Məhkəmə qərarları › İş №3(094)-109/2024

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-109/2024

15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-109/2024 15.10.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Bakı şəhəri Pirallahı rayon Prokurorluğunun nümayəndəsi Tabir Hüseynovun Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “28 May” NQÇİ-nin 4 saylı platformasının rəis müavini Şəxs iştirakları ilə, “28 May” NQÇİ-nin 4 saylı platformasının rəis müavini Şəxs barəsində Bakı şəhəri Pirallahı rayon Prokuroru baş ədliyyə müşaviri Zaur Axundzadə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında qərar məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Pirallahı rayon Prokuroru baş ədliyyə müşaviri Zaur Axundzadə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “28 May” NQÇİ-nin 4 saylı platformasının rəis müavini Şəxs tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi, eyni zamanda işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsi inzibati xətasının törədilməsinə görə İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərar toplanmış materiallarla birlikdə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün məhkəməyə göndərilmişdir. Sədrlik edən bildirdi ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə teleqram vuraraq səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iş üzrə Şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmədə Bakı şəhəri Pirallahı rayon Prokurorluğunun nümayəndəsi Tabir Hüseynov bildirdi ki, fiziki şəxs Şəxs “28 May” NQÇİ-nin 4 saylı X1 ərazisində yükün yerdəyişməsinin həyata keçirdiyi platformalar arası qapağın açıq vəziyyətdə saxlanmasına göstəriş verməsinə baxmayaraq həmin hissəyə adamların yaxınlaşmasının qarşısı almaq üçün ətrafının çəpərlənməsini təmin etmədiyinə görə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs həmin açıq qapaqdan yıxılaraq az ağır dərəcəli bədən xəsarətləri almış bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olması inzibati xətasını törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, o, “28 May” NQÇİ-nin 4 saylı X1 ərazisində yükün yerdəyişməsinin həyata keçirdiyi platformalar arası qapağın açıq vəziyyətdə saxlanmasına göstəriş verməsinə baxmayaraq həmin hissəyə adamların yaxınlaşmasının qarşısı almaq üçün ətrafının çəpərlənməsini təmin etmədiyinə görə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs yıxılaraq az ağır dərəcəli bədən xəsarətləri almışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 93 saylı, 06 sentyabr 2024cü il tarixli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başbeynin silkələnməsi halında olan qapalı kəllə beyin travması, sağ təpə-gicgah nahiyyəsinin əzilmiş yarası, sol Vİİ qabırğanın sınığı aşkar edilmiş, qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun "Mərkəzi Klinika” Xəstəxanasına müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə törənmələri istisna olunmur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə törənmələri istisna olunmur. İş materiallarında olan məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 17 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-10/7229 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, "28 May” NQÇİ-nin 4 saylı X1 ərazisində 6.8 metr hündürlükdə yerləşən yükün yerdəyişməsinin həyata keçirildiyi platformalar arası qapağın açıq vəziyyətində həmin hissəyə adamların yaxınlaşmasının qarşısını almaq üçün ətrafının çəpərlənməməsi hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları”nın 1.7.15 bəndinin tələbləri pozulmuşdur. "28 May” NQÇİ-nin 4 saylı DDÖ-nün ərazisində yükün yerdəyişməsinin həyata keçirildiyi platformalar arası qapağın açıq vəziyyətdə saxlanılmasına göstəriş verməsinə baxmayaraq həmin hissəyə adamların yaxınlaşmasının qarşısını almaq üçün ətrafının çəpərlənməsini təmin etmədiyinə görə, "Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları”nın 1.7.15 bəndinin tələbləri "28 May” NQÇİ-nin 4 saylı platformasının rəis müavini vəzifəsini icra edən Şəxs tərəfindən pozulmuşdur. Toplanmış materialdan göründüyü kimi, Şəxs “28 May” NQÇİ-nin 4 saylı X1 ərazisində yükün yerdəyişməsinin həyata keçirdiyi platformalar arası qapağın açıq vəziyyətdə saxlanmasına göstəriş verməsinə baxmayaraq həmin hissəyə adamların yaxınlaşmasının qarşısı almaq üçün ətrafının çəpərlənməsini təmin etmədiyinə görə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs həmin açıq qapaqdan yıxılaraq az ağır dərəcəli bədən xəsarətləri alması nəticəsində baş vermişdir. Azərbaycan Respublikası CM-nin 162.1 maddəsindən görünür ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş qərar və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla “28 May” NQÇİ-nin 4 saylı platformasının rəis müavini Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. İXM-in 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə — min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə, məhkəmə “28 May” NQÇİ-nin 4 saylı platformasının rəis müavini Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş hüquqi şəxsin təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, “28 May” NQÇİ-nin 4 saylı platformasının rəis müavini Şəxs barəsində İXM-in 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə cəza təyin olunmalıdır. Göstərilənlərə əsasən və İXM-in 18.5, 25, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: “28 May” NQÇİ-nin 4 saylı platformasının rəis müavini Şəxs İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar