Məhkəmə qərarları › İş №3(094)-37/2024

Pirallahı Rayon Məhkəməsi Qərardad — İş №3(094)-37/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(094)-37/2024 09.07.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi X6, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X4 X1 iştirakı ilə, X7 tərəfindən AR DİN-nin Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə baxaraq, müəyyənetdi: X5 İvanova tərəfindən AR DİN-nin Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinin xx.xx.2024cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsini istəmişdir. İş materiallarından görünür ki, göndərilən şikayət Rus dilində yazldıqdan sanra Azərbaycan dilinə tərcümə olunmamış və sənədlər natamamdır. Beləliklə iş materiallarını araşdırıb hesab edirəm ki, göndərilən şikayət sənədləri natamam olduğuna görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqdan, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına X4 şikayəti düzgün olaraq məhkəməyə təqdim olunmamışdır. Beləliklə, şikayət natamam olduğundan, hazırkı inzibati xəta haqqında işə baxılarkən iş materiallarının Azərbaycan dilində məhkəməyə təqdim olunmadığından inzibati xəta haqqında əlavə olunmuş şikayət sənədləri geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X7 tərəfindən AR DİN-nin Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında şikayəti və ona əlavə olunmuş sənədləri baxılmadan geri qaytarılsın. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar