Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-12/2024 23.04.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Pirallahı Rayon Polis İdarəsinin sahə inspektoru Sinan Məmmədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında MN seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli protokola əsasən xx.xx.2024-cü il tarixdə Şəxs Bakı şəhəri Pirallahı rayonu ərazisində saxlanılması zamanı polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinin sahə inspektoru Sinan Məmmədov göstərdi ki, xx.xx.2024cü il tarixdə əməliyyat tapşırığı əsasında Pirallahı Rayon Polis İdarəsinin polis əməkdaşları Şəxs yaxınlaşaraq saxlanılmasına cəhd etsə də, vətəndaş Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə bildirdi ki, çəkindiyinə görə polisin tələblərinə tabe olmamışdır. Məhkəmədən inzibati tənbeh tətbiq edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsi əməliyyat müvəkkili X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə digər polis əməkdaşı ilə birlikdə Şəxs yaxınlaşaraq saxlanılmasına cəhd etsələr də, vətəndaş Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı rayon Polis İdarəsinin polis mayoru Bayram Rəhimov digər şahidin ifadəsindəki xüsusatları təsdiq etdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidləri dinləyərək və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarında olan Pirallahı Rayon Polis İdarəsinin CAŞ-ın baş Ə/m polis mayoru Bayram Rəhimov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 11:05 radələrində vətəndaş Muradov X2 rayonu Pirallahı qəsəbəsi S.Vurğun küçəsində fəaliyyət göstərən “SOCAR YDM”nın yaxınlığında saxlanılan zaman polisin qanuni tələblərinə tabe olmayaraq fiziki qüvvə tətbiq etmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmur. İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində inzibati həbs tənbeh tətbiq edilməlidir. Məhkəmə İXM-in 31.4 və 34.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, barəsində 20 gün müddətində inzibati həbs təhbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin faktiki hüquqlarının məhdudlaşdırıldığı andan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 30, 25, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs məhkəmə iclas zalından həbs edilsin və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası X3 X1 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(094)-12/2024
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-12/2024
23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver