Məhkəmə qərarları › İş №3(094)-23/2023

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-23/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-23/2023 25.04.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babayev X1 iştirakı ilə, Babayev X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Pirallahı rayon Polis İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Babayev X2 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da, o, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Pirallahı rayon Polis İdarəsi tərəfindən İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı ******* saylı protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babayev X2 məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, onun barəsində inzibati qərar tərtib edilsə də, gec məlumatı olmuşdur. Hazırda həmin cəriməni və dəbbə pulunu ödəmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Babayev X1 İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün ifadəsi və iş materialları ilə sübuta yetirilir. İXM-in 529-cu maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Babayev X2 tərəfindən İXP seriyalı ******* saylı, xx.xx.2022-ci il tarixli protokola əsasən yazılmış 96 manat cərimə və dəbbə pulu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir Babayev X2 İXP seriyalı ******* saylı, xx.xx.2022-ci il tarixli protokola əsasən yazılmış 96 manat cərimə və dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyindən İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babayev X2 İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar