Məhkəmə qərarları › İş №3(094)-110/2024

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-110/2024

15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-110/2024 15.10.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Bakı şəhəri Pirallahı rayon Prokurorluğunun nümayəndəsi Tabir Hüseynovun Zərərçəkmiş şəxs iştirakları ilə, Socar “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma bölmünün 4 saylı sahədə böyük iş icraçısı vəzifəsində işləyən Şəxs barəsində Bakı şəhəri Pirallahı rayon Prokuroru baş ədliyyə müşaviri Zaur Axundzadə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında qərar məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Pirallahı rayon Prokuroru baş ədliyyə müşaviri Zaur Axundzadə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Socar “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma bölmünün 4 saylı sahədə böyük iş icraçısı vəzifəsində işləyən Şəxs tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi, eyni zamanda işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsi inzibati xətasının törədilməsinə görə İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərar toplanmış materiallarla birlikdə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün məhkəməyə göndərilmişdir. Sədrlik edən bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Socar “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma bölmünün 4 saylı sahədə böyük iş icraçısı vəzifəsində işləyən Şəxs məhkəməyə məktub ünvanlayaraq Neft Daşlarında işlədiyini hava şəraiti ilə əlaqədar işdən çıxa bilmədiyini bu səbəbdən məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədə Bakı şəhəri Pirallahı rayon Prokurorluğunun nümayəndəsi Tabir Hüseynov bildirdi ki, fiziki şəxs Şəxs “Neft Daşları” NQÇİ-də yerləşən yük körpüsünə yükqaldırıcı krandan istifadə edilməklə dəmir boruların boşaldılması işinin aparılması zamanı yükün bərabər paylanması və yükün dayanıqlı vəziyyəti təmin edən tədbirlər görmədiyinə görə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs iş vaxtı dəmir boruları boşaldan zaman az ağır dərəcəli bədən xəsarətləri almış bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olması inzibati xətasını törətmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Bakı şəhəri Pirallahı rayon Prokurorluğu tərəfindən tərtib olunmuş qərarda göstərilənlərlə razı olduğunu və qərar məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 94 saylı, 06 sentyabr 2024cü il tarixli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ qamış sümüyünün proksimal hissəsinin sınığı, sağ ayağın İV barmağının proksimal falanqasının yerdəyişməmiş sınığı aşkar edilmiş, qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun "X2”ya müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə törənmələri istisna olunmur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə törənmələri istisna olunmur. İş materiallarında olan məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 17 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-10/7230 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, "Neft Daşları” NQÇİ-də yerləşən yük körpüsünə yükqaldırıcı krandan istifadə edilməklə dəmir boruların boşaldılması işinin aparılması zamanı yükün bərabər paylanması və yükün dayanıqlı vəziyyəti təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar «Yükləməboşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST»-ün 2.10, 2.13 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuş, "Neft Daşlan” NQÇİ-də yerləşən yük körpüsünə yükqaldırıcı krandan istifadə edilməklə dəmir boruların boşaldılması işinin aparılması zamanı yükün bərabər paylanması və yükün dayanıqlı vəziyyəti təmin edən tədbirlər görülmədiyinə görə, vəzifə təlimatının 5-ci başlığının 2- ci bəndinin və «Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST»- ün 2.10, 2.13 bəndlərinin tələbləri iş materiallarında olan xx.xx.2024-cü il tarixli 1446 nömrəli "Yüksək təhlükəli (soyuq) işlərin aparılmasına tapşırıq icazə” sənədinə əsasən işlərin görülməsinə cavabdeh təyin edilmiş 4 saylı Tikinti quraşdırma bölümünün 4 saylı sahəsində böyük iş icraçısı vəzifəsində işləyən Şəxs ərəfindən pozulmuşdur. Toplanmış materialdan göründüyü kimi, Şəxs “Neft Daşları” NQÇİ-də yerləşən yük körpüsünə yükqaldırıcı krandan istifadə edilməklə dəmir boruların boşaldılması işinin aparılması zamanı yükün bərabər paylanması və yükün dayanıqlı vəziyyəti təmin edən tədbirlər görmədiyinə görə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs iş vaxtı dəmir boruları boşaldan zaman az ağır dərəcəli bədən xəsarətləri alması nəticəsində baş vermişdir. Azərbaycan Respublikası CM-nin 162.1 maddəsindən görünür ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş qərar və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Socar “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma bölmünün 4 saylı sahədə böyük iş icraçısı vəzifəsində işləyən Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. İXM-in 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə — min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə, məhkəmə Socar “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma bölmünün 4 saylı sahədə böyük iş icraçısı vəzifəsində işləyən Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş hüquqi şəxsin təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Socar “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma bölmünün 4 saylı sahədə böyük iş icraçısı vəzifəsində işləyən Şəxs barəsində İXM-in 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə cəza təyin olunmalıdır. Zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18.5, 25, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Socar “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma bölmünün 4 saylı sahədə böyük iş icraçısı vəzifəsində işləyən Şəxs İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar