Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-128/2024 17.12.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İnzibati xəta haqqında haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 272.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Pirallahı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə içlasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il saat 11:50 radələrində Pirallahı rayonu “Socar NQÇ” ərazisində müvafiq icra hakimiyyəti orqanından xüsüsi icazə almadan qanunsuz olaraq “Berkas markalı MM4503 nömrəli, 12 çaplı ov tüfəngi silahından istifadə etməklə 1 ədəd ördək növlü çöl quşunu ovlamaqla ov etmə qaydalarını kobud şəkildə pozmuşdur. Bununla da, Şəxs İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında haqqında protokolu tərtib etmiş şəxs X2 izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il saat 11:50 radələrində Şəxs Pirallahı rayonu “Socar NQÇ” ərazisində ov etməsi aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2024-cü il saat 11:50 radələrində Pirallahı rayonu “Socar NQÇ” ərazisində qanunsuz olaraq ov etmişdir. Hazırda əməlindən peşmandır, səhv etdiyini başa düşür və gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il saat 11:50 radələrində NMQ-nin ə/m polis baş leytenantı Şövqi Məhərrəmli ilə inzibati ərazidə xidmətdə olarkən, bir nəfər şəxsin Pirallahı rayonu “Socar NQÇ” ərazisində ov etməsini aşkar etmişdir. Həmin şəxsə yaxınlaşaraq özünü təqdim edib, polis idarəsinə dəvət etmişlər. Pirallahı RPİ-də məlum oldu ki, həmin şəxs Xəzər rayon sakini 1968-ci il təvəllüdlü Şəxsdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, inzibati xəta haqqında haqqında protokolu tərtib etmiş şəxsin, şahidin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, ailə vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq baxımından onun barəsində İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet (“Berkas markalı MM4503 nömrəli, 12 çaplı ov tüfəngi) müsadirə edilməməklə, 1000 (bir min) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 26, 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet (“Berkas markalı MM4503 nömrəli, 12 çaplı ov tüfəngi) müsadirə edilməməklə, 1000 (bir min) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. . Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(094)-128/2024
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-128/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver