Məhkəmə qərarları › İş №3(094)-179/2025

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-179/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-179/2025 18.12.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X10 Adil oğlunun sədrliyi Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs Pirallahı RPİ-nin DYPŞ polis mayoru X1, Zərərçəkmiş şəxs X2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə Şəxs barəsində Bakı şəhəri Pirallahı rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXMnin 332.1, 327.6, 327.8-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Pirallahı RPİ-dən daxil olmuş inzibati protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:30 radələrində, ünvan 1 ünvanında yaşayan Şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi olsada etibarnaməsi olmadan idarə etdiyi “VAZ-2107” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi 300, ev 2 nömrəli binanın qarşısında velosipet ilə hərəkətdə olan X2 velosipeti ilə toqquşaraq “X6” Qanunun 42-ci maddəsinin 1-ci bəndinin tələblərini əməl etməməklə manevretmə qaydalarını pozması ilə baş vermiş X5 törətmiş, nəticədə velosibedin sürücüsü 2013-cü il təvəllüdlü X2 müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə bağlı Bakı şəhəri Pirallahı rayon Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.1, 327.6, 327.8-ci maddələri ilə İXP ******* inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Pirallahı RPİ-nin DYPŞ polis mayoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs 2013-cü il təvəllüdlü X4 bildirdi ki, xx.xx.2025-ci il tarixində, saat təxminən 18:30 radələrində yaşadığı məhəllədə idarə etdiyi velosipet ilə gedərkən qəflətən onun velosipedini qonşuluqda yaşayan Əli adlı şəxs idarə etdiyi avtomobillə vurmuş, velosipet yerə aşmışdır. Nəticədə o, xəsarət almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə öz izahatında göstərdi ki, hadisə nəticəsində ona dəymiş ziyan ödənilməmişdir. Belə ki, Şəxs onlarla maraqlanmamış, uşağı ilə bağlı xəstəxana xərclərini o çəkmişdir. Hazırda şikayətçidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materilallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan müəyyən olunur ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq sürücü Şəxs barəsində toplamış material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.6-cı, 327.8-ci və 332.1-ci maddələri ilə inzibati tənbəh tədbirinin görülməsi məqsədi ilə qərarın surəti Pirallahı DYPŞ-yə göndərilmişdir. İş materiallarına olan 1/8538№-li, xx.xx.2025-ci il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi müayinə protokolundan görünür ki, Şəxs ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Pirallahı rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 86 N-li rəyindən görünür ki, X2 bədəni üzərində sağ dizin, sağ ayağın İ barmağının yumşaq toxumalarının əziyi, sağ dizin qançırı aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşya (əşyalar) təsirindən X2 “X7" PHŞ-nə müraciətindən bir qədər əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə baş vermiş X5 zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərərvurmaya aiddirlər. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 332.1-ci Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə- qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsasən Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün X5 yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 43.1-ci maddəsində rayon məhkəmələrinin baxdığı inzibati xəta haqqında işlərin əhatə dairəsi müəyyən olunmuşdur ki, İXM-nin 332.1 və 327.6-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir. İXM-nin 327.8 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edildiyindən məhkəmə inzibati xəta haqqında protokola Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hissəsində baxaraq qiymət verə bilər. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 27, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar