Məhkəmə qərarları › İş №3(094)-16/2023

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-16/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-16/2023 14.03.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X26 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1963-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi sahibkarlıqla məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 272.3 və 590.2-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X19 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə içlasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Sahil Mühafizəsininin “Pirallahı” sahil nəzarəti bölməsinin xidməti ərazisinin 47-ci yanalma körpüsündən sağ cihanda “köhnə mayak” adlanan yerdə müvafiq icra hakimiyyəti orqanından xüsüsi icazə almadan qanunsuz qeydiyyata alınmamış silahdan istifadə etməklə 5 (beş) ədəd çöl ördəyini ovlamaqla təbiətə 27.5 manat məbləğində ziyan vurmaqla ov etmə qaydalarını kobud şəkildə pozmuşdur. Su NPİ-nin TQ-nun təhqiqatçısı X11 28 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da, Şəxs İXM-nin 272.3 və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Su NPİ Abşeron XPM tərəfindən xx.xx.2023-cü il tarixli, MN № 146259 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 15 yanvar 2023-cü il tarixdə ov etmək qərarına gəlmişdir. Onunla birlikdə istirahət etmək üçün tanışları X12 və X5 də dəvət etmişdir. Həmin tarixdə təqribən saat 08:30-da radələrində onları dənizə aparmaq üçün X13 xahiş etmişdir. X9 məxsus Pirallahı SNB-nin 48-ci yanalma körpüsündə qeydiyyatda olan PR-2082 bort nömrəli Yamaha-75 mühərriklə təchiz clunmuş taxta tipli qayıqla Gürgan qəsəbəsi istiqamətində Xəzər dənizinə çıxaraq “Pişanlı” adlandırılan adaya gəlmişlər. Osmanov Qahil onları adaya düşürdərək çıxıb getmişdir. O, adada qalarkən ona məxsus olan “Franchi” markalı tüfəngdən atəş açaraq 5 ədəd çöl ördəyi vurmuşdur. Təqribən saat 15:00 radələrində tanışı X15 zəng edərək onları dənizdən sahilə çıxartmasını xahiş etmişdir. Təqribən saat 15:50 radələrində X17 onları adadan sahilə çıxartmaq məqsədi ilə adaya yaxınlaşmışdır. Ona məxsus olan əvvəlcədən özü ilə götürdüyü 3 ədəd silahları və ovladığı 5 ədəd çöl ördək quşunu qayığın bortuna qoymuşdur. Bu zaman sərhədçilər ona yaxınlaşaraq qayığın bortunda ona məxsus olan 1 ədəd “Toz 34” markalı 12 kalibrli 11786 nömrəli qoşalüllə ov silahını, 1 ədəd 12 kalibrli “Franch” markalı BP-11061-T-14 nömrəli ov silahı, 1 ədəd “Stoger” markalı Tir tüfənginin və 5 ədəd ovladığı çöl ördək quşlarını və onların qayığın bortunda sənədsiz olduqlarını aşkar etmişlər. Əməlindən peşmandır. Məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 272.3 və 590.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə olunmuş 28 fevral 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 272.3 və 590.2-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti adiyyatı üzrə göndərilmişdir. İş materiallarına əlavə olunmuş 15 yanvar 2023-cü il tarixli 01 nömrəli Aktdan görünür ki, AR DSX X14 Regional şöbənin “'Pirallahı” SNB-nin rəisi mayor İsmayıl Axundov, “Pirallahı” SNB-ın rəis müavini baş leytenant Edqar Hacıyev və nəzarətçi gizir Davud Əliyev akt tərtib edərək xx.xx.2023-cü il tarixdə “Pirallahı” SNB-nin xidməti ərazisində su sərhəd rejim qaydalarını pozmuş 48-cı YK-də qeydiyyatda olan PR-2082 bort nömrəli qayığın sahibi xx.xx.1983-cü il təvəllüdlü Kürdəmir rayon Qarasaqqal kənd sakini X17 və qayığın heyət üzvüləri olmayan vətəndaşlar xx.xx.1963-cü il təvəllüdlü Bakı şəhər Nizami rayon sakini Şəxs, xx.xx.1982-ci il təvəllüdlü Xaçmaz rayon Müqtədir qəsəbə sakini X10, xx.xx.1988-ci il təvəllüdlü Xaçmaz rayon Müqtədir qəsəbə sakini X3 iştirakı ilə sərhəd naryadları tərəfindən üzmə vasitəsinə baxış keçirərkən qayığın bortunda olan 1 ədəd qundağı palıdı rəngdə “TOZ-34” markalı 12 kalibrli -11786 nömrəli qoşalülə ov silahı, 1 ədəd hərbi komuflyaj rəngli 12 kalibrli “Franchı” markalı BP-11061-T-14 nömrəli ov silahı üzərində Pilad P1x42 markalı lazer optik nişangahı ilə birlikdə 1 ədəd qara rəngdə “STOGER” markalı Tır tüfəngi üzərində “STOGER” markalı optik nişangahı ilə birlikdə və 5 ədəd ovladıqları çöl ördək quşları 3 ədəd kəmərli silah üçün palıdı rəngdə silah çantalarını götürülərək Pirallahı” SNB-nə gətirilmişdir. İş materiallarına əlavə olunmuş 15 yanvar 2023-cü il tarixli 02 nömrəli Aktdan görünür ki, AR DSX X14 Regional şöbənin “Pirallahı” SNB-nin rəisi mayor İsmayıl Axundov, “Pirallahı” SNB-in rəis müavini baş eytenant Edqar Hacıyev və nəzarətçi gizir Davud Əliyev akt tərtib edərək, xx.xx.2023-cü il tarixdə “Pirallahı” SNB-nin xidməti ərazisində su sərhəd rejim qaydalarını pozmuş 48-ci YK-də qeydiyyatda olan PR-2082 bort nömrəli qayığın sahibi xx.xx.1983-cü iİ təvəllüdlü Kürdəmir rayon Qarasaqqal kənd sakini X18 və qayığın heyət üzvüləri olmayan vətəndaşlar xx.xx.1963-cü il təvəllüdlü Bakı şəhər Nizamı rayon sakini Şəxs, xx.xx.1982-ci il təvəllüdlü Xaçmaz rayon Müqtədir qəsəbə sakini X10, xx.xx.1988-ci il təvəllüdlü Xaçmaz rayon Müqtədir qəsəbə sakini X4 iştirakı ilə sərhəd naryadları tərəfindən üzmə vasitəsinə baxış keçirərkən qayığın bortunda olan 1 ədəd qundağı palıdı rəngdə “TOZ-34” markalı 12 kalibrli -11786 nömrəli qoşaİülə ov silahı, 1 ədəd hərbi komuflyaj rəngli 12 kalibrli “Franchı” markalı BP-11061-T-14 nömrəli ov silahı üzərində Pilad P1x42 markalı lazer optik nişangahı ilə birlikdə, 1 ədəd qara rəngdə “STOGER” markalı Tir tüfəngi üzərində “STOGER markalı optik nişangahı ilə birlikdə və 5 ədəd ovladığları çöl ördək quşları 3 ədəd kəmərli silah üçün palıdı rəngdə silah çantalarını götürülərək “Pirallahı” SNB-nə gətirilərək rejim qaydaları pozaraq təyin olunmayan yerə yan aldıqları və qayığın heyət üzvü olmayan şəxsləri qayığın bortuna götürməsinə görə qanunla müəyyən olunmuş qaydaları pozduğları izah olunmuş və su rejim pozucusu qismində sənədləşdirilmişdirlər. Lakin X10 və X3 barələrində tərtib olunmuş inzibati xəta haqqında sənədlərə heç bir səbəb gətirmədən imza və izahat verməkdən imtina etmişdirlər. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Raportdan görünür ki, 15 yanvar 2023-cü il tarixdə saat 14:30-dan 17:30-dək Mərkəzi Regional şöbənin “Pirallahı” sahir nəzarəti bölməsinin xidməti ərazisində sərhəd naryadının başçısı MRŞ-nin “Pirallahı” SNB-si rəisinin müavini baş leytenant Edqar Hacıyev və naryad üzvü gizir Davud Əliyev ilə birlikdə 47-ci yanalma körpüsü istiqamətində “ƏBQ” sərhəd naryadının xidməti təşkil olunmuşdur. Təqribən saat 16:30 radələrində 47-ci YK-dən sağ cinahda təxminən 6 km məsafədə köhnə mayak adlanan ərazidə 1 ədəd üzmə vasitəsinin hərəkəti SN-rı tərəfindən müşahidə olunmuşdur. Üzmə vasitəsinin hərəkəti SN-rı tərəfindən müşahidə altında saxlanılaraq qaydalara uyğun şəkildə YK-sü istiqamətinə getməsi izlənilmişdir. Buna baxmayaraq qayıq YK-nə deyil digər istiqamətə hərəkəti müşahidə olunmuş və SNda əsaslı şübhə yaratmışdır. Qayığın hərəkəti sahilə yan alanadək izlənilmiş, maskalanma qaydalarına riayət olunaraq təyin olunmayan yerə gizlin çıxdığı müşahidə olunmuşdur. Qayıq təyin olunmayan yerə yan alan anda SN-rı tərəfindən yaxınlaşaraq qayığa baxış keçirilmişdir. Baxış keçirilən zaman qayığın bortunda heyət üzvündən əlavə 3 nəfər vətəndaşlar və 1 ədəd “TOZ-34” markalı 12 kalibrli -11786 nömrəli qoşalülə ov silahı, 1 ədəd 12 kalibrli “Franchı” markalı BP-11061-T-14 nömrəli ov silahı, 1 ədəd “STOGER” markalı Tir tüfəngi və 5 ədəd ovladığları çöl ördək quşları aşkar olunmuşdur, araşdırma zamanı məlum olmuşdur ki, PR-2082 bort nömrəli, Yamaha-75 mühərriklə təchiz olunmuş taxta tipli qayığın sahibi Kürdəmir rayon Qarasaqqal kənd sakini X17 və silahların sahibi Bakı şəhər Nizami rayon sakini Şəxs, Xaçmaz rayon Müqtədir qəsəbə sakini X10, Xaçmaz rayon Müqtədir qəsəbə sakini X1. X2 və Şəxs, X10, X6 rejim qaydalarını pozaraq təyin olunmayan yerə yan aldıqları və qayığın heyət üzvü olmayan şəxsləri qayığın bortuna götürməsinə görə qanunla müəyyən olunmuş qaydaları pozduğları izah olunmuş və “Pirallahı” SNB-nə dəvət olunmuşdurlar. Belə ki, Su-sərhədboyu rejim qaydalarını pozduqlarına görə saxlanılaraq inzibati qaydada sənədləşdirilmişdirlər. Lakin vətəndaşlar X10, X8 yazlı izahat verməkdən və tərtib edilmiş aktları imzalamaqdan imtina itmişdirlər. X2 və Şəxs, X10, X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin A6 oktyabr 1992-ci il tarixli, 560 nömrəli qərarı ilə təstiq edilmiş “Azərbaycan Respublikası ərazi və daxili sularda özü hərəkət edən və özü hərəkət etməyən gəmilərin saxlanılması qaydaları”nın pozulması ilə bağlı əməlində İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta olduğundan, barəsində toplanmış materiallar üzrə müvafiq tədbir görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Sahil Mühafizəsininin “Pirallahı” sahil nəzarəti bölməsinin xidməti ərazisinin 47-ci yanalma körpüsündən sağ cihanda “köhnə mayak” adlanan ərazidə təyin olunmayan yerə yan aldığı üçün PR-2082 bort nömrəli üzmə vasitəsi saxlanılaraq baxış keçirilmiş və baxış zamanı üzmə vasitəsinin bortundan 1 (bir) ədəd “Toz-34 markalı 12 kalibrli 11786 nömrəli qoşalülə ov silahı, 1 (bir) ədədə kalibrli “Franchi” markalı BR-11061-T-14 nömrəli ov silahı, 1 (bir) ədədə “Stoger” markalı Tir tüfəngi və ovlanmış 5 (beş) ədəd çöl ördəyi quşları aşkar edilərək götürülmüşdür. Araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.1 maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2ci və İXM-nin 272.3-cü maddəsi ilə inzibati qaydada ölçü götürülməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş 23/82 nömrəli, xx.xx.2023-cü il tarixli eskpertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş BP-11061-T-14 nömrəli silah, zavod üsulu ilə İtaliya dövlətində, silah zavodunda istehsal olunmuş, 12 kalibrli X22 MAX-5 modelli, sürgülü, hamar lüləli, yarım avtomatik, öz-özünə dolan ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silah hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 11786 nömrəli silah, keçmiş SSRİ dövlətində, zavod üsulu ilə Tula silah zavodunda 1985-ci ildə 12 kalibrli, “TOZ-34ER” modelli, çaxmaqsız, hamar şaquli vəziyyətdə oİan qoşalüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silah və onun hissə və mexanizmləri hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş nömrəsi olmayan tüfəng, zavod üsulu ilə Türkiyə dövlətində istehsal olunmuş, X.20 SUPPRESSOR STOGER modelli, 4,5 mm kalibrli idman məşqləri üçün nəzərdə tutulmuş, yaylı-porşenli pnevmatik tüfəngdir və odlu silah hesab edilmir. Silah hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Həmin tüfəng texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. İş materiallarına əlavə olunmuş 03 fevral 2023-cü il tarixli maddi sübut kimi tanıması haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs aşkar edilərək götürülmüş «12 kalibrli, 11786 №-İi «TOZ-34» modelli, 12 kalibrli, BP-11061-T-14 №-li «X22 MAX-5» modelli ov tüfənglər və 4,5 mm. kalibrli, «X.20 SUPPRESSOR STOGER» modelli pnevmatik tüfəng və 05 ədəd quşlar iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, quşların tez xarab olan ərzaq malı hesab edildiyi üçün Dəniz Vağzalında soyuducuda saxlanılması nəzərə alınması, silah isə saxlanılması üçün Su NPİnin Növbətçi Hissəsinin silah anbarına təhvil verilməsi qərara alınmışdır. İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) bir neçə inzibati xəta törətdiyindən, həmin xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, bu halda həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edildiyindən məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə - İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunmuş normalarını əsas götürərək Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyəti ağırlaşdıran halın müəyyən olunmamasını həmçinin İXM-nin 34.3-cü maddəsinin tələblərini nəzərə alıb, hesab edir ki, Şəxs İXM-nin 272.3-cü və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və ona İXM-nin 272.3-cü maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın törədilməsində istifadə olmuş alət müsadirə edilməklə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.2ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın törədilməsində istifadə olmuş alət müsadirə edilməklə, altı ay müddətinə ov hüququ məhdudlaşdırılsın. İş üzrə götürülmüş və X19 İdarəsində saxlanılan 1 ədəd “Toz 34” markalı 12 kalibrli 11786 nömrəli qoşalüllə ov silahı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə götürülmüş və X19 İdarəsində saxlanılan iş üzrə inzibati xətanın bilavasitə alət olmuş 1 ədəd 12 kalibrli, BP-11061-T-14 №-li «X22 MAX-5» modelli ov tüfənglər və 1 ədəd qara rəngdə “Stoger” markalı Tir tüfəngi üzərində “Stoger” markalı optik nişangahı ilə birlikdə, 3 ədəd kəmərli silah üçün palıdı rəngdə silah çantaları Şəxs qaytarılsın. Qərarın icrası X19 İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X27

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar