Məhkəmə qərarları › İş №3(094)-34/2024

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-34/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-34/2024 25.06.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi Qasımov Faiq Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Tərcüməçi – X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1984-cü il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi işdə işləyən, Bakı şəhəri, Pirallahı rayonu, Kamil Rzayev küçəsi, ev 8, mənzil 40-da qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı rayon Polis şöbəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 25 iyun 2024-cü il tarixli protokola əsasən Şəxs 16 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs Vladimirovnı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunu vuraraq sağlamlığına qəsdən yüngül zərər yetirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2024-cü il tarixdə K.Rzayev küçəsində yerləşən kafeyə gedərək pivə içmiş, içdiyi pivənin hesabını ödəmişdir. Kafedə kababçı işləyən Arif adlı şəxsin onu heç bir səbəb olmadan təhqir etmiş, o Arifə iradını bildirmişdir. Həmin vaxtı kafedə ofisant işləyən Natalya adlı qadın da onu təhqir etmişdir. O Nataliyaya iradını bildirərək onun üz nahiyyəsinə xəsarət yetirmişdir. Həmin vaxtı Arif adlı şəxs onun qoluna yumruqla vumuş, Nataliya da onun üzərinə kül qabı atmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəmə iclasında İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli qismən bilərək göstərdi ki, o, K.Rzayev küçəsində yerləşən kafedə afisant işləyir. xx.xx.2024-cü il tarixdə kafedə olarkən çoxdan tanıdığı Luiza kafeyə gəlmiş, kafedə 5 bakkal pivə içmiş, orada kababçı işləyən Arifi təhqir etmişdir. Sonra Luiza başladı onu təhqir etməyə o ona iradını bildirdikdə Luiza onun üstünə hücum çəkib onu vurmuşdur. O, özünü müdafiə etmək üçün Luizanın üzünə xəsarət yetirmiş Arif onları ayırmışdır. Luiza öz hərəkətlərini davam etdirərək onun üzərinə stakan atmışdır. O sonra mətbəxə keçmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tanışı Zərərçəkmiş şəxs döymüşdür. Buna görə də məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin 22 nömrəli 16 aprel 2024-cü il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində sağ yanağın, alt dodağın sağ yarısının selikli qişasının sıyrıqları, sağ bazunun qançırı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə 10 saylı X5 Stansiyasının 18 saylı filialına müraciətindən bir qədər əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə törənmələri istisna edilmir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları müəyyən etmədi. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Qeyd olunanlara əsasən və İXM-in 25, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300,0 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar