Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-11/2025 27.02.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Pirallahı Rayon Polis İdarəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Bəyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Beyləqan rayonu, Təzəkənd ərazi dairəsi, Təzəkənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə sosial şəbəkədə vətəndaşlara qarşı dələduzluq hərəkətlərində ehtimal olunaraq Pirallahı RPİ-ə dəvət olunan zaman Pirallahı rayonu S.Vuruğun küşəsində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Pirallahı Rayon Polis İdarəsinin polis sahə inspektoru X3 göstərdi ki, sosial şəbəkədə vətəndaşlara qarşı dələduzluq hərəkətlərində ehtimal olunan Şəxs xx.xx.2025-ci il tarixdə Pirallahı RPİ-ə dəvət olunan zaman Pirallahı rayonu S.Vuruğun küşəsində polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polisin qanuni tələbinə tabesizlik göstərdiyini etiraf etdi. Məhkəmə iclasında şahid qismidə dindirilmiş X4 ifadəsində göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Pirallahı RPİ-ə dəvət olunan zaman Pirallahı rayonu S.Vuruğun küşəsində polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidi dinləyərək və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə sosial şəbəkədə vətəndaşlara qarşı dələduzluq hərəkətlərində ehtimal olunan Nəbi adlı şəxs müəyyən olunaraq Pirallahı RPİ-ə dəvət olunan zaman Pirallahı rayonu S.Vurğun küçəsində tələbinə tabe olmamaqla tabesizlik göstərmişdir. Həmin şəxs onun gətirilməklə Pirallahı RPİ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Növbətçi hissədə olan zaman həmin şəxs xx.xx.2002-ci il təvəllüdlü Şəxs olduğu bilinmişdir. Şəxs barəsində qanunamüvafiq tədbir görülməsinə dair göstəriş verilməyi xahiş edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə, törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində inzibati həbs tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclas zalından həbs edilməli və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 30, 25, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Şəxs məhkəmə iclas zalından həbs edilsin və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Pirallahı rayon Polis İdarəsinə və X6 X2 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(094)-11/2025
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-11/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver