Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-130/2024 17.12.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi Qasımov Faiq Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Pirallahı RPŞ-nin polis sahə inspektoru, polis leytenantı Elnar Əmirullazadənin, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (anası) X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı rayon Polis şöbəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 17 dekabr 2024-cü il tarixli protokola əsasən 29 noyabr 2024-cü il tarixdə Şəxs yetkinlik yaşına çatmayan X3 döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Pirallahı RPŞnin polis sahə inspektoru, polis leytenantı Elnar Əmirullazadə inzibati protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 29 noyabr 2024-cü il tarixdə Şəxs yetkinlik yaşına çatmayan X3 döyərək ona xəsarət yetirmişdir Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, göstərilən ünvanda ailə üzvləri ilə bir yerdə yaşayır. 10 ildən artıqdır ki, Pirallahı rayon 235 nömrəli tam orta məktəbin yanında fərdi evdə yaşayır. Məktəbin hasarı ilə onun yaşadığı fərdi yaşayış evinin hasarı bitişik olduğu üçün o həmişə narahat olur. Belə ki, bəzi şagirdlər dərsdən yayınan zaman həmin hasardan keçəndə onun həyəti görsəndiyi üçün o, dəfələrlə şagirdlərə xəbərdarlıq etmişdir. xx.xx.2024-cü il tarixdə tanımadığı bir şagirdin hasardan keçməsini görüb, həmin şagirdi tənbeh etmişdir. Həmin vaxtı Amin hasardam tullanmış və o, Amini də sözlə tənbeh etmişdir. Amin ona cavab qaytarmışdır. O, Amini vurmamış, onu söyməmişdir. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi (anası) X2 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs X5 göstərdi ki, o, Pirallahı rayonu 235 saylı orta məktəbin 9-cu sinifində təhsil alır. xx.xx.2024-cü il tarixdə 5-ci dərsin boş olmasını zənn edib sinif yoldaşları ilə birlikdə hazırlığa getmək məqsədi ilə məktəbin arxa hissəsindən hasardan keçmək isdəyən zaman, Ramil adlı şəxs onu hasarın üstündə tutaraq, hər iki qollarını burmuş, sonra sifət nahiyəsinə yumuruq və sillə ilə vurmuş, ona nalayiq söyüş söyub təhqir etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (anası) X6 Şəxs barəsində tətbiq olunacaq inzibati tənbehi məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs X3 döymüşdür. Buna görə də məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan MTE və PAB-nın Publik Hüquqi şəxsin 125 saylı ekspert rəyindən görünür ki, 1.A.S.Həsənzadənin bədəni üzərində sifətin qançırı aşkar edildi. Qeyd olunan xəsarət küt əşya təsirindən onun məhkəmə-tibb müaynəsindən 5-6 gün əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə törənməsi istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. 2.A.S.Həsənzadənin bədən səthində aşkar olunmuş xəsarətin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Qeyd olunanlara əsasən və İXM-in 25, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300,0 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(094)-130/2024
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-130/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver