Məhkəmə qərarları › İş №3(094)-154/2025

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-154/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-154/2025 04.11.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə X1 iştirakı ilə X2 inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində xx.xx.2025-ci il tarixli EQ31522103 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, o, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin xx.xx.2025-ci il tarixli EQ31522103 qərarını xx.xx.2025-ci il tarixində almışdır. DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin əsassız olaraq onu xx.xx.2025-ci il tarixində EQ31522103 nömrəli protokolla bağlı qərar qəbul edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati xəta törətməyi ilə bağlı qərar qəbul edilmişdir və 80 manat 2 bal cərimə olunmuşdur. Qərarı əsassız hesab edir çünki həmin qərar qərəzli olaraq yazılmışdır. Qeyd edir ki, Xaçmaz rayon Polis şöbəsinin Təhlükəsiz şəhər xidmətinə məxsus olan müşahidə kameralarından qeydə alınaraq ona cərimə yazılmışdır. Bu yolverilməzdir. Bildirir ki, DİN-nin müşahidə kameraları cinayətkarlığın qarşısının alınmasında ve yol-nəqliyyat hadisələrinin araşdırılmasında və vətəndaşların təhlükəsizliyinin təmin olunmasında istifadə olunur. Daha sonra qeyd edir ki, o, avtomobildən düşməmiş, yanındakı sərnişin maşından düşmüş və dərhal maşına əyləşmiş, bu müddət 1 dəqiqə belə çəkməmişdir. Bunu videogörüntulərdən belə müşahidə etmək mümkündür. Qərarı əsassız hesab edir. Ona görə də onun hüquqları pozulduğuna görə həmin məhkəməyə müraciət edərək, qeyd olunan qərarın ləğv olunmasını istəyir. DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin xx.xx.2025-ci il tarixli EQ 31522103 qərarı məhz bu baxımdan da qanuni və əsaslı deyildir. Məhkəmə iclasında şikayətçi X3 şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, o, inzibati tənbeh vermə haqqında qərarla razı deyil və həmin qərarın ləğv olunmasını xahiş etdi. Əlavə olaraq verilən suallara cavab olaraq bildirdi ki, o, həmin yerdə daha əvvəldə dayanmışdır, lakin əvvəllər belə bir hadisə olmamışdır. Bundan başqa, dayanma qadağandır nişanı olmadığına görə orada avtomobilini saxladığını etiraf etmişdir. DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini araşdırıb, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş EQ seriylı 31522103 nömrəli, xx.xx.2025-ci il tarixli qərardad görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinmiş və 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmədə tətqiq edilmiş fotoşəkildən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:52:23-də Hyudai Santafe minik markalı 90GO605 dövlət qeydiyyat nömrəli avtomobil Xaçmaz şəhəri N.Nərimanov küçəsində dayanma və ya durma qaydalarına riayət etməmiş və bunla da İXM-nin 346.4-cü maddəsini tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə –səksən manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X3 Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 80 manat miqdarında cərimə edilmişdir. Məhkəmə iclasında X3 öz izahatında dayanma qadağandır nişanı olmadığına görə orada avtomobilini saxladığını etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1, 99.1.1-ci maddələrnə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biri də inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsidir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən Bu Məcəllənin 327 - 356cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəlişəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45-2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “İCMAL” informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə hesab edir ki, iş materiallarına və İ.Məmmədovun öz izahatına əsasən X3 «Yol hərəkəti» haqqında Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə riayət etməyərək, dayanma və ya durma qaydalarını pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən səlahiyyətli vəzifəli şəxs tərəfindən EQ seriylı 31522103 nömrəli, xx.xx.2025ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmə qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X2 barəsində inzibati xəta haqqında iş üzrə EQ seriylı 31522103 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 EQ seriylı 31522103 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar