Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-10/2024 30.04.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, SOCAR-ın NeftQazTikinti Trestinin 4 saylı tikinti quraşdırma bölümünün 4 saylı sahəsinin iş icraçısı Şəxs barəsində Pirallahı rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Pirallahı rayon prokurorluğu tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan SOCAR-ın NeftQazTikinti Trestinin 4 saylı tikinti quraşdırma bölümünün 4 saylı sahəsinin iş icraçısı Şəxs tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi, eyni zamanda işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsi inzibati xətasının törədilməsinə görə İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar toplanmış materiallarla birlikdə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, o, SOCAR-ın NeftQazTikinti Trestinin 4 saylı tikinti quraşdırma bölümünün 4 saylı sahəsinin iş icraçısı vəzifəsində işləyir. Özünü təqsirli bilir və məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs tərtib olunmuş aktda göstərilənlərlə razı olduğunu və qərar məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan Pirallahı rayon prokuroru Zaur Axundzadə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən Şəxs Abülhəsən oğlu qaynaq işlərinin aparılmasına cavabdeh olduğu halda, öz vəzifələrini düzgün həyata keçirmədiyindən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində qaynaq işlərini apararkən alovdan üz-çənə nahiyyəsi yanaraq sağlamlığa yüngül zərərvurmaya aid xəsarəti almasına səbəb olmuş, bununla da İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması inzibati xətasını törətmişdir. İş materiallarında olan “Məhkəmə-tibbi ekspertiza və X1” PHŞ- nin xx.xx.2023-cü il tarixli 127 saylı rəyindən görünür ki, R.S,Abbasovun bədəni üzərində sifətin ikinci dərəcəli yanığı aşkar edildi. R.S.Abbasovda müəyyən edilmiş üzün 2-ci dərəcəli yanığı alovun yerli təsiri nəticəsində qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qaynaq işlərini apararkən alovdan təsirindən baş verməsi istisna olunmur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan xx.xx.2024-cü il tarixli təhlükəsizlik texnikası ekspertizasının rəyindən görünür ki, qaynaq işlərinə başlamazdan əvvəl işlərin aparılacağı sahəyə baxış keçirilməsi və müvafiq üsullarla yoxlama aparılması yolu ilə ətraf mühitdə yanar materialların və qazlılığın olması vaxtında aşkar edilməmiş və işlərin təhlükəsiz qaydada aparılması təmin edilməmiş, üst hissəsində qaynaq işi aparılan metal dirəyin içərisində toplanmış qazın həmin borunun içinə tökülən qığılcımın təsirindən alışması hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Neftqazçıxarma sənayesində təhlükəsizlik Qaydaları”nın 2.2.1. bəndinin tələbləri pozulmuşdur. Pozuntu texniki baxımdan baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəyə malikdir. Toplanmış materialdan göründüyü kimi, Şəxs Abülhəsən oğlu qaynaq işlərinin aparılmasına cavabdeh olduğu halda, öz vəzifələrini düzgün həyata keçirmədiyindən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində qaynaq işlərini apararkən alovdan üz-çənə nahiyyəsi yanaraq, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarəti almışdır. Azərbaycan Respublikası CM-nin 162.1 maddəsindən görünür ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş qərarı və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla SOCAR-ın NeftQazTikinti Trestinin 4 saylı tikinti quraşdırma bölümünün 4 saylı sahəsinin iş icraçısı Şəxs İXM-in 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. İXM-in 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə — min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə, məhkəmə SOCAR-ın NeftQazTikinti Trestinin 4 saylı tikinti quraşdırma bölümünün 4 saylı sahəsinin iş icraçısı Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş hüquqi şəxsin təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, SOCAR-ın NeftQazTikinti Trestinin 4 saylı tikinti quraşdırma bölümünün 4 saylı sahəsinin iş icraçısı Şəxs barəsində İXM-in 198.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə cəza təyin olunmalıdır. Zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18.5, 25, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: SOCAR-ın NeftQazTikinti Trestinin 4 saylı tikinti quraşdırma bölümünün 4 saylı sahəsinin iş icraçısı Şəxs 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №3(094)-10/2024
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-10/2024
30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver