Məhkəmə qərarları › İş №3(094)-1/2023

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-1/2023

10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-1/2023 10.01.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Kürdəmir rayonu Qarasaqqalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Kürdəmir rayonu Qarasaqqalı kəndində qeydiyyatda olan, Bakı şəhəri Pirallahı rayonu Gürgan qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 590.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə içlasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində Pirallahı qəsəbə istiqamətində Xəzər dənizində qayıqda olan zaman ona məxsus sənədi olmayan silah aşkar edilərək saxlanılmışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İXM-in 590.2-ci maddəsinin tərkibi yarandığından Su NPİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı Orxan Həsənov tərəfindən xx.xx.2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” ona vermiş olduğu kuvota əsasında balıqçılıqla məşğul olur. xx.xx.2022-ci il tarixdə təxminən 14:00 radələrində X1 məxsus etibarnamə ilə idarə etdiyi “Yamaha 75” mühərriklə təchiz edilmiş taxta qayıqla Mehman və Natiqlə birlikdə torla balıq tutduğu üçün Pallahı rayonu ərazisi Nərəkənddən çıxaraq Xəzərə dənizi Cilov adası istiqamətinə hərəkət etmişlər. Ov adasına çatdıqda taxta qayığ deşilmişdir. Qayığ deşildiyi üçün qayığın mühərriki islanmışıdır. Mühərrik nazas olduğu üçün hərəkət edə bilməmişlər və külək onları Neft daşları istiqamətinə aparmışdır. Qayığı Neftdaşlarının buruğunun borusuna ipnən bağlamışlar. Neftdaşları yatağında olan şəxslər onları görüb köməklik edərək buruğa qaldırmışdılar. Buruğa qalxdıqdan sonra ipi külək qıraraq qayığı aparmışdır. Neftdaşlarının işçiləri öz idarələrinə o, isə gəminin sahibinin ərinə yəni hamının Samir kimi tanıdığı Familə məlumat vermişdir. Famil isə DSX-nin əməkdaşlarına məlumat vermişdir. Daha sonra DSX-nin gəmisi Neftdaşlarına yaxınlaşıb yan ala bilmədiyi üçün çıxıb getmişdir. O, daha sonra qardaşı Qahilə telefonla məlumat vermişdir ki, qayıqları batdığı üçün Neftdaşlarında qalmışlar. xx.xx.2022-ci il tarixdə təxminən gecə 04:00 radələrində qardaşı X2 məxsus taxta qayıqla içərisində olan Ceyhun Babayevlə birlikdə onları Neftdaşlarından götürərək Nərəkəndi gətirmişlər. Orada olan zaman DSX-nin əməkdaşları onları qarşılayaraq və onlardan izahat almışlar. Daha sonra onları DSX-nin Sahil Mühafizə xidmətinin baş idarəsinə getmişlər və orada olnara Cilov adasını keçməyin qadağan olunduğunu bildirmişlər. Onlar DSX-nin əməkdaşlarına bilərəkdən etmədiklərini küləyin səbəb olduğunu bildirmişlər. Daha sonra oradan çıxıb getmişlər. xx.xx.2022-ci il tarixdə təxminən 19:00 radələrində DSX-nin Gürqan qəsəbəsində olan Sahil Mühafizə idarəsinə getmişlər. DSX-nin əməkdaşları onun idarə etdiyi qayığı tapdıqlarını və içərisində olan gizlətidiyi 1 ədəd qoşa lülə deyilən ov tüfəngini və 2 ədən patronları və 5 ədəd şüşədə olan litrlik spirt məhlulu aşkar edərək götürdüklərini bildirmişlər. O, 1 ədəd qoşa lülə deyilən ov tüfənginin ona babasından yadigar qaldığını 5 ədəd şüşədə olan litrlik spirt məhlulun isə adada içmək üçün istifadə etdiyini bildirmişdir. Hazırda törətdiyi əməlindən peşman olduğunu bildirərək ona yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Şəxs inzibati xəta törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materialında olan sənədlərlə də təsdiq olunur. İş materiallarında olan Su NPİ-nin Abşeron XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru X3 tərtib etdiyi 29 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Həmin Qanunun 14-cü maddəsinin İİ hissəsində göstərilir ki, qanun üzrə vərəsəlik hallarında mülki silahı miras almış vərəsənin mülki silahı əldə etmək üçün xüsusi icazəsi yoxdursa, o üç ay ərzində həmin xüsusi icazəni almalıdır. Vərəsə ona miras qalmış mülki silahı əldə etmək üçün xüsusi icazəni almaq istəməzsə və ya ona bu cür xüsusi icazə verilməzsə, o bir ay müddətində həmin silahı ya bağışlamalı, təhvil verməli və ya satmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs hərəkətində İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. İХM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İХM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İХM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İХM-nin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. İХM-nin 26.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İХM-nin 26.2-ci maddəsində göstərilir ki, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. İş materiallarından göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs silah saxlamaq və daşımaq üçün müvafiq dövlət orqanı tərəfindən verilmiş xüsusi icazəsi yoxdur və ondan götürülmüş 1 (bir) ədəd «ТОЗ-Б» modelli, «ШК7267» nömrəli, xarici çaxmaqlı qoşalüləli ov tüfəngi qeydiyyatda deyildir. Ona görə də məhkəmə hesab edir ki, həmin silah müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat anbarına təhvil verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirlilik dərəcəsini, törətdiyi xətanın xarakterini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasına uyğun olaraq 1 (bir) ədəd «ТОЗ-Б» modelli, «ШК7267» nömrəli, xarici çaxmaqlı qoşalüləli ov tüfəngi, 2 (iki) ədəd 16 mm-lik patron, 1 (bir) ədəd silahın daşınması üçün təyinatlı çanta müsadirə olunmaqla cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 26, 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, 80 (səksən) manat miqdarında cərimə edilsin. İş üzrə götürülmüş və X4 İdarəsində saxlanılan 1 (bir) ədəd «ТОЗ-Б» modelli, «ШК7267» nömrəli, xarici çaxmaqlı qoşalüləli ov tüfəngi, 2 (iki) ədəd 16 mm-lik patron, 1 (bir) ədəd silahın daşınması üçün təyinatlı çanta müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Qərarın icrası X4 İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar