Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(094)-195/2025 21.01.2026 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, X7 protokol tərtib etmiş şəxs Pirallahı Rayon Polis İdarəsinin polis sahə inspektoru X1, Barəsində X7 iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq MÜƏYYƏNETDİ: X7 MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli protokola əsasən xx.xx.2025-ci il tarixdə Şəxs “Şah Şirniyyat” mağazasında protexniki vasitələr satmışdır. Bununla da o, İXM-in 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında X7 protokol tərtib etmiş şəxs Pirallahı Rayon Polis İdarəsinin polis sahə inspektoru X2 inzibati protokolu müdafiə etmişdir. Məhkəmə iclasında barəsində X7 iş üzrə icraat aparılan şəxs Şəxs X7 protokola etiraz etmişdir. Məhkəmə iclasında barəsində X7 iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil X7 protokola etiraz etmişdir. xx.xx.2026-cı il tarixdə Elektron məhkəmə sistemi vasitəsi ilə daxil olmuş etiraz onunla əsaslamdırılmışdır ki, Pirallahı Rayon Polis İdarəsinin İTŞ-nın polis sahə inispektoru X3 tərəfindən Şəxs barəsində 25 dekabr 2025-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə X7 protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş Pirallahı Rayon Polis İdarəsinin İTŞ-nın polis sahə inispektoru X3 tərəfindən tərtib olunmuş 25 dekabr 2025-cü il tarixli, MN seriyalı ******* nömrəli X7 protokoldan görünür ki, guya xx.xx.2025-ci il tarixdə Pirallahı qəsəbəsi, Teymur Məcidzadə küçəsində yerləşən Şah şirniyyat mağazasında X6 vasitələr satıb. Nəticədə həmin protokola əsasən, guya Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442- ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Əvvəla, inzibati xətaya dair materiallardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törətməsinə dair heç bir tutarlı və mötəbər sübut mövcud deyildir. Yəni Şah şirniyyat mağazasında hər hansı pirotexniki vasitənin aşkar olunmaması və uşaqda (hansısa uşaqda, hansı uşağın olması məlum deyil) guya aşkar olunmuş pirotexniki vasitənin həmin mağazadan alınması sübuta yetirilmədiyi halda, həmin pirotexniki vasitənin dövriyyəsinin qadağan olub-olmaması araşdırılmadan, həmin vasitənin satılması qadağan olunmuş malın satılması qənaətinə gəlinərək şəxsin barəsində əsassız olaraq X7 protokol tərtib olunmuşdur. X7 protokolda, həmçinin işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadda aparılmış açıq aşkar düzəlişlər də onu göstərir ki, şəxs tərəfindən inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. İkincisi, X7 protokola görə, inzibati xəta guya xx.xx.2025-ci ildə törədilmiş, lakin X7 ptotokol xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin maddə 101.1.: İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra X7 protokol tərtib edilir. -101.2. İşin hallarının, eləcə də barəsində X7 iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, X7 protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. - 101.3. İnzibati araşdırma aparıldığı hallarda, X7 protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. -102.5. İnzibati araşdırma X7 iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında X7 iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Materialdan görünür ki, vəzifəli şəxsin belə bir əsaslandırılmış vəsatəti olmamışdır. Üçüncüsü, İnzibati xətaya dair materialdan görünür ki, X7 protokol səlahiyyəti olmayan orqan tərəfindən tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 45- ci bəndinə görə İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol malların istehsalına münasibətdə (qida məhsullarını dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehsalı istisna olmaqla) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi adından – bu Siyahının 40-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər; qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin satılması, yaxud qida məhsulları, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı qadağan edilmiş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) istisna olmaqla malların satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 8.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər; qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehsalına və ya satılmasına, yaxud qida məhsulları, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) münasibətdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi adından – bu Siyahının 18-1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər tərtib edirlər. Həmin Siyahının 8.1-ci bəndinə əsasən bu vəzifəli şəxslərə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – iqtisadiyyat naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavinləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, tabeliyində olan regional bölmələrin rəhbərləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi aiddirlər. Yuxarıda göstərilən fərmanın müddəalarından məlum olur ki, İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş X7 protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxsi tərəfindən deyil, məhz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yuxarıda sadalanan vəzifəli şəxslərindən biri tərəfindən tərtib edilməlidir. Odur ki, yuxarıda göstərilən hallara əsasən Barəsində X7 icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən barəsində X7 iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə olan X7 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, X7 protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, X7 protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 45- ci bəndinə görə İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol malların istehsalına münasibətdə (qida məhsullarını dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehsalı istisna olmaqla) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi adından – bu Siyahının 40-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər; qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin satılması, yaxud qida məhsulları, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı qadağan edilmiş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) istisna olmaqla malların satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 8.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər; qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehsalına və ya satılmasına, yaxud qida məhsulları, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) münasibətdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi adından – bu Siyahının 18-1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər tərtib edirlər. Həmin Siyahının 8.1-ci bəndinə əsasən bu vəzifəli şəxslərə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – iqtisadiyyat naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavinləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, tabeliyində olan regional bölmələrin rəhbərləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi aiddirlər. Yuxarıda göstərilən fərmanın müddəalarından məlum olur ki, İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş X7 protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxsi tərəfindən deyil, məhz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yuxarıda sadalanan vəzifəli şəxslərindən biri tərəfindən tərtib edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli X7 protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində X7 iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli X7 protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinə geri qaytarılsın. X9
Məhkəmə qərarları › İş №3(094)-195/2025
Pirallahı Rayon Məhkəməsi Qərardad — İş №3(094)-195/2025
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver