Məhkəmə qərarları › İş №3(094)-3/2024

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-3/2024

16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-3/2024 16.02.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X15 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Pirallahı Rayon Polis İdarəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Y.Əliyev küçəsi, ev 34, mənzil 6 ünvanında qeydiyyatda olmaqla ünvan 1ayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında MN seriyalı ******* saylı, 16 fevral 2024-cü il tarixli protokola əsasən xx.xx.2024-cü il tarixdə saat 00:00 radələrində Şəxs ünvan 2 ünvanında bacısı X4 ölümlə hədələməklə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinin polis sahə inspektoru X5 göstərdi ki, Şəxs ilə zərərçəkmiş şəxs X7 bacıdır. Aralarında tez-tez yaşayış yeri ilə bağlı münaqişə olur. xx.xx.2024-cü il tarixdə saat 00:00 radələrində Şəxs ünvan 2 ünvanına gələrək sərxoş vəziyyətdə ucadan nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla bağlı müvafiq protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmədi. Lakin bildirdi ki, həqiqətən də bacısının qonşusu olan şahid Ülkərin ifadəsində göstərdikləri düzdür. Belə ki, xx.xx.2024-cü il tarixdə gecə bacısının qapısına gəlib, qapını bərkdən döyərək səs-küy salıb. Qonşu onu sakitləşdirməyə çalışıb. Həmin vaxt biraz içkili olub. O, həmin evdə qeydiyyatda olduğuna görə orada yaşamaq istəyir, ona görə də gecə saatlarında oraya gəlib içəri girməyə çalışır. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəmədə bildirdi ki, Şəxs onun evinə gələrək səs-küy salır, qapını qırmağa çalışır, hədə-qorxu gəlir. Gülnarə gecə saatlarında içkili vəziyyətdə gələrək qapını yumruqlayır. Bu hadisələr uzun müddətdir müntəzəm davam edir. Aralarında barışıq yoxdur, şikayətçidir. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Fəridə onun qonşusudur. Onlar qapı qonşusudurlar. xx.xx.2024-cü il tarixdə gecə saatlarında Gülnarə yenə gəlib Fəridənin qapısını döyməyə başladı. O, Gülnarənin səsinə çıxıb onu sakitləşdirməyə çalışıb. Gülnarədən içki qoxusu gəlirmiş. Belə hadisə bacıların arasında tez-tez olur. Dəfələrlə onun oğlu Gülnarəni sakitləşdirməyə çalışıb, hamını narahat etdiyini bildirib, amma xeyri olmur. Digər şahid X6 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs X7 onun qonşusudur. Fəridə dəfələrlə onu çağırııb qapılarını təmir etməyi xahiş edir. Çünki Gülnarə onların qapısına zərər yetirir. Son hadisə olandan sonra da Fəridə ona xəbər vermişdi. Digər şahid X11 ifadəsində göstərdi ki, Fəridə onun qohumudur. O, dənizdə işlədiyinə görə hadisə olan vaxt burada olmayıb. Təxminən fevralın əvvəli həyat yoldaşı ilə Fəridəgilə qonaq gəlib. Həmin vaxt Fəridə bütün səs yazılarını ona göstərib, hadisəni danışıb. Bütün qohumların xəbəri var ki, Gülnarə müntəzəm olaraq narahatlıq yaradır, dava salır, bacılar münaqişəlidir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq müəyyən etdi ki, Şəxs həmin hərəkəti ilə xırda xuliqanlıq etmişdir, buna görə də onun hərəkəti İXMin 510-cu maddəsi ilə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə inzibati tənbehin məqsədi təmin edilə bilər, qeyd olunan inzibati tənbeh tədbiri qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin faktiki hüquqlarının məhdudlaşdırıldığı andan, yəni 16 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 30, 25, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs İXM-in 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs məhkəmə iclas zalından həbs edilsin və həbsetmənin əvvəli 16 fevral 2024-cü il tarixdən hesablansın. Qərarın icrası X10 X2 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar