Məhkəmə qərarları › İş №3(094)-13/2024

Pirallahı Rayon Məhkəməsi Qərardad — İş №3(094)-13/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(094)-13/2024 01.05.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi X1, Şəxs barəsində Pirallahı rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında qərara məhkəmənin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Pirallahı rayon prokurorluğu tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar toplanmış materiallarla birlikdə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan sonra, Pirallahı rayon prokurorluğu ərizə ilə məhkəməyə müraciət edərək, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə materialın baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə ərizə və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 520-ci maddəsini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Pirallahı rayon prokurorluğu tərəfindən göndərilmiş Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material geri qaytarılsın. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar