Məhkəmə qərarları › İş №3(094)-119/2024

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-119/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-119/2024 05.11.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1987-cı ildə Göyçay rayonun, Çərəkə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Göyçay rayonun, Çərəkə kəndində qeydiyyatda olan və həmin ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 327.8-ci maddəsi ilə Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında İXP ******* saylı, 17 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola və iş materiallarına əsasən 05 iyul 2024-cü il tarixdə saat 20:55 radələrində sürücü Şəxs idarə etdiyi “MERSEDES BENZ 300” markali, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Pirallahı Qala yolunda “BİO MARKETİN” yaxınlığında X2 idarə etdiyi “MİTSUBİŞİ PAJERO” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomaşını vuraraq Şəxs sərnişini X1 yüngül bədən xəsarəti yetirilmişdir. Bununla da Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Sədrlik edən məhkəmə iclasının zərərçəkmiş şəxs X3 iştirakı olmadan keçirilməsini soruşdu. Etiraz olmadı. Məhkəmə iclası zərərçəkmiş şəxs X3 məhkəmə iclasında iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o maşını ilə taksilik edir, 05 iyul 2024-cü il tarixdə saat 20:55 radələrində idarə etdiyi “MERSEDES BENZ 300” markali, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla, maşını sürərkən manevr etmə qaydalarını pozaraq sərnişini zərərçəkmiş şəxs X1 yüngül bədən xəsarəti yetirmişdir. Hazırda törətdiyi əməli etiraf etmiş və əməlindən peşman olduğunu bildirərək ona yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. İXM-in 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1, 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Əməlini etiraf etməklə səmimi peşmançılığı, ilk dəfə olaraq inzibati məsuliyyətə cəlb olunması məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə baş vermiş inzibati xəta hadisəsinin törətdiyi nəticələrin həddini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Qeyd olunanlara əsasən və İXM-in 114-cü, 115-ci, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs İXM-in 327.8-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar