Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-14/2024 08.05.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi Qasımov Faiq Adil oğlunun sədrliyi, Orucova Kəmalə İsbəndiyar qızının katibliyi, Pirallahı RPŞ-nin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1958-ci il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Xanlar küçəsi, ev 3, mənzil 3-də qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı rayon Polis şöbəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 08 may 2024-cü il tarixli protokola əsasən Şəxs 17 mart 2024-cü il tarixdə yaşadığı Bakı şəhəri Pirallahı rayonu S.Bağırov küçəsi 38 evində arvadı Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunu vuraraq sağlamlığına qəsdən yüngül zərər yetirmişdir. Məhkəmə iclasında Pirallahı RPŞ-nin polis sahə inspektoru X3 göstərdi ki, Şəxs 17 mart 2024-cü il tarixdə yaşadığı Bakı şəhəri Pirallahı rayonu S.Bağırov küçəsi 38 evində tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində sonuncunu vuraraq sağlamlığına qəsdən yüngül zərər yetirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, əri Şəxsla son zamanlar aralarında baş verən söz mübahisələr səbəbindən evdə olmurmuş. xx.xx.2024-cü il tarixdə Pirallahı rayonu, S.Bağırov küçəsi, ev 38-ə gedən zaman evin qapısını açarla açmaq istəyən zaman qapı arxa hissədən bağlı olduğu üçün geri qayıtmışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 04 radələrində evə gedən zaman qapı açıq olduğundan evə daxil olmuşdur, gördü ki qaynı Əvəz telefonla polisin harada yerləşməsini soruşur. Evə baxan zaman Alimin evdə olmadığını görmüşdür. Elə başa düşmüşdür ki, Əvəz Alimdən polisə şikayət edib. Sonra bilmişdir ki, Alim özü içkili vəziyyətdə polisi yığaraq onu döyüblər məlumatını verib. Əvəz isə ona bildirdi ki, polisə gedir və evdən çıxaraq getdi. Təxminən saat 05:30 radələrində Alim ilə Əvəz evə gəldilər, Alim onu evdə görən kimi niyə gəlmisən sözünü dedi və digər otağa girib çıxdıqdan sonra onu nəlayiq sözlərlə təhqir edərək 500,0 manat pulunun harda olmasını soruşmuşdur. Zərərçəkmiş ona bildirmişdir ki, o, pulu görməmişdir və xəbəri yoxdur. Lakin onlar evə gəlməmişdən əvvəl o onların içdiyi arağın şüşəsini gizlətdi. Şüşədə araq həddindən artıq az qalmışdı. Alim onun üzərinə gələrək sifət nahiyəsinə əli ilə vurdu daha sonra isə sinəsindən tuaraq yerə yıxdı, həmin vaxtı qardaşı Əvəz ondan arağın yerini soruşurdu. Bu səbədən də o Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi-sisteminə müraciət edərək polisin gəlməsini istədi. Lakin ona təqdim edilmiş məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etdiyini bildirsə də, xx.xx.2024-cü iİ tarixdə məhkəmə-tibbi ekspertizasından keçmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, hadisədən 3 gün əvvəl 13 mart tarixində Yeganə kartı alaraq işə getdi. 13, 14, 15-İ tarixdələrində bu qadın evə gəlməmişdir. Niyə gəlmədi? Bəlkə o onu döymüşdür, bəlkə içmişdir? O sadəcə zərərçəkmişdən kartını tələb edirdi. 16 mart tarixində o gedib pensiyasını aldı. Daha sonra mağazaya gedərək özünə kolbasa, yumurta, çörək və 250 qramlıq araq alıb evə getmişdir. Axşam saat 4 radələrində qardaşı xəbər etmədən içkili vəziyyətdə qonaq gəlmişdir. O da pensiya pulu 400,0 manatı pul qabının içində televizorun qarşısına qoymuşdur. Qardaşı ilə arağın yarısını içmişdilər. Bir müddətdən sonra pul söhbəti olanda o, 102-yə gedərək evdə pulun itdiyini, yoldşının 2-3 gün əvvəl pulu götürdüyünü şikayət etmişdir. Qardaşı da ondan sonra şöbəyə gəlmişdir. Daha sonra hər ikisi evə getdikdə, qardaşı qadından arağın yerini soruşdu. Qadın da özünü çölə ataraq getdiyini dedi. Qadın özünü divara vuraraq xəsarət almışdır. O zərəçəkmişə heç bir xəsarət yetirməmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tanışı Zərərçəkmiş şəxs döymüşdür. Buna görə də məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsin 19 nömrəli 17 mart 2024-cü il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində sağ gözaltı nahiyənin, sol kürəkaltı nahiyənin, sol süd vəzinin qançır aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyallar) təsirindən müayinədən 1 günə qədər əvvəl törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilmələri istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər əlçatan nahiyələrdə yerləşməsinə, xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü və kənar şəxs tərəfindən yetirilməsi inkar edilmir. Bu məsələnin istintaq yolu ilə müəyyən edilməsi daha məqsədəmüvafiqdir İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları müəyyən etmədi. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Qeyd olunanlara əsasən və İXM-in 25, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300,0 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(094)-14/2024
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-14/2024
08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver