Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-21/2025 22.04.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Pirallahı RPİ-nin DYPŞ polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1972-ci il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Pirallahı rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Pirallahı RPİ-dən daxil olmuş inzibati protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə təxminən 20 radələrində idarə etdiyi “Az samand” markalı, **-KM- *** dövlət qeydiyyat nişanlı avtomobillə S.Vurğun küçəsində üzü şəhər istiqamətində hərəkətdə olan zaman X5 məxsus “Nissan Teana” markalı **-UR-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Az samand” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşən sərnişinlər xəsarət almışlar. Hadisə ilə bağlı Bakı şəhəri Pirallahı rayon Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Pirallahı RPİnin DYPŞ polis mayoru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, hazırki iş üzrə təhqiqat düzgün aparılmamış, təhqiqatın nəticəsi ilə razı deyildir. Belə ki, o, idarə etdiyi avtomobillə əsas yolda olmuş, qarşı tərəf sağdan çıxaraq onun qarşısını kəsmiş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin şəxs kafedən çıxmış və içkili olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Pirallahı rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 17 N-li rəyindən görünür ki, vətəndaş X1 bədəni üzərində sol budun qançırı ağrı sindromu ilə müşayiət olunan sağ diz oynağının yumşaq toxumalarının əzilməsi sağ diz oynağının artrozu aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişlər törənmə müddətləri qərarda göstərilən vaxtda yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Pirallahı rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 16 N-li rəyindən görünür ki, vətəndaş X2 bədəni üzərində döş qəfəsinin hər iki baldırın sol iç topuq nahiyyəsinin qançırı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişlər törənmə müddətləri qərarda göstərilən vaxtda yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materilallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan müəyyən olunur ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq vətəndaş X4 və X2 xəsarət almaları barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 27, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №3(094)-21/2025
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-21/2025
22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver