Məhkəmə qərarları › İş №3(094)-124/2024

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-124/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-124/2024 26.11.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X14 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 Şikayət vermiş şəxsin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, X10 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsinin MN ******* nömrəli, 02 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsinin MN ******* nömrəli, 02 iyul 2024-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsinin MN ******* nömrəli 02 iyul 2024-cü il tarixii inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin rəisi X10 Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsidə təqsirli bilinərək 1700 manat məbləğində inzibati cərimə edilmiş, cərimənin şərti tətbiq edilməsi, 30 gün müddətində hüquqpozmanın aradan qaldırıldığı halda inzibati cərimənin ödənilməməsi, əks halda ödənilməsi qərara alınmışdır. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməli inzibati xəta hadisəsi olmadığı üçün inzibati xəta haqqırıda iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati tənbeh ona görə tətbiq edilmişdir ki, guya onun tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmaqla X1 əmək müqaviləsi xitam verilmişdir. Göstərilən hala qəti etiraz edir və razı deyildir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin keçmiş işçisi X4 ilə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verildiyi üçün o, qeyd olunan haldan narazı qalaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin rəisi X10 tərəfindən X3 qarşı heç bir haqsızlıq edilməmiş, qanun pozuntusuna yol verilməmişdir. Ərizəyə əlavə edilmiş sənədlərlə X4 ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilməsi tam sübut olunur. Belə ki, İstismar avadanlıqları sahəsinin təmirçi-çilingəri X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məzuniyyətində olmuş, Bakı şəhəri Pirallanı Rayon Məhkəməsinin 4(094)-28/2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 4(094)-36/2023 saylı xx.xx.2023-cü il tarixli qərarla həbs müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Pirallahı Rayon Məhkəməsinin 1(092)-49/2023 nömrəli xx.xx.2023cü il tarixli hökmü ilə (hökm xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır) X4 Azərbaycan Respublikasının Cinayət Məcvəlləsinin 29, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib üzərində qəti olaraq 1 il 5 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Həmçinin, üzərinə yaşadığı ünvanı axşam saat 20.00-dan 08:00-dək tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerinin dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi ilə əlaqədar əvvəlcədən məlumatlandırma kimi vəzifələr qoyulmuşdur. Bununla bərabər X9 oglu iş yerinə gəlməmiş, gəlməməsinin səbəbləri ilə bağlı iş yerinə hər hansı sənəd təqdim etməmişdir. Bununla bağlı qanunverciliyin tələblərinə uyğun şəkildə tərəfimizdən bütün hərəkətlər edilmiş, Həmkarlar İttifaqına müraciət olunmuş, HK-nin qərarı alınmış, sonda 28 fevral 2024-cü il tarixi 14-2- 1/3-1K-32/2024 nömrəli “Əmr”lə “Abşeronneft” Neft və Qazçıxarma idarəsinin istismar avadanlıqları sahəsinin təmirçi-çilingəri X4 ilə xx.xx.2021-ci il tarixdə bağlanmış 2744 saylı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xıtam verilməsi ilə bağlı əmək elektron sistemə daxil edilmişdir. Göründüyü kimi, X4 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə esasən xitam verilməsi üçün kifayət qədər əsas olmuş və əmrin verilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə tam riayət olunmuşdur. Barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* nömrəli protokolda və işin digər materiallarında onun Azərbaycan Respublikası İXM-nin 192.6-cı mədəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyini təsdiq edildiyi göstərilmiş, lakin həmin sənədlərin nədən ibarət olması və nədə ifadə olunması ilə bağlı hər hansı qeyd aparılmamışdır. Həmçinin həmin sənədlər ona təqdim və elan edilməmişdir, habelə, idarə tərəfindən təqdim olunmuş sənədlərlə tam əksinə olaraq onun Əmək Məcəlləsinin tələblərini pozmadığı tam sübut olunur, hər hansı qanunvericilik normasının pozulmadığını, hazırki iş üzrə inzibati xəta hadisəsinin olmadığını sübut edir. Beləliklə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin rəisi X10 tərəfindən ƏM-nin əmək qanunvericiliyinin tələblərinin pozulması halı olmadığından, bununla da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nın “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin rəisi X7 hərəkətlərində hər hansı inzibati xəta hadisəsi olmadığından, Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsinə əsasən xətaya dair işlər üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin vəkili və nümayəndəsi Vəkil şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsinin izahatını dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, “vətəndaş X1 xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbi pozularaq xx.xx.2024-cü il tarixində AR ƏMnin 70 maddəsinin “ç” bəndi ilə xitam verildiyi məlum olmuşdur. X2 Azərbaycan Respublikası İXM-nin 192.6-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərardan görünür ki, “vətəndaş X1 xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbi pozularaq xx.xx.2024-cü il tarixində AR ƏM-nin 70 maddəsinin “ç” bəndi ilə xitam verildiyi məlum olmuşdur. X2 Azərbaycan Respublikası İXM-nin 192.6-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1700 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 2744 N-li əmək müqaviləsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin rəisi X6 ilə X4 arasında müddətli əmək müqaviləsi bağlanmış və o, istismar avadanlıqlar sahəsinə 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 14-2-1-1/3-1K-32/2024 N-li F.E.Muradovun əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, “Abşeronneft” Neft və qazçıxarma idarəsinin İstismar avadanlıqları sahəsinin təmrçi çilingəri X4 ilə xx.xx.2021-ci il tarixdə bağlanmış 2744 saylı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, “Azneft” İB-nin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin rəisi X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinin tələblərinə uyğun olaraq tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoal uyğun olaraq həmin Məcəllənin eyni maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş və qərar həmin tarixində “Azneft” İB-nin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin ünvanına (AZ1077, Bakı şəhəri, Pirallahı rayonu, S.Bağırov küçəsi) göndərilmişdir. İş materiallarında olan “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsi rəyasət heyyətinin N-02, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, istismar avadanlıqları sahəsinin təmirçi çilingəri X4 işə gəlmədiyi günlər üçün hec bir üzürlü səbəbi olmadığına görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə icazə verilmişdir. İş materiallarında olan Pirallahı Rayon Məhkəməsinin 1(094)-49/2023 saylı xx.xx.2023-cü il tarixli hökmdən görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 29, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, X1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və 15 iyun 2023-cü il tarixdən 19 dekabr 2023-cü il tarixə qədər həbsdə saxlanıldığı 06 (altı) ay 04 (dörd) gün, ümumilikdə 06 (altı) ay 06 (altı) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02( iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Pirallahı Rayon Məhkəməsinin 4(094)-28/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X1 barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Pirallahı Rayon Məhkəməsinin 4(094)-36/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X1 həbsdə saxlama müddəti istintaq müddətinin sonuna qədər, yəni 14 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası İXM-in 192.6-cı maddəsinə əsasən İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin rəisi X6 ilə X4 arasında müddətli əmək müqaviləsi bağlanmış və o, istismar avadanlıqlar sahəsinə 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsinə işə qəbul edilmişdir. F.Muradov xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məzuniyyətində olmuşdur. Daha sonra Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə X1 barəsində üç ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və o, həbsdən azad edilmişdir. xx.xx.2023-cü il tarixədək həbsdə olmasına baxmayaraq “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin rəisi tərəfindən həmin hal nəzərə alınmamış və onun əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. X1 xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbi pozularaq xx.xx.2024-cü il tarixində AR ƏM-nin 70 maddəsinin “ç” bəndi ilə xitam verildiyinə görə X10 Azərbaycan Respublikası İXM-nin 192.6-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1700 manat məbləğində cərimə edilmiş, həmin cərimə şərti tətbiq edilərək, törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün ona 30 gün müddət müəyyən olmuşdur. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Araşdırma zamanı F.Muradovun “işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması öz əksini tapmamışdır. Lakin buna baxmayaraq F.Əliyev törədilmiş hüquqpozmanın aradan qaldırılması yolunda heç bir zəruri hərəkətlər aparmamışdır. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Həmin Məcəllənin 135.1. maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şikayət ərizəsindən görünür ki, şikayətçi qanunsuz və əsassız hesab etdiyinə görə “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, qərarın ləğvinə əsas verəcək hallar işin araşdırılması zamanı aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsinin MN ******* nömrəli, 02 iyul 2024-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı qanuni və əsaslı olduğundan X7 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135, 136-cı maddələrini rəhbər tutaraq qəraraaldı: X7 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsinin MN ******* nömrəli, 02 iyul 2024-cü il tarixli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar