Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-28/2023 27.04.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Pirallahı Rayon Polis İdarəsinin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “28 May” NQÇİ-də bağban işləyən, Bakı şəhəri Pirallahı rayonu 40-cı məhəllə ev 14 mənzil 19-da qeydiyyatda olan və Bakı şəhəri Pirallahı rayonu Çilov adası R.İbrahimov küçəsində fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında MN seriyalı ******* saylı, 26 aprel 2023-cü il tarixli protokola əsasən 26 aprel 2023-cü il tarixdə Şəxs Bakı şəhəri Pirallahı rayonu Çilov adası R.İbrahimov küçəsində sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinin polis sahə inspektoru X4 göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 13:30 radələrində Pirallahı rayonu Çilov adası R.İbrahimov küçəsində yerləşən helikopter ərazisində Aydın adlı şəxs sərxoş vəziyyətdə, ictimai yerdə yüksək səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Polis nəfəri onu sakitləşdirməyə, polisin qanuni tələbinə riayət etməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq o, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı rayon Polis İdarəsinin polis baş serjantı X5 bildirdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 13:30 radələrində Pirallahı rayonu Çilov adası R.İbrahimov küçəsində yerləşən helikopter ərazisində Aydın adlı şəxsin sərxoş vəziyyətdə, ictimai yerdə yüksək səslə nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşaraq özünü ona təqdim edib ictimai qaydanı pozmamasını bildirməsinə baxmayaraq, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidi dinləyərək və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarında olan Pirallahı RPİ-nin polis sahə inspektoru Elvin Məmmədov tərəfindən tərtib edilmiş 26 aprel 2023-cü il tarixli Raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 13:30 radələrində Pirallahı rayonu, Çilov adası, R.İbrahimov küçəsində yerləşən helikopter ərazisində Aydın adlı şəxs sərxoş vəziyyətdə, ictimai yerdə yüksək səslə nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Polis nəfərləri onu sakitləşdirməyə, polisin qanuni tələbinə riayət etməsi barədə xəbərdarlıq etmələrinə baxmayaraq o, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin şəxsi məcburi qaydada Pirallahı Rayon Polis İdarəsinin Çilov adasında yerləşən 1 nömrəli polis sahə məntəqəsinə dəvət edildikdə həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) bir neçə inzibati xəta törətdiyindən, həmin xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, bu halda həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edildiyindən məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Məhkəmə Şəxs xx.xx.2023-cü il tarixdə İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və onun barəsində daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs tənbeh tətbiq edilməlidir. Məhkəmə İXM-in 31.4 və 34.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, barəsində 1 ay müddətində inzibati həbs təhbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. İş materiallarında olan 26 aprel 2023-cü il tarixli AZ 001429 nömrəli tutma haqqında protokoldan görünür ki, Şəxs 26 aprel 2023-cü il tarixdə saat 17:35-də inzibati qaydada tutulmuşdur. İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 26 aprel 2023-cü il tarixdə saat 17:35dən, yəni, Şəxs inzibati qaydada tutulduğu tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 30, 25, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 1 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Şəxs məhkəmə iclas zalından həbs edilsin və həbsetmənin əvvəli 26 aprel 2023-cü il tarixdən saat 17:35-dən hesablansın. Qərarın icrası X3 X1 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(094)-28/2023
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-28/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver