Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-36/2023 11.05.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəmədiyinə görə barəsində İXM-in 529.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutan İXP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin o, məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. İXM-in 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmışdır. İXM-in 529-cu maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. “ASAN” ödəniş sistemindən görünür ki, EQ seriyalı 11515222 nömrəli, xx.xx.2022-ci il tarixli protokola əsasən yazılmış cərimə və dəbbə pulu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs EQ seriyalı 11515222 nömrəli, xx.xx.2022-ci il tarixli protokola əsasən ona yazılmış cəriməni və dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyindən İXM-in 529.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №3(094)-36/2023
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-36/2023
11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver