Məhkəmə qərarları › İş №3(094)-2/2023

Pirallahı Rayon Məhkəməsi Qərardad — İş №3(094)-2/2023

21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(094)-2/2023 21.02.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X14 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Pirallahı rayon prokurorunun nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1957-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, "xxxx" MMC-də qazmaçı köməkçisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Pirallahı rayon prokrorluğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Pirallahı rayon prokurorluğu tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar toplanmış materiallarla birlikdə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Pirallahı rayon prokurorunun nümayəndəsi X9 izahatında göstərdi ki, SU NPİ-dən Pirallahı rayon prokurorluğundan "xxxx" MMC-nin şlam avadanlığı üzrə operatoru Zərərçəkmiş şəxs xx.xx.2022-ei il tarixdə iş zamanı sol əlinin 5ci barmağının əzilərək xəsarət alması barədə məlumat daxil olmuşdur. Araşdırma zamanı izahatı alınmış Zərərçəkmiş şəxs Yurveviç bildirmişdir ki, 2004-cü ildən neft və qaz buruğunda şlam avadanlığı üzrə operator işləyir. Operator kimi üzərinə düşən vəzifələri bilir, təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı xəbərdar olunmuşdur. İş rejimi növbəlidir. İki həftə buruqda işləyir, iki həftə isə evdə istirahət edir. Buruqda işlədikləri vaxt gecə və gündüz növbəsində işləyirlər. 04 mart 2022-ci il tarixdə Zabrat hava limanından helikopterlə platformaya getmişlər. Əvvəlcə gündüz, 11 mart 2022-ci il tarixdən isə gecə növbəsində işləmişdir. 14 mart 2022-ci il tarixdə, saat 20:30 radələrində buruqda təzyiq altında işləyən Zərərçəkmiş şəxs Yureyviç ağır şlanqları qoşmaq istəyərkən öz ehtiyatsızlığından şlanq sürüşmüş və nəticədə əli şlanqın birləşdiyi avadanlığın arasında qalaraq sol əlinin çeçələ barmağından xəsarət almışdır. Daha sonra orada olan iş yoldaşları ona ilkin tibbi yardım göstərmişlər. Buruğun rəisi Fərman müəllim helikopter çağırtdırıb onu buruqdan götürüb sahilə aparmışdır. Daha sonra Zabrat hava limanında təcili tibbi yardım avtomobili ilə onu Tibb Univerisetinin X2 aparılmış və orada ona tibbi yardım göstərmişlər. Sümük sınığı olmadığından barmağına iki-üç tikiş qoyub evə buraxmışlar. Bundan başqa Zərərçəkmiş şəxs hadisə zamanı əlində əlcək olduğunu, hadisə ilə bağlı hər hansı səxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmətibbi ekspertizasının 73 nömrəli, 30 iyul 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol əlin V barmağının distal nahiyəsinin kəsilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarət iti kənarı olan əşya (alət) ola bilsin dəmir borunun təsirindən Zərərçəkmiş şəxs ATU X1 müraciət etdiyi xx.xx.2022-ci il tarixdən bir qədər əvvələr törənmişdir. Qərarda göstərilən şəraitdə yetirilməsi istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubunda, tərtib edilmiş təhqiqat aktına əsasən hadisənin baş verməsində "xxxx" MMC-nin şlam avadanlığı üzrə operatoru Zərərçəkmiş şəxs ehtiyatszlığı, "xxxx" MMC-nin qazmaçı köməkçisi Şəxs nəzarətsizliyi müəyyən olunmuşdur. Bununla da, Şəxs İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, "xxxx" MMC-nin qazmaçı köməkçisi vəzifəsində işləyir. 04 mart 2022-ci il tarixdə növbəti vaxtaya (növbəyə) Bakı Dəniz Limanından Xəzər dənizində yerləşən sahildən 120 km aralıda olan “Chiraq-1” platformasına “Raşid Behbudov” gəmisi ilə yola düşmüşlər. Onlar vaxtada (növbədə) 14 gün qalmalıdırlar. İlk hətfədə iş qarafikləri səhər 07:00-dan axşam 19:00-a kimi, növbəti ikinci həftəni isə axşam saat 19:00-dan səhər 07:00-a kimi işləyirlər. 14 mart 2022-ci il tarixdə, saat 20:30 radələrində buruqda təzyiq altında işləyən Zərərçəkmiş şəxs Yureyviç ağır şlanqları qoşmaq istəyərkən öz ehtiyatsızlığından şlanq sürüşmüş və nəticədə əli şlanqın birləşdiyi avadanlığın arasında qalaraq sol əlinin çeçələ barmağından xəsarət almışdır. 14 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Yureyviçin iş zamanı xəsarət almasında onun heç bir təqsiri yoxdur. Əlavə olaraq qeyd etmək istəyir ki, iş yerində əməyin təhlükəsizliyinə nəzarət etmək onun vəzifəsi deyil. Zərərçəkmiş şəxs onun tabeçiliyində olsa da hadisə baş verən zaman işin icra edilməsinə, həmçinin əməyin təhlükəsizliyinə nəzarət edən şəxs Həmid Hüseynov olmuşdur. Bundan başqa, gündəlik iş başlayanda işin icra edilməsinə icazə sənədi tərtib olunur. Həmin sənəddə işin icra edilməsinə və əməyin təhlükəsizliyinə nəzarət edən şəxsin adı qeyd edilir. Hesab edir ki, hadisənin baş vermə səbəbi düzgün araşdırılmayıb. Hadisənin baş verməsində onun təqsiri yoxdur. İş düzgün araşdırlmamışdır. Bu səbəbdən barəsində tərtib olunmuş inzibati xəta haqqında qərarın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Yureyviçin iş zamanı xəsarət almışdır. Hadisədən sonra bu barədə X6 məlumat verilmiş və lazım olan sənədləri X6 təqdim etmişlər. Hadisənin kimin təqsiri üzündən baş verməsini araşdırmaq onların vəzifəsi deyildir. Onların şirkəti sadəcə baş vermiş hadisənin səbəblərini aradan qaldırmaq üçün tədbirlər görməkdir. Hadisənin baş verməsinin səbəblərindən biri Zərərçəkmiş şəxs özünün səhlənkarlığı olmuşdur. Şəxs vəzifəsi qazmaçı köməkçisidir. Bundan başqa Şəxs həmçinin supervayzerdir, yəni tabeçiliyində olan işçilərə nəzarət edir. Şirkətin işçilərinə işə başlamazdan əvvəl təhlükəsizlik tədbirləri ilə bağlı təlimlər keçirlər. Hadisənin baş verməsində Şəxs təqsiri olmamışdır. İş yerində əməyin təhlükəsizliyinə nəzarət etmək Şəxs vəzifəsi deyil. "xxxx" MMC-nin işçisi Zərərçəkmiş şəxs 14 mart 2022-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat aktına qol çəksədə aktı oxumamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, o, "xxxx" MMC-nin baş direktor köməkçisi vəzifəsində çalışır. 14 mart 2022-ci il tarixdə, saat 20:30 radələrində buruqda təzyiq altında işləyən Zərərçəkmiş şəxs Yureyviç ağır şlanqları qoşmaq istəyərkən öz ehtiyatsızlığından şlanq sürüşmüş və nəticədə əli şlanqın birləşdiyi avadanlığın arasında qalaraq sol əlinin çeçələ barmağından xəsarət almışdır. Zərərçəkmiş şəxs xəsarət almasında Şəxs təqsiri olmayıb. "xxxx" MMC-nin işçisi Zərərçəkmiş şəxs 14 mart 2022-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat aktına qol çəkmə səbəbi ona bildirdilər ki akta qol çək oda qol çəkmişdir, lakin aktı oxumamışdır. İş materiallarında olan Bakı şəhəri Pirallahı rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X11 tərəfindən qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs Yureyviçin iş yerində xəsarət alması faktı ilə bağlı toplanmış materialda hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Pirallahı rayon prokuroru, ədliyyə müşaviri X4 19 dekabr 2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs Yureyviçin sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirilməsi faktına görə Şəxs barəsində İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsin 73 nömrəli 30 iyul 2022-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində sol əlin V barmağının distal nahiyəsinin kəsilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarət iti kənarı olan əşya (alət) olabiİsin dəmir borunun təsirindən Zərərçəkmiş şəxs ATU X2 müraciət etdiyi xx.xx.2022-ci il tarixdən bir qədər əvvəl törənmişdir. Qərarda göstərilən şəraitdə yetrilməsi istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, əməyin təhlükəsizliyinə kimin nəzarət etdiyini, 14 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Yureyviçin iş zamanı xəsarət almasının kimin məsuliyətsizliyindən baş verməsi və hadisə baş verən zaman Zərərçəkmiş şəxs kimin nəzarət etməsi müəyyən edilməmiş, Zərərçəkmiş şəxs xəsarət alması faktı ilə bağlı № 28-C-22 nömrəli iş materialları səhifə 30-da olan “Əməyin müahafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxlər haqqında komissiyanın rəyinə” qol çəkmiş Təhqiqat komissiyasının sədri X8, üzvləri Şahid1 və Şahid2 izahatları alınmamış, yalnız 15 dekabr 2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın verilməsi üçün toplanmış materiallarla kifayətlənmişdir. İXM-nin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq məhkəmə hesab edir ki, həmin hallar aradan qaldırılmadan işə məhkəmədə baxılması mümkün deyildir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ehtimal olunan Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Pirallahı rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar və ona əlavə edilmiş material natamam olduğundan, qərar və ona əlavə olunmuş material onu qəbul etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 109, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ehtimal olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında qərar və toplanmış material natamam olduğundan Bakı şəhəri Pirallahı rayon prokurorluğuna geri qaytarılsın. X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar