Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-117/2024 15.10.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Pirallahı Rayon İcra Şöbəsinin icra məmuru Oqtay İsayevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Pirallahı Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Pirallahı rayon İcra Şöbəsinin icra məmuru Oqtay İsayev göstərdi ki, xx.xx.2016-cı il tarixdə icraata daxil olan Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(094)-670/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 625 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Məmmədov ilqar Rafiq oğlunun xeyrinə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4004/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs müştərək qaydada 869.62 azn əsas bоrc və 12.84 azn faiz borcu оlmaqla, ümumilikdə 882.46 azn kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30,4 azn dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə; Bakı Şəhəri 54 saylı Notariat Kontorunin 8İ-24631 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 198 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Bank olmayan Kredit Təşkilati Azpul Məhdud Məsuliyyətli Cəmiyyəti-nin xeyrinə; Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-347/2021-028 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 834.31 manat məbləğində borc pul vəsaiti və 30.40 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə; Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-112/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 4230,60 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə, eləcə də Binəqədi rayon Məhkəməsinin 3(001)-2253/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən rəhbəri Şəxs olan "xxxx" MMC-dən 25000 min manat inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmiş, buna baxmayaraq o, tələbi icra etməmişdir. Borclunun bu günə olan bütün borcu olduğu kimi qalmaqdadır. Qeyd etdiklərinin nəzərə alınaraq inzibati protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, qeydoiyyatda olduğu ünvanda qalmadığı lakin, çağrış barədə məlumatlı olduğu halda bəzən icra məmurunun çağrışına gəlsədə əksər hallarda gəlməməklə yanaşı tələbi də icra etməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Bundan əlavə, Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixdə icraata daxil olan Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(094)-670/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 625 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Məmmədov ilqar Rafiq oğlunun xeyrinə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4004/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs müştərək qaydada 869.62 azn əsas bоrc və 12.84 azn faiz borcu оlmaqla, ümumilikdə 882.46 azn kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30,4 azn dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə; Bakı Şəhəri 54 saylı Notariat Kontorunin 8İ- 24631 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 198 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Bank olmayan Kredit Təşkilati Azpul Məhdud Məsuliyyətli Cəmiyyəti-nin xeyrinə; Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)- 347/2021-028 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 834.31 manat məbləğində borc pul vəsaiti və 30.40 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə; Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 112/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 4230,60 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə, eləcə də Binəqədi rayon Məhkəməsinin 3(001)-2253/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən rəhbəri Şəxs olan "xxxx" MMC-dən 25000 min manat inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İş materiallarında olan Pirallahı Rayon İcra Şöbəsinin Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün sonuncuya xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzürsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. Məhkəmə hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə bağlı borclu Şəxs borcunu qaytarmaqdan boyun qaçırması, bunun nəticəsi olaraq borcunun ödənilməmiş qalması onun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İXM-in 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində tələbkara olan borcunu tam ödəməkdən müxtəlif bəhanələrlə indiyə qədər yayınmışdır. Borcun tam ödənilməməsinin borclunun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Məhkəmə hesab edir ki, 2016-ci il tarixdən Şəxs haqqında icra sənədi icraya yönəldilmiş, lakin bu günə qədər tələbi icra etməmiş və buna bir cəhdə göstərməmişdir. Belə olan halda Şəxs qərəzli sürətdə İXM-nin 528.1-ci maddəsinə dəlalət edir. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun tam ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Pirallahı Rayon Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №3(094)-117/2024
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-117/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver