Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-1/2025 07.01.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs MMC-nin (VÖEN: **********) ünvanına daxil olmuş yükün gömrük rəsmiləşdirilməsi zamanı qısa idxal gömrük bəyannaməsi verilməmişdir. Belə ki, “DİAMED CO" MMC-nin ünvanına OOLU8548699 nömrəli konteyner 94317294 nömrəli vaqonun üzərində olan) ilə xx.xx.2024-cü il tarixli **********8614 sorğu nömrəli Gömrük Bəyannaməsilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, BBGl-nin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33- 1100/012/031887 nömrəli raporta əsasən "xxxx" MMC-nin ünvanına OOLU8548699 nömrəli konteyner (94317294 nömrəli vaqonun üzərində olan) ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sıstemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, OOLU8548699 nömrəli konteyner (94317294 nömrəli vaqonun üzərində olan) ilə "xxxx" MMC-nin ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixdə saat 15:10-da “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********8614 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar OOLU8548699 nömrəli konteyner (94317294 nömrəli vaqonun üzərində olan) ilə xx.xx.2024-cü il tarixdə saat 15:10-da “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir, lakin xx.xx.2024-cü il tarixli **********8614 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair tərtib edilmiş **********1774 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətiriləndən sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 11:57 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Nəticədə, gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Bununla əlaqədar Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baç leytenantı X2 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs MMC-nin və Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə nümayəndələrin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov İş № 3(094)-1/2025 MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU PİRALLAHİ RAYON MƏHKƏMƏSİ 07 yanvar 2025-ci il Bakı şəhəri X4 Adil oğlunun sədrliyi Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 12:00– da açıq elan olunur. Sədrlik edən məhkəmə iclasını açır və Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar daxil olmuş inzibati xəta haqqında protokola Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi baxıldığını elan edir. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclasının katibinə söz verir. Sədrlik edənin göstərişi ilə məhkəmə iclasının katibi məruzə edərək bildirir ki, inzibati protokolu tərtib etmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən hakimi və məhkəmə iclas katibini elan edir. Sədrlik edir Qasımov Faiq Adil oğlu, məhkəmə iclas katibi Əbilov Ülvi Adişirin oğlu. Özünə etiraz daxil olmadı. Sədrlik edən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinin mümkünlüyünü yoxlayır. Sədrlik edən yerində müşavirə edərək Qərara alır: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin tələblərinin pozulması ilə daxil olmuş inzibati xəta haqqında protokola baxılması protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan keçirilsin. Sədrlik edən işin materiallarını araşdırır və işdəki sənədləri elan edir. Sədrlik edən qərarı elan edir. Qərardan apellyasiya şikayəti verilmə müddəti, qaydası, məhkəmə iclas protokolu ilə tanış olmaq hüququ izah olunur. Məhkəmə iclası bağlı elan edilir. Protokol 07 yanvar 2025-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №3(094)-1/2025
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-1/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver