Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-15/2023 27.02.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Pirallahı rayon İcra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Füzuli rayonu Qaraxanbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Füzuli rayonu Qaraxanbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 529.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Pirallahı rayon İcra şöbəsinin icra məmuru Oqtay İsayev tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 24 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 3(094)-59/2018 saylı qərarının icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs İXM-in 529.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Pirallahı rayon İcra şöbəsinin icra məmuru Oqtay İsayev göstərdi ki, Şəxs Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 3(094)-59/2018 saylı qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğdə cərimə edilmişdir. İcra sənədi icraata qəbul edildikdən sonra qanunla müəyyən olunmuş müddət ərzində icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borclunun olduğu ünvana göndərilmişdir. Lakin, borclu qanunla nəzərdə tutulmuş müddət ərzində tələbi könüllü icra etməmişdir. Bundan sonra borcluya borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq göndərilmiş, lakin o, adı çəkilən qərarın icrasından heç bir üzrlü səbəb olmadan qəsdən boyun qaçırmışdır. Ona görə də, Şəxs barəsində İXM-in 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etdi. Məhkəmə iclasında Şəxs göstərdi ki, maddi cəhətdən imkanı olmadığına görə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən 500 manat məbləğində cəriməni indiyə qədər ödəyə bilməmişdir. Bu birinci dəfə deyil ki, inzibati qaydada cərimə olunur. Bundan əvvələrdə bir neçə dəfə alimenti ödəmədiyinə görə inzibati cərimə olunsada onları ödəmişdir. Bunu isə maddi imkanı olmadığına və heç bir yerdə işləmədiyi üçün ödəyə bilməmişdir. İşlə bağlı müraciət etsədə yaşının çox olduğunu əsas gətirərək işə götürməkdən imtina etməmişlər. İşlə təmin olunduğu təqdirdə borcunu ödəyəcəkdir. Qaçqın olduğun üçün 60 manat çörək pulu alır. Başqa yerdəndə gəliri yoxdur. Qeyd olunan məhkəmə qərarını hazırda ödəməyə imkanı yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 3(094)- 59/2018 saylı, 07 noyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Pirallahı rayon İcra şöbəsinə ünvanlanmış Şəxs xx.xx.2023-cü il tarixli izahatının surətindən görünür ki, o, izahatında bildirmişdir ki, işsiz olduğu görə ödəyə bilmədiyini, işlə bağlı müraciət etsədə yaşının çox olduğunu əsas gətirib işlə təmin etməmişlər. İşlə təmin olunduğu təqdirdə ilk maşının borcuna yönəldilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan başqa gündəlik yaşamaq üçün tükanlara ərzaq paylayır. Ara-bir iş düşdükcə fəhlə işləyir. Maddi imkanı olmadığı üçün tükanlardan nisyə qida məhəsul alıb yeyir ki, acından ölməsin. Hazırda ümumilikdə 5000 manat borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-in 529.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-in 32-ci və 33-cü maddələrinə əsasən müvafiq olaraq məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, məhkəmə qərarını icra etməməsini, bununla bağlı hər hansı bir üzrlü səbəbin olmasını təsdiq edən sübutun təqdim etməməsini nəzərə alıb hesab edir ki, qanuni qüvvədə olan icra sənədinin borclu tərəfindən icra edilməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Qeyd olunanlara əsasən və İXM-in 30, 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1978-ci ildə Füzuli rayonu Qaraxanbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, Füzuli rayonu Qaraxanbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs İXM-in 529.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Şəxs məhkəmə iclas zalından həbs edilsin və həbsetmənin əvvəli 27 fevral 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Pirallahı Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədirlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №3(094)-15/2023
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-15/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver