Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-112/2024 29.10.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X15 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, X2 iştirakı ilə, X5 Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X8 şikayət ərizəsini müdafiə edərək göstərmişdir ki, 15 iyul 2024-cü il tarixdə anası X3 məxsus olan və anasının ona verdiyi etibarnamə əsasında idarə etdiyi taxta tək motorlu qayıqla qonşusu X6 ilə dənizə çıxmışlar. O, Elşada bildirmişdir ki, mühərrik nasazdır, dənizdə yoxlayaq və nasazlığı aradan qaldıraq. Dövlət sərhəd xidmətinin işçiləri qayıqda heç bir əşya olmadığı halda qanunsuz olaraq onları saxlayıb Çilov adası ərazisində dayanan dövlət sərhəd gözətçi gəmisinə apararaq, barələrində ayrı ayrılıqda əsasız olaraq protokol tərtib etmişlər. Onlar balıq ovu ilə məşğuldurlar. Lakin sərhəd sularını iki mil keçmədən balıq ovlamamışlar. Onları zorla sərhəd xidmətinə aparmışlar. Həmin vaxt onlar heç bir qanun pozuntusuna yol verməmiş, bu səbəbdən də barələrində qanunsuz olaraq protokol tərtib olunmuşdur. Qeyd olunanları nəzərə alaraq barəsində tərtib olunmuş “İnzibati tənbehvermə haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında dindirilmiş Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin nümayəndəsi X10 göstərmişdir ki, Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində zabit-kriminaqlist vəzifəsində işləyir. X4 sərhəd rejim qaydalarını pozduğuna görə onun tərəfindən xx.xx.2024-cü il tarixdə İXM-nin 571-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və qərarın surəti X7 təqdim edilmişdir. X1, barəsində inziubati xəta haqqında protokol tərtib edilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Bu səbəbdən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayət ərizəsini araşdırıb, proses tərəflərinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 571ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində cərimə edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Bundan başqa, inzibati xəta haqqında protokol tərtib edilərkən aparılmış video çəkiliş və digər tələb olunan materiallar Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı inzibati qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilməmiş və həmin qərarın ləğvi üçün əsaslar məhkəmə iclasında müəyyən edilmədir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X5 həmin qərardan verdiyi şikayəti əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X5 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X16
Məhkəmə qərarları › İş №3(094)-112/2024
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-112/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver