Məhkəmə qərarları › İş №3(094)-36/2024

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-36/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-36/2024 25.06.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi Qasımov Faiq Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Tərcüməçi – X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Pirallahı rayonu, Kamil Rzayev küçəsi, ev 24, mənzil 14-də qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı rayon Polis şöbəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 25 iyun 2024-cü il tarixli protokola əsasən Şəxs 20 may 2024-cü il tarixdə X2 şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunu vuraraq sağlamlığına qəsdən yüngül zərər yetirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 göstərdi ki, o, Pirallahı rayon sakini Şəxs 10 ildən çoxdur ki tanıyır, tanışlığının səbəbi odur ki, o bənna işləyir, Luiza da lazım olanda onun yanında fəhlə işləyərək təmizlik işləri aparırdı. Hal-hazırda o Pirallahı rayon sakini İrinanın evində usta işləyir, 15 ildir ki, İrinanı tanıyır, təxminən 20-25 gün bundan qabaq İrinanın qızı Nataşa ilə Luizanın arasında söz-söhbət olmuş, o Luizanı özünə yaxın bilib, təxminən 18-20 gün bundan qabaq Luizaya zəng etmişdir ki, Nataşa ilə nə üçün dalaşmaları soruşsun. Luizada heç bir səbəb olmadan onu və Nataşanı telefonda nalayiq söyüşlərlə söyüb təhqir etmiş, ancaq Nataşa söyüşləri eşitməmişdir. xx.xx.2024-cü il tarixdə o İrinanın evində təmir işləri aparan zaman Luiza ona zəng vurub onu, yenə təhqir etmiş, o, Luizadan harda olduğunu soruşmuş, Luiza yerini deyəndən sonra o, Luizanın yanına getmiş, Luizanı Pirallahı rayonu K.Rzayev küçəsində çoxmənzilli binanın arxasına aparmış, orda Luiza ona sən xəbərçisən deyərək yenə onu təhqir edəndə o Luizanın sifətinə sillə ilə vurmuşdur. Luiza ilə əlbəyaxa olmuş, Luiza yerə yıxılmış, hətda əlbəyaxa olan zaman Luiza onun yaxasından tutub dizi ilə onun aşağı nahiyəsinə vurmuş, o Luizanı yerə yıxandan sonra ordan uzaqlaşıb getmişdir. Hadisə zamanı o, özüdə xəsarət almış, hadisə zamanı yanlarında kənar heç kəs olmamış, hava qaranlıq olmuşdur. O, Luizaya zəng vurmaqda fikri Nataşa ilə Luizanı barışdırmaq olmuş, aralarında mübahisə düşdüyü üçün Luizanı sillə ilə vurub yerə yıxmış, həmin vaxtı əlində heç bir əşya və alət olmamış, dava 3-5 dəqiqə davam etmiş, hadisə saat 20:30 radələrində baş vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli qismən bilərək göstərdi ki, heç bir yerdə işləmir və bir qız övladı ilə bir evdə yaşayır. Xəzər rayonu, Zirə qəsəbəsində yaşayan, X3, Pirallahı rayon sakini Nataşa ilə münasibəti yaxşıdır. İsmayıl onların evində usta işləyir. 18 may 2024-cü il tarixdə Nataşa ilə aralarında olan söz söhbətlə bağlı İsmayıla ona zəng etmiş, Telefon danışığı zamanı İsmayıl onu nalayiq ifadələrlə təhqir etmişdir. O, İsmayıl ilə mübahisə etməmək üçün telefonu söndürmüş, onun İsmayıla zəngindən təxminən 1 saat sonra İsmayılın təkrar ona zəng etdiyini görüb telefona cavab verdikdə İsmayıl onu nəlayiq ifadələrlə təhqir edərək olduğu yeri soruşub, yaşadığı binanın qarşısına gəlməyini tələb etmiş, o yaşadığı binanın qarşısına gələrək İsmayıl ilə görüşmüş, İsmayıl orada da, onu görüb ailə üzvlərinə qarşı nəlayiq ifadələr işlədərək binanın arxa tərəfinə keçib danışmaqlarını isdəmişdir. Binanın arxa tərəfinə heç kimin olmadığı yerə getdikdə İsmayıl onun üz nahiyəsinə yumruqla zərbə endirmişdir İsmayılın onu təkrar vurmaması üçün əlindən tutub saxlamaq istəyərkən müvazinətini itirib yerə yıxılmış, yerə yıxıldığı zaman sağ əlindən xəsarət almış, İsmayıl onun yerə yıxıldığını görüb həmin yerdən qaçaraq uzaqlaşmışdır. Hadisə təxminən saat 20:30 radələrində baş verdiyi üçün hava qaralmış və ətrafda kənar şəxslər olmamışdır. İsmayılın onunla görüşməsini, təhqir etməsini və onu binanın arxa tərəfinə danışıq üçün çağırmasını başqa şəxslər eşitməmiş, görməmiş, yerə yıxıldıqdan sonra İsmayıl ona qalxmağa köməklik göstərməmiş və oradan qaçıb getmişdir. O yalnız evə getdikdən sonra üz nahiyəsində aldığı xəsarəti görüb həkimə müraciət etmişdir. İsmayıl ilə onun arasında olan mübahisə təxminən 1 ay əvvəl İsmayılın və onun ortaq tanışları Nataşa ilə onun arasında yaranan mübahisədən sonra İsmayılın ona zəng etməsi və o zaman da onu telefonda təhqir etməsindən sonra yaranmışdır. Təxminən bir ay əvvəl İsmayıl ilə telefon danışığı zamanı onun Nataşa haqqında dediklərini Nataşaya gedib danışdığı üçün o İsmayıla zəng edib İsmayılın etdiyi hərəkətin səbəbini soruşmaq üçün zəng etmiş, lakin qarşılığında İsmayıl onu təhqir edib, daha sonra görüşməyə çağıraraq yaşadığı binanın arxa tərəfində onu vuraraq xəsarət yetirmişdir. O yerə yıxılmış, hətda bir-biri ilə əlbəyaxa olmuş, ola bilsin həmin vaxtı İsmayıl xəsarət almış, onların davası 3-5 dəqiqə davam etmişdir. Əməlindən peşmandır, məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tanışı X2 döymüşdür. Buna görə də məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları müəyyən etmədi. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Qeyd olunanlara əsasən və İXM-in 25, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300,0 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar