Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-15/2024 21.05.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi Qasımov Faiq Adil oğlunun sədrliyi, Orucova Kəmalə İsbəndiyar qızının katibliyi, Pirallahı RPŞ-nin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Tofiq oğlunun, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 24, mənzil 95-da qeydiyyatda olan və yaşayan, Şəxs Tofiq oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı rayon Polis şöbəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 04 may 2024-cü il tarixli protokola əsasən Şəxs Tofiq oğlu 23 mart 2024-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında arvadı X4 şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunu döyərək sağlamlığına qəsdən yüngül zərər yetirmişdir. Məhkəmə iclasında Pirallahı RPŞ-nin polis sahə inspektoru X3 göstərdi ki, Şəxs Tofiq oğlu 23 mart 2024-cü il tarixdə yaşadığı Bakı şəhəri Pirallahı rayonu K.Rzayev küçəsi, ev 24, mənzil ünvanında arvadı X5 ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində sonuncunu vuraraq sağlamlığına qəsdən yüngül zərər yetirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 göstərdi ki, əri Şəxsla aralarında baş verən söz mübahisələr səbəbindən dəfələrlə döyülmüşdür. Şikayətçidir və ən ağır tənbeh tədbiri görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Tofiq oğlu məhkəmə iclasında İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, əməlindən səmimi peşmandır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs Tofiq oğlu arvadı X4 döymüşdür. Buna görə də məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsin 19 nömrəli 03 aprel 2024-cü il tarixli rəyinə əsasən S.V.Qasımovanın bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol çiyinin, sol və sağ bazunun, sağ budun qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri məhkəmə-tibb müayinəsindın 9-10 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək ola ki, S.V.Qasımovanın bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Tofiq oğlunun İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Qeyd olunanlara əsasən və İXM-in 25, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Tofiq oğlu İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300,0 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(094)-15/2024
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-15/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver