Məhkəmə qərarları › İş №3(094)-121/2025

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-121/2025

16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-121/2025 16.09.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X12 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Pirallahı rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 16 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Piralahı Rayon Məhkəməsinin 2(094)- 87/2025 saylı, 22 aprel 2025-ci il tarixli, Bakı şəhəri Piralahı Rayon Məhkəməsinin e-2(094)- 203/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Piralahı Rayon Məhkəməsinin e-2(094)- 346/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Piralahı Rayon Məhkəməsinin 2(094)- 194/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Piralahı Rayon Məhkəməsinin 2(094)- 241/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədlərinin icrasından qərəzli boyun qaçırmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsinin icra məmuru X4 öz izahatında göstərdi ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hazırda Ə.Mövsümzadənin tələbkara olan borcu 4192,91 manat təşkil edir. Buna görə də onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, o, maddi çətinliyi olduğuna görə icra sənədinin icrasını təmin edə bilməmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 87/2025 nömrəli, 22 aprel 2025-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 1900 (bir min doqquz yüz) manat pul və 47 (qırx yeddi) manat dövlət rüsumu alınaraq iddiaçı X2 ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-87/2025 nömrəli, 22 aprel 2025-ci il tarixli icra vərəqəsi üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e- 2(094)-203/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Cavabdeh Şəxs 15 fevral 2021-ci il tarixli müqaviləsi üzrə İMEİ kodu **********22250 olan “Samsung Galaxy A12” markalı telefon üçün 410,4 manat ödənilməmiş hissə, 41,6 manat cərimə olmaqla cəmi 452 manat və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin -2(094)-203/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e- 2(094)-346/2021 nömrəli, xx.xx.2021-ci il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs kreditor "AFN TRADE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin xeyrinə 518,70 manat əsas, 20 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-346/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 194/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 2200 (iki min iki yüz) manat məbləğində maddi ziyan və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq X6 ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-194/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 241/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 1650 manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq X5 ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-241/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində icra şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 8İ-10523 nömrəli icra qeydindən görünür ki, Şəxs 135 manat məbləğində pul tutularaq BOKT AZPUL MMC-yə ödənilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs icra sənədi üzrə müəyyən olunmuş tələbi qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Pirallahı rayon İcra Şöbəsinin böyük icra məmuru O.İsayev tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs məhkəmə iclas zalından həbs edilsin və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Pirallahı rayon Polis İdarəsinə və X9 X3 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar