Məhkəmə qərarları › İş №3(094)-26/2024

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-26/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-26/2024 25.06.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Socar “Neftqaztikinti” TREST-nin briqadiri Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Socar “Neftqaztikinti” TREST-nin briqadiri Şəxs barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Socar “Neftqaztikinti” TREST-nin briqadiri Şəxs tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi, eyni zamanda işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsi inzibati xətasının törədilməsinə görə İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad toplanmış materiallarla birlikdə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, o, Socar “Neftqaztikinti” TREST-nin briqadiri işləyir. xx.xx.2024-cü il tarixində saat 07:50 radələrində işçilərə təlimat keçərək təlimat jurnalarını imzaladıqlarını, iş icraçısı A.Abdullayevdən görəcəyləri işlər barədə təlimat aldımışdır. Xilasedici qayığın minib-düşmə meydançasını quraşdırmağa getdiklərini, ayağaltını quraşdırdığını sonra üzərinə taxta qoyub iplə bərkidərək özünün sınaq etmiş, 2 elementi quraşdırmış, 3-cü elementi quraşdıran zaman Zərərçəkmiş şəxs yanına çağırmışdır. İsgəndərin onun yanına çıxdıqdan 5-10 saniyə sonra quraşdırılmış ayağaltı qırılmış, hər ikisi yerə yıxılmışdır. Həmin vaxtı özü xəsarət almamış, İsgəndər dayaqların bərkidilməsi üçün nəzrdə tutulmuş dəmir hissəyə dəyərək xəsarət almışdır. o hadisə barədə iş icraçısı A.Abdullayedə məllumat vermiş, qırılan ayağaltını quraşdırmaq üçün ona heç kim göstəriş verməmişdir. O həmişə işin xatirinə özünün quraşdırdğını quraşdırdığı ayağaltının özü çıxaraq dəfələrlə sınaq keçirmişdir. Zərərçəkənin hadisə zamanı ayağaltının üzərində qoruyucu kəmərdən istifadə etmək mümkün olmadığından istifadə etməmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2024-cü il tarixdə səhər saat 07:45 radələrində günlük təlimata qol çəkərək işə başlamışdır. O, Şəxs Ramazanov Yusif və Surxayev Gülhüseynlə birlikdə yaşayış meydançasında xilasedici qayığın minib düşmə meydançasının quraşdırma işlərinin görülməsinin davam etdirmək tapşırığı almış, özünün pillələrin aşağı hissəsində qaynaq işlərini görmüşdür. Şəxs üst hissədə ayaqaltının üzərində dayanaraq dəmir borunu yerinə quraşdıran zaman onu kömək üçün yanına çağırmışdır. Həmin vaxtı o da ayağaltının üzərinə çıxmış, 5 saniyyə sonra ayağaltı qırılmış o Şəxslə birlikdə yerə yıxılmışlar. O yerə yıxılan zaman üz nahiyyəsinin yaşayış binasının ayağına dəyərək xəsarət almış, üz çənə nahiyyəsində ət, damaq və dişlərinin yerə tökülmüşüdür. Bundan əlavə göz sümüyünün almaçıqları və qabırğası sınmışdır. İş yoldaşlarının köməyi ilə yaşayış blokuna aparılaraq ona ilkin tibbi yardım göstərilmişdir. Saat 13:00 radələrində PSK-45 gəmisi ilə sahilə təxliyyə edilmişdir. Sahildə təcilli tibbi yardım maşını ilə Medikal Plaza xəstəxanasına aparılmış, orada təxminən 1.5 saat qaldığını, orada üz çənə cərrahı olmadığında “1 saylı X7” aparılmış orada müalicə almışdır. Hadisə zamanı fərdi mühafizə vasitələrindən istifadə etmişdir. Ona hündürlükdə işləmə barədə təlimat keçirilmişdir. Müəssisə tərəfindən ona qoruyucu kəmərin verildiyini lakin işlədiyi yerdə qoruyucu kəməri bərkitmək üçün yer nəzərdə tutulmadığında xəsarət alan zaman qoruyucu kəmərdən istifadə etməmiş, eyni zamanda ayağaltıının sınmasının eyni anda baş vermişdir. Həmin vaxtı qorutucu kəməri bərkitmək üçün yer olmamış bu barədə iş icraçısana məlumat verilməmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin əmək müfəttişi X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN №1932871-li protokola əsasən xx.xx.2024-cü il trixdə, saat 12:30 radələrində Pirallahı rayonu ərazisində yerləşən “Abşeronneft” NQÇİ-nin Qərbi Abşeron yatağının 50 saylı SDÖ-nün tikinti sahəsində Zərərçəkmiş şəxs xilasedici meydançasının tikilişi zamanı müvəqqəti qurulmuş ayaq altının qırılması səbəbindən yıxılaraq xəsarət alması nəticəsində baş vermişdir. İş materiallarında olan “Məhkəmə-tibbi ekspertiza və X2” PHŞ- nin xx.xx.2024-cü il tarixli 12 saylı rəyindən görünür ki, 1993-cü il təvəlüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasının tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Zərərçəkmiş şəxs bədəni üzərində sağ almacıq-əng sümüyünün çox qəlpəli yerdəyişən sınığı, sağ əng sümüyünün XİV-XVİİ-ci dişlər nahiyyədə alveola birlikdə sümük defekti, çənənia sağ mental nahiyyədə alveolyar sınığı, alt dodağın, ağ dodaqaltının nahiyyənin ağız boşluğuna keçən cırılmış yarası aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə X5 müraciətindən bir qədər əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə hündürlükdən yıxılaraq dəmir löhvəyə dəyməsi nəticəsində törəmələri istisns olunmur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. İşdə olan təhqiqat aktından görünür ki, təhqiqat komissiyası bədbəxt hadisənin baş verməsində təhqiqat aktının Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (Socar) “Neftqaztikinti” trestinin 01/2024-cü il tarixli AKT-da xx.xx.2024-cü ildə tərtib olunub əmək qanunvericiliyinin yol vermiş pozuntusunu Zərərçəkmiş şəxs və Şəxsdur. Toplanmış materialdan göründüyü kimi, xx.xx.2024-cü il trixdə, saat 12:30 radələrində Pirallahı rayonu ərazisində yerləşən “Abşeronneft” NQÇİ-nin Qərbi Abşeron yatağının 50 saylı SDÖ-nün tikinti sahəsində Zərərçəkmiş şəxs xilasedici meydançasının tikilişi zamanı müvəqqəti qurulmuş ayaq altının qırılması səbəbindən yıxılaraq xəsarət alması nəticəsində baş vermişdir. Azərbaycan Respublikası CM-nin 162.1 maddəsindən görünür ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Socar “Neftqaztikinti” TREST-nin briqadiri Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. İXM-in 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə — min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə, məhkəmə Socar “Neftqaztikinti” TREST-nin briqadiri Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş hüquqi şəxsin təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, «Azneft» X4 “Neftqaztikinti” TREST-nin briqadiri Şəxs barəsində İXM-in 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə cəza təyin olunmalıdır. Zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18.5, 25, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Socar “Neftqaztikinti” TREST-nin briqadiri Şəxs 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar