Azərbaycan Respublikası adından QƏRAR Şahbuz şəhəri İş № 3(090)-8/2021 07.11.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Həsənov Kəramət Sevindik oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxx 1995-ci ildə Şahbuz rayonu, Badamlı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi identifikasiya nömrəsi: xxxxxxx, orta təhsilli, evli, 1 uşaq atası, əvvəllər inzibati xəta törətmiş, Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Şahbuz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Şahbuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : Təqdim edilmiş inzibati xəta haqqında protokoldan, ona əlavə olunmuş sənədlərdən, eyni zamanda ifadələrdən müəyyən edilmişdir ki, Şəxs 06 noyabr 2021-ci il tarixdə, saat 22:30 radələrində Şahbuz rayonunun Badamlı qəsəbə mərkəzində, xidmət mərkəzinin qarşısında, hərəkət zolağının əks istiqamətində nəqliyyat vasitəsini saxlamış, post patrul xidmətinin əməkdaşı ona yaxınlaşmış, sənədlərini tələb etmiş, onun sərxoş olması müəyyən edilmişdir. Polis əməkdaşı Şəxs sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməsini bildirmiş, Şəxs polis əməkdaşı ilə mübahisə etmiş, polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şahbuz RPŞ-nin əməkdaşı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə 07 noyabr 2021-ci il tarixdə tərtib edilmiş 008211 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şahbuz rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş, inzibati xəta törətmiş şəxs Şəxs özünü Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş, izahatında bildirmişdir ki, 06 noyabr 2021-ci il tarixdə, saat 22:30 radələrində Şahbuz rayonunun Badamlı qəsəbə mərkəzində sərxoş vəziyyətdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hər hansı bir xəstəliyi yoxdur. Hərəkətlərindən peşmandır, bundan sonra qanunsuz hərəkətlər etməyəcəyinə söz verir. Məhkəmədən ona köməklik edilməsi xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında Şəxs 06 noyabr 2021-ci il tarixdə, saat 22:30 radələrində Şahbuz rayonunun Badamlı qəsəbə mərkəzində sərxoş vəziyyətdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq etmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, özünün səmimi etirafı, şahid ifadəsi və eləcə də digər sənədlərlə sübuta yetir. Bu səbəbdən də ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda əleyhinə olan inzibati xətadır. Şəxs səmimi peşmançılığı, bir uşağının olması məsuliyyəti yüngülləşdirən hal kimi, onun sərxoş vəziyyətdə inzibati xəta törətməsi, eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Şahbuz Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 3(090)-04/2021 nömrəli qərarının surətindən müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 15 gün müddətində inzibati qaydada həbs edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 461 nömrəli tibbi müayinə protokolunun surətindən görünür ki, Şəxs 06 noyabr 2021-ci il tarixdə sərxoşluq vəziyyəti müayinə edilmiş, onda 52 promil sərxoşluq dərəcəsi müəyyən edilmişdir. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Beləliklə, Şəxs 18 gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan 07 noyabr 2021-ci il tarixli, 0414 nömrəli tutma haqqında protokoldan da aydın olur ki, onun barəsində həmin tarixdən tutulma tədbiri tətbiq edilmişdir. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. O, 18 gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs müddəti 07 noyabr 2021-ci il tarix, saat 09:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X1 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(090)-8/2021
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərar — İş №3(090)-8/2021
07.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver