Məhkəmə qərarları › İş №3(094)-116/2024

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-116/2024

15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-116/2024 15.10.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Qasımov Faiq Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İnzibati protokolu tərtib edən Pirallahı rayon DYPŞ YNH inspektoru polis kapitanı X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1960-cı ildə Şəki şəhərinin, Böyük Dəhnə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Şəki şəhərinin, Böyük Dəhnə kəndində qeydiyyatda olan və həmin ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 327.8-ci maddəsi ilə Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında İXP ******* saylı, 07 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola və iş materiallarına əsasən 27 iyun 2024-cü il tarixdə saat 11:55 radələrində “İSUZU NPR66L Yük” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən Şəxs “Hunday markaklı” minik, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomaşını vuraraq zərərçəkmiş şəxs X1 yüngül bədən xəsarsəti yetirmişdir. Bununla da Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Sədrlik edən məhkəmə iclasının zərərçəkmiş şəxs X2 iştirakı olmadan keçirilməsini soruşdu. Etiraz olmadı. Məhkəmə iclası zərərçəkmiş şəxs X2 məhkəmə iclasında iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Pirallahı rayon DYPŞ YNH inspektoru polis kapitanı X4 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yük maşınını idarə edərkən manevr etmə qaydalarını pozaraq “Hunday markaklı” minik, ** LJ *** qeydiyyat nişanlı avtomaşını vuraraq zərərçəkmiş şəxs X1 yüngül bədən xəsarsəti yetirmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o sürücü işləyir, maşını sürərkən manevr etmə qaydalarını pozaraq zərərçəkmiş şəxs X1 yüngül bədən xəsarsəti yetirmişdir. Hazırda törətdiyi əməli etiraf etmiş və əməlindən peşman olduğunu bildirərək ona yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. İXM-in 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1, 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Əməlini etiraf etməklə səmimi peşmançılığı, ilk dəfə olaraq inzibati məsuliyyətə cəlb olunması məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə baş vermiş inzibati xəta hadisəsinin törətdiyi nəticələrin həddini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Qeyd olunanlara əsasən və İXM-in 114-cü, 115-ci, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs İXM-in 327.8-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar