əməlində cinayətin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilməsi, onların əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyəti yaratdığından qərarın surəti inzibati xəta üzrə icraat başlanması üçün aidiyyatı əməkdaşlara tapşırıq verilməsi məqsədi ilə Şahbuz Rayon Polis şöbəsinin rəisinə təqdim edilməsi qərara alınması müəyyən olunur. Göründüyü kimi xx.xx.2024-cü il tarixdə X4 əməlində cinayətin tərkib əlamətləri olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərar əsasında 13 yanvar 2025-ci il tarixli, ******* nömrəli protokol tərtib edilmiş, həmin protokol ilə A.Hacıyeva razılaşaraq imzalamış və həmin prokol əsasında O, təqsirli bilinərək barəsində 13 yanvar 2025-ci il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Bununla da müəyyən edilir ki, Aytac Hacıyeva barəsində tərtib edilmiş inzibati tənbeh haqqında protokol cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildikdən 1 (bir) ay 2 (iki) gün keçdikdən sonra tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda X4 barəsində cinayət işinin başlanmasının rədd edilməsi, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyəti yaratması əsasında əsasında araşdırılma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3.-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış şahbuz Rayon Polis şöbəsi X4 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X10 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X4 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Şahbuz Rayon Polis Şöbəsinin rəisi X9 13 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Naxçıvan Muxtar Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: X4 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Şahbuz Rayon Polis Şöbəsinin rəisi X9 xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar