Məhkəmə qərarları › İş №3(094)-185/2025

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-185/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-185/2025 02.12.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X11 Müzəffər oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Pirallahı Rayon İcra Şöbəsinin icra məmuru Məmməd Müsəllimovun, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, “X12” MMC – də işləyən, BAKİ ŞƏHƏRİ, PİRALLAHİ RAYONU, PİRALLAHİ QƏSƏBƏSİ, K.Rzayev küçəsi, ev 22, mənzil 92 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN0392817 saylı inzibati xəta haqqında protokol Pirallahı Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Pirallahı rayon İcra Şöbəsinin icra məmuru Məmməd Müsəllimov göstərdi ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-213/2025 saylı, xx.xx.2025ci il tarixli icra sənədinə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul mələğində aliment tutulmalıdır. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra icra icraata başlamaq haqqında qərar qəbul olunmuş, tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmiş, buna baxmayaraq o, tələbi tam şəkildə icra etməmişdir. Belə ki, icra sənədinin icrası borclunun əmək haqqısına yönəldilmişdir. Hazırda onun tələbkara 2833 manat borcu vardır. Onun əmlakı yoxdur, əlavə gəlir mənbəyi müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alınaraq inzibati protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 borcun ödənilməsini tələb etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, işləyir. O, icra vərəqəsinin icrasından boyun qaçırmır. Belə ki, alimentin tutulması onun əmək haqqısına yönəldilmişdir. Əlavə gəlir yeri yoxdur. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində inzibati tənbeh tədbiri tətbiq edilməməsini xahiş etdi. Bundan əlavə, Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə iclasında işin araşdırılmış hallarından, iş materiallarından və işdə iştirak edən şəxlərin izahatlarından müəyyən olunur ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-213/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul mələğində aliment tutulmalıdır. Borclunun adına hər hansı bir əmlakın və banklarda hər hansı bank hesabının olub-olmaması barədə sorğular verilsə də adına heç bir əmlak və bank hesabı mövcud olmamışdır. Bundan başqa, borclu haqqında elektron məlumat sistemindən də görünür ki, onun adına heç bir əmlak yoxdur. İcra tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Şəxs N saylı hərbi hissədə işləyir və tələbin icrası onun əmək haqqısına yönəldilmişdir. Məhkəmə, iş üzrə müəyyən olunmuş halları nəzərə alaraq qeyd edir ki, Şəxs əməlində (hərəkət və ya hərəkətsizliyində) İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud deyil. Məhkəmə hesab edir ki, hazırkı halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar