Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-127/2024 17.12.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad toplanmış materiallarla birlikdə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin nümayəndəsi X7 izahat verərək göstərdi ki, təhqiqat zamanı müəyyən edilmişdir ki, "xxxx" QSC-nin X10 Donanmasının rəhbərliyi tərəfindən təstiq edilmiş Gəmi bosmanı üçün əməyin mühafizəsi üzrə 2-01 nömrəli Təlimatın 1. (Təhlükəsizliyin ümumi tələbləri) hissəsinin 1.4-cü bəndinin (Bosman bilməlidir) 1-ci yarımbəndinin (həvalə edilmiş avadanlığa xidmət etməyi ve bu barədə əməyin mühafizəsi üzrə təlimatın tələblərini) və "xxxx" QSC-nin X10 Donanmasının Kapitanın ikinci köməkçisinin “Vəzifə Təlimatı”nın 3-cü “Kapitanın ikinci köməkçisinin məsuliyyəti və səlahiyyətləri” hissəsinin 3.5-ci (gəmi limana daxıl olarkən oradan çıxarkən və yanalma əməliyyatı yerinə yetirilərkən kapitanın ikinci köməkçisi gəminin arxa hissəsində yaxud kapitanın göstərişi üzrə başqa yerdə olur və onun rəhbərliyi altında yerinə yetirilən işlərin təhlükəsiz təşkilini və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasını təmin edir) bəndinin tələbləri pozulmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 38-7 nömrəli 27 dekabr 1997-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dəniz Donanması nəqliyyat sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu kitabçası”nda nəzərdə tutulmuş “Kapitanın ikinci köməkçisi" "Vəzifə borcu” bölməsinin (Gəmi limana daxil olduqda, limandan çıxdıqda və yanalma əməliyyatları yerinə yetirilərkən Gəminin göyərtəsinin arxa hissəsində və ya kapitanın göstərişi ilə başqa yerdə olur. İşlərin təşkilinin təhlükəsizliyini və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasını təmin edir) və “Bosman” “Vəzifə borcu” bölməsinin (Təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qayda və təlimatları yerinə yetirir, tabeliyində olan şəxslərdən bu qaydaların yerinə yetirilməsini tələb edir və işlərin təhlükəsizliyini təmin edir) tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, gəmi limana daxil olarkən oradan çıxarkən və yanalma əməliyyatı yerinə yetirilərkən kapitanın ikinci köməkçisi gəminin arxa hissəsində yaxud kapitanın göstərişi üzrə başqa yerdə olur və onun rəhbərliyi altında yerinə yetirilən işlərin təhlükəsiz təşkilini və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasını təmin edir. Lövbər tərs gəldiyindən və yaranan problemi aradan qaldırmaq üçün zərərçəkmiş şəxs taxta parçasını lövbərin ilişən zəncir hissəsinə qoymuş və çəkiclə taxta parçasının üstündən vurmağa başlamışdır. Bu zaman sol əli ilə tutduğu taxta parçasına sağ əlində olan çəkiclə vuran zaman 3-cü cəhddə çəkicin sol əlinin üst hissəsinə dəymiş və barmağının sındırmışdır. O, həmin vaxt orada olmali idi, lakin gəminin ön tərəfindən olmuşdur. Hadisə yerində olacağı təqdirdə hadisənin qarşısını almaq imkanı vardı. İş materiallarında olan “Məhkəmə-tibbi ekspertiza və X2” PHŞ- nin xx.xx.2024-cü il tarixli 101 saylı rəyindən görünür ki, 1981-ci il təvəllüdlü X1 məhkəmə-tibb ekspertizasına əsasən, tibbi sənəddə yazılanlara, hadisə haqqında məlumatları nəzərə alıb, qərarda qoyulmuş suallara müvafiq olaraq, aşağıdakı nəticəyə gəlirəm: 1.S.Ə.Hüseynovun bədəni üzərində açıcı vətərlətin zədələnməsi və proksimal falanqa başının tam yerdəyişən sınığı ilə müşayiət olunan sol əlin V barmağının əzilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun “X6”ına müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə törənmələri istisna olunmur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. 2.S.Ə.Hüseynovun bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin - qərarın təsviri hissəsində göstərilən şəraitdə törənmələri istisna olunmur. İşdə olan təhqiqat aktından görünür ki, təhqiqat komissiyası bədbəxt hadisənin baş verməsində təhqiqat aktı ilə müəyyən etmişdir ki, əmək qanunvericiliyinin yol vermiş pozuntu Şəxs aiddir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, toplanmış materialdan göründüyü kimi, Şəxs "xxxx" QSC-nin X10 Donanmasının rəhbərliyi tərəfindən təstiq edilmiş Gəmi bosmanı üçün əməyin mühafizəsi üzrə 2-01 nömrəli Təlimatın 1. (Təhlükəsizliyin ümumi tələbləri) hissəsinin 1.4-cü bəndinin (Bosman bilməlidir) 1-ci yarımbəndinin (həvalə edilmiş avadanlığa xidmət etməyi ve bu barədə əməyin mühafizəsi üzrə təlimatın tələblərini) və "xxxx" QSC-nin X10 Donanmasının Kapitanın ikinci köməkçisinin “Vəzifə Təlimatı”nın 3-cü “Kapitanın ikinci köməkçisinin məsuliyyəti və səlahiyyətləri” hissəsinin 3.5-ci (gəmi limana daxıl olarkən oradan çıxarkən və yanalma əməliyyatı yerinə yetirilərkən kapitanın ikinci köməkçisi gəminin arxa hissəsində yaxud kapitanın göstərişi üzrə başqa yerdə olur və onun rəhbərliyi altında yerinə yetirilən işlərin təhlükəsiz təşkilini və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasını təmin edir) bəndinin tələbləri pozulmuşdur. Bundan başqa o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 38-7 nömrəli 27 dekabr 1997-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dəniz Donanması nəqliyyat sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu kitabçası”nda nəzərdə tutulmuş “Kapitanın ikinci köməkçisi" "Vəzifə borcu” bölməsinin (Gəmi limana daxil olduqda, limandan çıxdıqda və yanalma əməliyyatları yerinə yetirilərkən Gəminin göyərtəsinin arxa hissəsində və ya kapitanın göstərişi ilə başqa yerdə olur. İşlərin təşkilinin təhlükəsizliyini və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasını təmin edir) və “Bosman” “Vəzifə borcu” bölməsinin (Təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qayda və təlimatları yerinə yetirir, tabeliyində olan şəxslərdən bu qaydaların yerinə yetirilməsini tələb edir və işlərin təhlükəsizliyini təmin edir) tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə —min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.3-cü maddəsinə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində İXM-in 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə cəza təyin olunmalıdır. Zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18.5, 25, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №3(094)-127/2024
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-127/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver