Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-18/2023 18.04.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxx 1979-cu ildə Ordubad rayonu Vənənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, deməsinə görə məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 327.8-ci maddəsi ilə Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə içlasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında İXP ******* nömrəli, 27 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokola və iş materiallarına əsasən xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində X5 idarə etdiyi «Toyota Corolla” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Pirallahı-Qala yolu ilə sağ zolaqla hərəkət edən zaman yola sağ tərəfdən birləşən yola bitişik ərazidən yolun hərəkət hissəsinə daxil olan X2 idarə etdiyi «Chevrolet Aveo” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə X1 qısa müddətə pozulmasına səbəb olan olan “Yüngül”, X4 isə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa "AĞİR” zərər vurmaya aid xəsarət almışdır. Bununla da Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə saat 00:10 sadələrində Dübəndi bağlar yolundan Pirallahı-Qala yoluna daxil olarkən 2.4 nişanının təsir zonasında idarə etdiyi nəqliyyat vasitəsini saxlamış yolda heç bir nəqliyyat vasitəsinin olmadığını gördükdə saatda 5-10 km/saat sürətlə baş yola çıxmış və anidən idarə etdiyi nəqliyyat vasitəsinin arxasından zərbə his etmişdir. Zərbənin təsirindən idarə etməni itirərək yolun kənarındakı şam ağaclarına çırpılmışdır. Yeganə qazanc yeri maşınıdır. Hazırda törətdiyi əməli etiraf etmiş və əməlindən peşman olduğunu bildirərək ona yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində X5 idarə etdiyi «Toyota Corolla” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Pirallahı-Qala yolu ilə sağ zolaqla hərəkət edən zaman yola sağ tərəfdən birləşən yola bitişik ərazidən yolun hərəkət hissəsinə daxil olan X2 idarə etdiyi «Chevrolet Aveo” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə X1 qısa müddətə pozulmasına səbəb olan olan “Yüngül”, X4 isə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa "AĞİR” zərər vurmaya aid xəsarət almışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 327.8-cı maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Pirallahı rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Pirallahı RPİ-nin İstintaq Bölməsinin müstəntiqi polis kapitanı X3 xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və onun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Pirallahı DYPB-nə göndərilməsi qərara alınmışdır. İXM-in 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1, 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Əməlini etiraf etməklə səmimi peşmançılığı, ilk dəfə olaraq inzibati məsuliyyətə cəlb olunması məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə baş vermiş inzibati xəta hadisəsinin törətdiyi nəticələrin həddini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Qeyd olunanlara əsasən və İXM-in 114-cü, 115-ci, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs İXM-in 327.8-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(094)-18/2023
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-18/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver